ATU da “AZGRANATA auditoriyası” istifadəyə verilib
Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Gəncə, 8 oktyabr, Elcan Məmmədov, AZƏRTAC
Azərbaycan Texnologiya Universitetində (ATU) “AZGRANATA” şirkətinin dəstəyi ilə yeni mühazirə otağı – “AZGRANATA” auditoriyası istifadəyə verilib. Açılış mərasimində ATU-nun rektoru Yaşar Ömərov, “AZGRANATA” şirkətinin əməliyyat direktoru Yusif Ləzgiyev və Nəqliyyat departamentinin müdiri Emin Abdullayev iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ATU-nun Qida mühəndisliyi fakültəsində yerləşən yeni auditoriya 80 tələbə yerlikdir və müasir tədris şəraiti ilə təmin olunub. Burada tələbələr nəzəri biliklər əldə edəcək, istehsal proseslərinin elmi əsaslarını mənimsəyəcəklər. Eyni zamanda, auditoriyada tələbələr üçün “AZGRANATA” mütəxəssislərinin təlimləri təşkil olunacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:108
Bu xəbər 08 Oktyabr 2025 18:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















