Icma.az
close
up
RU
Audi ABŞ a avtomobil tədarükünü dayandırır

Audi ABŞ a avtomobil tədarükünü dayandırır

Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Almaniyanın avtomobil istehsalçısı Audi (Volkswagen Qrupuna daxildir) ABŞ prezidenti Donald Trampın idxal rüsumlarına görə ABŞ-a avtomobil tədarükünü dayandırır. Bu barədə “Bild” qəzeti məlumat yayıb.

Qəzetin məlumatına görə, şirkət nümayəndəsi dilerlərə müvafiq məktubun göndərildiyini təsdiqləyib. Beləliklə, aprelin 2-dən sonra ABŞ-a gətirilən bütün avtomobillər müvəqqəti olaraq saxlanılacaq və dilerlərə verilməyəcək. İndi, nəşrin qeyd etdiyi kimi, dilerlər inventar səviyyələrini azaltmağa diqqət etməlidirlər.

Eyni zamanda, şirkət nümayəndəsi əlavə edib ki, hazırda Audi-nin ABŞ-dakı anbarlarında yeni rüsumlara tabe olmayan və buna görə də satıla bilən 37 mindən çox avtomobil var. Bu, təxminən iki aya kifayət edəcək.

Xatırladaq ki, aprelin 2-də ABŞ prezidenti Donald Tramp 185 ölkə və ərazinin məhsullarına gömrük rüsumunun tətbiq ediləcəyini açıqlayıb. 10%-lik universal tariflər aprelin 5-dən qüvvəyə minib, fərdi tariflər isə aprelin 9-da qüvvəyə minəcək. Bundan başqa, ABŞ administrasiyası aprelin 3-dən bütün idxal olunan avtomobillərə 25%-lik gömrük rüsumları tətbiq edib. Tramp iqtisadi vəziyyətlə əlaqədar ölkədə fövqəladə vəziyyət də elan edib.

S.ELAY

XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:125
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 07 Aprel 2025 17:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yekun sülh sazişinə gedən yolda növbəti siyasi addım

11 Avqust 2026 16:39see404

“Tam məsuliyyətimlə deyirəm, bu gün Azərbaycan kinosu...” Eldəniz Quliyevlə gündəm MÜSAHİBƏSİ

11 Avqust 2026 17:17see391

Livan İsrail danışıqları niyə uzadılır? AÇIQLAMA

11 Avqust 2026 14:39see338

Aktyordan qızı ilə fotolar

11 Avqust 2026 13:31see338

Prezident ordunu ayağa qaldırdı Fövqəladə vəziyyət elan olundu

11 Avqust 2026 01:56see260

Ərdoğana sui qəsd hazırlayan FETÖ çülər saxlanıldı

10 Avqust 2026 22:34see257

“Moody’s” ölkəmizin kredit reytinqini yüksək dəyərləndirib

10 Avqust 2026 19:00see254

Küçə lampalarını əvəz edə biləcək bitkilər yetişdirildi

11 Avqust 2026 02:18see252

Nijnekamsk şəhərinə edilən dron hücumunda ölən Özbəkistan vətəndaşlarının sayı səkkizə çatıb

11 Avqust 2026 07:57see244

İsveçdə Rusiya casus şəbəkəsi İFŞA olundu

11 Avqust 2026 01:45see228

Ceki Can Bakıda restoranda bu mahnını dinlədi VİDEO

11 Avqust 2026 00:53see227

Baş nazirin yemiş zarafatı Avstraliyanı qarışdırdı Üzr istəmədi

11 Avqust 2026 15:39see222

Avqustun 12 də nə baş verəcək?

11 Avqust 2026 02:17see221

Samsung bu modüllərlə yollarını ayırır: SİYAHI

11 Avqust 2026 02:24see221

BİZİM TƏQVİM:11 avqustda baş vermiş tarixi hadisələr

11 Avqust 2026 08:03see207

“Agentstvo“: Vyanada 20 Rusiya diplomatı xüsusi xidmətlərlə bağlıdır

10 Avqust 2026 23:05see204

Arsenal 3 futbolçusunu satmaq istəyir

11 Avqust 2026 08:21see204

Elektrik enerjisi ilə də Avropa bazarına çıxmaq istəyirik Prezident

11 Avqust 2026 23:00see203

Zukerberq süni intellektin mərkəzləşdirilməsindən imtina etməyə çağırıb

11 Avqust 2026 07:49see200

Rusiyanın sıxılmış karbohidrogen qazı istehsal edən zavodu zədələndi

12 Avqust 2026 03:42see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri