Audiovizual Şura BDU tələbələri üçün növbəti seminar təşkil edib
Icma.az, Azertag portalına istinadən məlumat yayır.
Bakı, 31 oktyabr, AZƏRTAC
Audiovizual Şura Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin tələbələri üçün növbəti seminar təşkil edib. Tədbir BDU, Audiovizual Şura, Medianın İnkişafı Agentliyi arasında imzalanmış anlaşma memorandumu çərçivəsində keçirilib.
BDU-dan AZƏRTAC-a bildirilib ki, Beynəlxalq jurnalistika və informasiya siyasəti kafedrasının müdiri Aynur Nəsirova Audiovizual Şura ilə Bakı Dövlət Universiteti arasında hər il uğurla davam edən əməkdaşlığın bu il də tələbələr üçün töhfə verəcəyinə əminliyini ifadə edib.
Audiovizual Şuranın Kommunikasiya sektorunun müdiri Taleh Quliyev Şuranın fəaliyyət istiqamətləri, audiovizual media subyektləri, həmçinin görülən işlər barədə tələbələrə ətraflı məlumat verib. Audiovizual Şuranın keçirdiyi tədbir və layihələrdən söz açıb.
Sonra Audiovizual Şuranın Hüquq və beynəlxalq əməkdaşlıq şöbəsinin baş məsləhətçisi Ayxan Sadıqlı “Azərbaycanda audiovizual media və onun tənzimlənməsi” mövzusunda təqdimat edərək, tələbələrə audiovizual media subyektləri və onların fəaliyyətindən, mediada yayımlanan informasiyaya qoyulan tələblərdən danışıb.
Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.
Baxış sayı:53
Bu xəbər 31 Oktyabr 2025 18:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















