Icma.az
close
up
RU
Audiovizual Şura: Ötən il yaş məhdudiyyəti məsələlərində nöqsana görə iki yayım subyekti cərimələnib

Audiovizual Şura: Ötən il yaş məhdudiyyəti məsələlərində nöqsana görə iki yayım subyekti cərimələnib

Icma.az, Apa.az portalına istinadən məlumat verir.

“Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanunun tələbləri açıqlanıb

"Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanunun 9-cu maddəsi- televiziya və radio yayımı vasitəsilə yayımlanan informasiya məhsuluna aid tələblərə əsasən, televiziya və radio yayımı vasitəsilə yayımlanan, “Universal”, “6-”, “6+” və “12+” yaş kateqoriyalarına aid informasiya məhsullarının yayımlanmasına vaxt məhdudiyyəti qoyulmur.

Bu barədə APA-nın sorğusuna cavab olaraq Audiovizual Şuradan məlumat verilib.

“16+” və “18+” kateqoriyalı məhsullara vaxt məhdudiyyəti tətbiq olunur

Bildirilib ki, vaxt məhdudiyyəti yalnız “16+” yaş kateqoriyasına aid informasiya məhsullarından bəzilərinə və “18+” yaş kateqoriyasına aid informasiya məhsullarına tətbiq edilir:

“16+” yaş kateqoriyasına aid “qorxu məzmunlu” informasiya məhsulları yerli vaxtla saat 07:00-dan saat 21:00-dək, digər “16+” yaş kateqoriyasına aid “erotik məzmunlu” informasiya məhsulları və “18+” yaş kateqoriyasına aid informasiya məhsulları (zorakılığı və qəddarlığı təbliğ edən informasiya, cəmiyyət əleyhinə və hüquqazidd hərəkətləri təbliğ edən informasiya, cinayətləri təbliğ edən informasiya, pornoqrafik informasiya və.s) yerli vaxtla saat 06:00-23:00 arası yayımlana bilməz.

Eyni zamanda Qanun tələb edir ki, “18+” yaş kateqoriyasına aid informasiya məhsulu televiziya və radio vasitəsilə yayımlanarkən bu informasiya məhsulunun yaş kateqoriyası haqqında xəbərdarlıq televiziya yayımı zamanı işarə, radio yayımı zamanı isə səsləndirmə ilə həyata keçirilir".

Audiovizual Şura nəzarət və sanksiya tədbirləri həyata keçirir

Qeyd edilib ki, audiovizual mediada informasiya məhsulunun yaş təsnifatı ilə bağlı tələblərə riayət olunmasına nəzarət Audiovizual Şura tərəfindən həyata keçirilir: “Universal”, “6-”, “6+” və “12+” yaş kateqoriyalarına aid informasiya məhsullarının yayılması ilə bağlı vaxt məhdudiyyəti olmadığından və işarələnmə ilə bağlı mütəxəssislərin çatışmazlığından, bu informasiya məhsullarının uşaqlar arasında dövriyyəsi məhdudlaşdırılmadığından və qadağan edilmədiyindən Audiovizual Şura yalnız “16+” və “18+” kateqoriyalı informasiya məhsulları ilə bağlı məsələlərə nəzarət edir.

“16+” və “18+” kateqoriyalı informasiya məhsulunun işarələnməməsi və vaxt məhdudiyyətinin tətbiq olunmaması ilə bağlı isə Audiovizual Şura qanuna müvafiq sanksiya tədbirləri görür. Belə ki, 2024-cü ildə “16+” və “18+” kateqoriyalı informasiya məhsulunun işarələnməməsi və vaxt məhdudiyyətinin tətbiq olunmaması ilə bağlı iki audiovizual media subyektinə protokol tərtib edilib və müvafiq məhkəməyə göndərilib. Müvafiq məhkəmə qərarlarına əsasən hər iki subyekt 3000 manat məbləğəndə cərimə edilib.

Uşaqların hüquqlarının qorunması prioritetdir

Bildirilib ki, audiovizual mediada uşaq hüquqlarının qorunması Audiovizual Şura üçün prioritet məsələlərdən hesab olunur: “Bu istiqamətdə fəaliyyət mütəmadi olaraq davam edir, qanunvericilik tələblərini pozmuş yayımçılara qarşı müvafiq tədbirlər görülməsindən başqa, yayımçılar ilə maarifləndirmə işləri də həyata keçirilir.

İnformasiya məhsulunun anlayışı və işarələnməsi

“Uşaqların zərərli informasiyadan qorunması haqqında” Qanunun (bundan sonra – Qanun) 1.0.2-ci maddəsinə əsasən informasiya məhsulları dedikdə ölkə ərazisində dövriyyə və istehlak üçün nəzərdə tutulan media məhsulları, audiovizual məhsullar, kompüter və digər elektron oyunlar, habelə mədəni-kütləvi tədbirlər və telekommunikasiya şəbəkəsi vasitəsilə yayımlanan digər informasiya məhsulları nəzərdə tutulur.

Qanunun 7.1-ci maddəsinə uyğun olaraq, informasiya məhsulunun işarələnməsi informasiya məhsulunun istehsalçısı və ya yayıcısı tərəfindən məhsulun və onun qablaşdırmasının üzərinə müvafiq yaş kateqoriyasına uyğun işarələrdən birinin aydın şəkildə seçilən təsvirini yerləşdirməklə həyata keçirilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:84
embedMənbə:https://apa.az
archiveBu xəbər 06 May 2025 12:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu bölgədə məktəblər üçün yeni avadanlıqlar alınacaq 715 minlik LAYİHƏ

06 Noyabr 2025 19:30see219

Serialların uşaq psixologiyasına MƏNFİ TƏSİRLƏRİ

06 Noyabr 2025 23:04see202

24 nömrəli onbirillik musiqi məktəbində Zəfər günü qeyd edilib FOTO

08 Noyabr 2025 09:02see160

“İlin modeli” seçildi Fotolar

07 Noyabr 2025 09:52see147

Fazil Mustafadan AzTV nin helikopter məsələsinə REAKSİYA

06 Noyabr 2025 23:47see142

Araz Naxçıvan ın kapitanı: Püşk səbətində yer alan komandalar arasında zəif rəqib yox idi

06 Noyabr 2025 23:55see140

General mayor rütbəsi alan hərbçilər kimdir?

07 Noyabr 2025 16:50see139

Rusiya müharibəyə danışa bilməyən əlil əsgərlər göndərir...

07 Noyabr 2025 00:06see136

Ermənistan ilk dəfə Azərbaycan ərazisindən keçən marşrutla Qazaxıstan buğdası alıb

08 Noyabr 2025 00:53see136

Süni intellekt 140 yaşa çatmağın yollarını ortaya qoydu..?

07 Noyabr 2025 00:46see134

La Liqa: Turun ilk matçında qalib müəyyənləşmədi

08 Noyabr 2025 03:28see130

Avropa Liqası: Fənərbaxça səfərdə heç heçə etdi GÜNÜN NƏTİCƏLƏRİ

07 Noyabr 2025 04:15see127

Orbandan Moskva Vaşinqton sammitinin keçirilməsi ilə bağlı açıqlama

06 Noyabr 2025 22:57see126

Noyabr ayında dörd bürc ciddi sınaqlardan keçəcək

07 Noyabr 2025 09:51see126

Ermənipərəst konqresmen siyasətdən gedir

06 Noyabr 2025 20:41see124

İsrail daha bir girovun qalıqlarının olduğu tabutu təhvil alıb

08 Noyabr 2025 04:23see124

Tramp Əl Şaraa ilə görüşdə Suriyanın Rusiyadan asılı vəziyyətə düşməməsinə çalışacaq ŞƏRH

06 Noyabr 2025 21:05see123

Türkmənistan Transxəzər Qaz Boru Kəməri Layihəsinin həyata keçirilməsi imkanlarını nəzərdən keçirmək niyyətindədir

08 Noyabr 2025 06:22see123

Ukrayna 18 aylıq döyüşlərdən sonra Pokrovsk şəhərini itirmək riski ilə üzləşir

07 Noyabr 2025 06:30see120

Tramp: Avropadakı ABŞ qoşunlarının ümumi sayı dəyişməz olaraq qalır

08 Noyabr 2025 02:58see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri