Icma.az
close
up
RU
AUİB tərəfindən “Sosial sığınacağın inkişafına dəstək layihəsinin icrası başladı

AUİB tərəfindən “Sosial sığınacağın inkişafına dəstək layihəsinin icrası başladı

Icma.az bildirir, Missiya.az portalına istinadən.


“Azərbaycan Uşaqları” İctimai Birliyi (AUİB) Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin maliyyə dəstəyi ilə “Sosial sığınacağın inkişafına dəstək” layihəsinin icrasına başlayıb. 


Missiya.Az xəbər verir ki, bu barədə AUİB-nin mətbuat katibi Rüfət Zəkizadə bildirib.

Onun sözlərinə görə cəmiyyətimizin ən müdafiəsiz üzvlərinə - uşaqlara və yeniyetmələrə qarşı etinasızlıq fəlakətli təsirə malikdir və bir sıra sosial problemlərə gətirib çıxara bilər: 

"Lakin, onların bir çoxu səbəblərə və risk faktorlarına ünvanlanan proqramlar vasitəsilə proqnozlaşdırıla və qarşısı alına bilər. “Sosial sığınacağın inkişafına dəstək” layihəsinin məqsədi sosial təhlükəli vəziyyətdə olan, zorakılığa məruz qalan (əsasən cinsi zorakılıq və məişət zorakılığı qurbanları olan uşaq və yeniyetmələr), ailədaxili münaqişə səbəbindən müəyyən yaşayış yeri olmayan, valideyn himayəsindən məhrum, zorakılıqdan zərər çəkmiş uşaqları (18 yaşınadək, yoluxucu və psixi xəstəlikləri olan uşaqlar istisna olunmaqla) təhlükəsiz, stabil və qayğı vəd edən mühit ilə əvəzləməyə imkan verəcək sosial sığınacağa yerləşdirilməsi və onların rifahının yaxşılaşdırılması, hüquqlarının qorunması, cəmiyyətdə hərtərəfli və ahəngdar inkişafının təmin edilməsidir". 

Mətbuat katibi vurğulayıb ki, xidmətlər siyahısına uşaqlara fərdi reabilitasiya proqramlarının, psixoloji dəstəyin, yaşlarına uyğun peşə bacarıqlarının inkişaf etdirilməsi, təhsildən kənarda qalan zorakılıq qurbanları olan uşaq və yeniyetmələrin ibtidai təhsilin verilməsi, fərdi təhsilə cəlb edilməsi, sosial, hüquqi, tərbiyəvi vasitələrlə uşaqları istismarın bütün növlərindən, ağır, zərərli və təhlükəli təsirlərdən mühafizə etmək, asudə vaxtlarının səmərəli təşkil olunması kimi xidmətlərin verilməsi daxildir: 

“Sosial sığınacağın inkişafına dəstək” layihəsinə cəlb olunacaq zorakılıqdan zərər çəkmiş (0-18 yaş arası uşaqlar üçün ümumilikdə 7 ay ərzində yeni 50 uşaq üçün, davamlı isə hal-hazırda da reabilitasiya keçən ) uşaqlara reabilitasiya keçərək “Azərbaycan Uşaqları” İctimai Birliyinin Uşaq Sığınacağı-Reinteqrasiya Mərkəzində xidmətlər göstəriləcək. Layihə may ayından başlayıb və 7 ay müddətində icra ediləcək".


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:39
embedMənbə:https://missiya.az
archiveBu xəbər 15 İyul 2025 22:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see282

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see254

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see233

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see166

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see160

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see153

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see145

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see141

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see141

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see138

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see136

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see133

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see132

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see132

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

16 Yanvar 2026 21:27see132

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see131

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see130

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see130

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

16 Yanvar 2026 22:26see129

“Subway Surfers” 14 il sonra qayıdır

16 Yanvar 2026 21:34see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri