Icma.az
close
up
RU
Autizm pozuntusunun erkən aşkarlanması üçün dövlət proqramının qəbulu təklif edilib

Autizm pozuntusunun erkən aşkarlanması üçün dövlət proqramının qəbulu təklif edilib

Icma.az bildirir, Azpost saytına əsaslanaraq.

Uşaqlar arasında bəzi spektrum pozuntuları var ki, onların aşkarlanması və müalicəsi ilə bağlı həm səhiyyə, həm də sosial müdafiə sahəsində xüsusi yanaşma tələb edilir.

Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Soltan Məmmədov deyib.

Deputat bildirib ki, bu gün hər birimizin yaxşı tanıdığı genetik və ətraf mühit faktorları ilə bağlı yaranan autizm pozuntusunun erkən aşkarlanması və sonrakı reabilitasiyası üçün dövlət proqramının qəbul olunması vacibdir: “Erkən diaqnostika, keyfiyyətli reabilitasiya uzunmüddətli perspektivdə həm dövlət büdcəsinin, həm də əhalinin maliyyə yükünün azaldılmasına xidmət edəcək. Digər tərəfdən, 2025-ci ilin dövlət büdcəsində bir sıra layihələrə ayrılan büdcənin artımı və bəzilərində isə azalmaların izahlı təqdimatı əldə olunan uğurlar və daha çox diqqət tələb edən səhiyyə məsələləri haqda məlumatlandırma üçün faydalı olardı. Bu izahatlar bir sıra xəstəliklərlə bağlı həyata keçirilən dövlət proqramları çərçivəsində nəzərdə tutulan maliyyə vəsaiti ilə xəstə saylarının artan dinamikası arasındakı uyğunsuzluqları daha aydın başa düşməyə kömək etmiş olardı”.

Soltan Məmmədov qeyd edib ki, 2025-ci ilin büdcəsində ətraf mühitin qorunması üçün hədəflər və gələcək perspektivlər üzrə tədbirlər üçün nəzərdə tutulan maliyyə vəsaitinin gələcəkdə daha da artırılması lazımdır: “Belə ki, tullantıların düzgün zərərsizləşdirilməsi, bütün ölkə ərazisində müasir texnologiyaya əsaslanan təmizləyici sistemlərin qurulması, eyni zamanda tibbi tullantıların idarə olunması üçün əlavə imkanların yaradılması çox vacibdir”.

Deputat Bakının Xəzər rayonunda çirkab suların idarə olunması üçün kanalizasiya sisteminin qurulmasına da diqqət yetirilməsini istəyib(apa).

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:53
embedMənbə:https://azpost.info
archiveBu xəbər 26 Noyabr 2024 12:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Slovakiya Ukraynaya hərbçilər göndərəcək? Fitso

06 Sentyabr 2025 18:14see171

Hüseyn Məmmədlidən Avstriyada gümüş medal FOTO

07 Sentyabr 2025 16:50see166

Avropa Kuboku: Azərbaycan millisi Polşa ilə qarşılaşacaq

07 Sentyabr 2025 09:53see154

Milli məğlub oldusa, o demək deyil ki, oyunçular can qoymur AÇIQLAMA

06 Sentyabr 2025 16:56see139

NTV: Türkiyə və Ermənistan rəsmiləri gələn həftə görüşəcək

07 Sentyabr 2025 10:46see136

Castinin albomu yayımlandı

06 Sentyabr 2025 20:49see131

Təyyarəmizi vurmaq əmri verən Tolopilo bu DƏHŞƏTLİ CİNAYƏTLƏRİ törədib: Yeni FAKTLAR

06 Sentyabr 2025 15:33see131

Onkoloji xəstələrin sağ qalma şansını artıran məhsullar

07 Sentyabr 2025 00:49see129

Telefonunuzdaki proqramlar sizin intellektinizdən xəbər verir Bu 6 proqram varsa...

07 Sentyabr 2025 08:08see128

119 yaşında da sağlamdırlar! Yaponların uzun ömür sirri bu reseptdə gizlənir ac qarına için

08 Sentyabr 2025 02:58see128

Türkiyə millisi İspaniya yığması ilə qarşılaşacaq KONKRET

07 Sentyabr 2025 10:54see128

Yunanıstanda 7 minə yaxın meşə yanğını qeydə alınıb

07 Sentyabr 2025 00:56see126

Bu 3 ifadəni işlətməsəniz, uğurlarınız artacaq

07 Sentyabr 2025 01:02see126

Tramp Tokayevlə telefon danışığı apardı

07 Sentyabr 2025 20:42see125

Zinəddin Zidan Fənərbağça nın təklifini dinləmək qərarına gəldi İDDİA

06 Sentyabr 2025 12:18see124

Ən çox ağlayan körpələr bu aylarda doğulur

06 Sentyabr 2025 23:36see124

Deputat: Azərbaycan Çin strateji əməkdaşlığı qlobal sabitliyə, inkişafa xidmət edir

06 Sentyabr 2025 20:48see123

Melis Sezen Venesiya Film Festivalında

06 Sentyabr 2025 23:35see123

Avstriya Kipr oyununda sirli qara dəlik olayı

07 Sentyabr 2025 01:43see121

WSJ: Aİ ABŞ ticarət razılaşması iflasa uğrama riski altındadır

07 Sentyabr 2025 21:21see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri