“Azərbaycan stars” beynəlxalq incəsənət festivalı başa çatıb Qaliblər arasında 9 yaşlı Zəhra da var
Turkstan.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Qazaxıstanın “Astana Stars” Beynəlxalq İncəsənət Hərəkatının təşkil etdiyi “Azərbaycan stars” beynəlxalq incəsənət festivalı başa çatıb.
Bakı Musiqi Akademiyasının opera studiyasında təşkil edilən festivalın qalibi Elçin Dadaşovun rəhbərlik etdiyi kapricio violin ansamblının üzvləri, Süleyman Rüstəm adına 1 nömrəli musiqi məktəbinin şagirdləri: Gülçin İsgəndərli, Zəhra Məmmədova, Rəsul Qaraxanlı, Ayan Rüstəmova, Yasmin Fərzizadə, Zeynəb Allahverdiyeva, Banu Xankişiyeva və Zəhra Cəlilova olublar. Ansamblın konsertmeysteri Mehri İsmayılovadır.
Birincilik diplomu Süleyman Rüstəm adına 1 nömrəli musiqi məktəbinin və Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəbin 3-cü sinif şagirdi 9 yaşlı skripkaçı Zəhra Cəlilovaya təqdim olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:53
Bu xəbər 31 Yanvar 2026 17:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















