Avokado qabığını zibilə atmayın Evdə bu işə yarayırmış
Yenisabah saytına istinadən Icma.az xəbər verir.
Avokadonun içini yedikdən sonra qabığını adətən zibilə atırıq. Amma bu hissə də evdə və bağda işə yaraya bilər.
“Yeni Sabah” xəbər verir ki, avokado qabığından kiçik bitkilər üçün qab hazırlamaqt düzəltmək mümkündür. Avokado qabığının təbii forması onu kiçik toxumların cücərdilməsi üçün əlverişli qaba çevirir. Bunun üçün əvvəlcə qabığın içində qalan avokado hissələrini tam təmizləmək lazımdır. Daha sonra artıq suyun çıxması üçün qabığın alt hissəsində kiçik dəlik açılır. Qabığın içərisinə torpaq doldurularaq pomidor, ətirli otlar və ya çiçək toxumları əkilə bilər.
Bitki böyüdükdən sonra qabığı çıxarmadan daha böyük dibçəyə və ya uyğun torpağa köçürmək mümkündür. Üzvi quruluşa malik qabıq zamanla parçalanacaq. Dominos pizza
Avokado qabığını üzvi tullantılardan hazırlanan təbii gübrəyə də əlavə etmək olar. Qabıq sərt və lifli olduğundan bütöv halda gec parçalanır. Buna görə onu əvvəlcə kiçik hissələrə doğramaq daha məqsədəuyğundur. Doğranmış qabıqlar digər uyğun üzvi mətbəx tullantıları ilə birlikdə gübrəyə əlavə edilə bilər.Avokado qabığını iri hissələr şəklində birbaşa dibçək torpağına tökmək məsləhət görülmür. Kiçik hissələrə ayrılan qabıq daha asan parçalanır. Hazırlanan gübrə isə daha sonra bağ və dibçək bitkilərinin torpağına əlavə edilə bilər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:108
Bu xəbər 08 Oktyabr 2026 02:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















