Avrasiya Dağ Kurortları Festivalı gələn il Azərbaycanda keçiriləcək
Icma.az xəbər verir, Xalqcebhesi saytına əsaslanaraq.
Özbəkistanda “İpək Yolu üzərində turizm” mövzusuna həsr olunan “Daşkənd Beynəlxalq Turizm Sərgisi” çərçivəsində Avrasiya Dağ Kurortları Alyansı nümayəndələrinin iştirakı ilə tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Alyansın fəaliyyəti dövründə üzv dövlətlərlə əməkdaşlıq əlaqələrinin inkişafı, işbirliyinin genişləndirilməsi istiqamətində görülən işlər və yeniliklər müzakirə olunub.
Tədbir çərçivəsində Alyans üzvlərinə və tədbir iştirakçılarına “Şahdağ” Turizm Mərkəzinin kommersiya direktoru İqor Şaulov tərəfindən kompleksin qış turizm imkanları, yeni layihələr, keçirilməsi nəzərdə tutulan beynəlxalq yarışlar haqqında ətraflı məlumat verilib. Növbəti Avrasiya Dağ Kurortları Festivalının təşkili “Şahdağ” Turizm Mərkəzinə ötürülüb və tədbirin 2025-ci ilin mart ayında keçirilməsi qərara alınıb.
Qeyd edək ki, bundan öncəki Avrasiya Dağ Kurortları Festivalı Rusiyanın Soçi şəhərində baş tutub. Tədbirdə 9 ölkənin kurort sənayesinin və tərəfdaş şirkətlərin 150 nümayəndəsi iştirak edib.
“Şahdağ” Turizm Mərkəzinin də üzv olduğu Avrasiya Dağ Kurortları Alyansı hazırda Özbəkistanın Amirsoy, Qazaxıstanın Şımbulak və Oy Qaraqay, Rusiyanın Roza Xutor və Cənubi Koreyanın Mono Yong Pyon dağ kurortlarını özündə birləşdirir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:144
Bu xəbər 22 Noyabr 2024 13:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















