Icma.az
close
up
RU
Avrokubok oyunlarından hansı Naxçıvanda keçirilə bilər? “Araz Naxçıvan”a “mövsümi klub” gözüylə baxmaqdan vaz keçin

Avrokubok oyunlarından hansı Naxçıvanda keçirilə bilər? “Araz Naxçıvan”a “mövsümi klub” gözüylə baxmaqdan vaz keçin

Mia.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Araz-Naxçıvan” Futbol Klubunun (FK) bu günki oyunu bir çox baxımdan diqqətə layiqdi.

Mia.az-ın xəbərinə görə, Naxçıvan klubu Kiprin “Omoniya” klubunu qəbul edir ki, bu klub da Azərbaycan futbol azarkeşlərinə çox yaxşı tanışdı. 

Bundan əvvəl səfərdə “Aris”i udaraq növbəti mərhələyə keçən “Araz-Naxçıvan” rəqib meydançasında müxtəlif təxribatla üzləşmişdi. Əslində “Omoniya” da Kiprin yunanların üstünlük təşkil etdiyi bölgəsinə dair futbolu təmsil etdiyiçün bəzi psixioloji pressinqlərə meylli ola bilər. Mən əminəm ki, baş məşqçi Elman Baxşıyev komandasını məşq etdirərkən bu nüanslarla bağlı hazırlıqlar edib.
Rəqib komandanın baş məşqçisi dünən mətbuat konfransında ehtiyatlı danışıb. Onun sözlərinə görə, əgər  “Araz-Naxçıvan” “Aris”i kənarda qoyubsa, deməli, güclü kollektiv sayılır. “Aris” düzdü, dişli rəqib idi, amma texnika və peşəkarlıq baxımından yox, emosional olaraq. “Araz-Naxçıvan” kollektiv olaraq bir-birini meydanda daha yaxşı anlayan və strukturu mükəmməl komanda təsiri bağışlayır hazırkı Avrokubok mübarizəsində.
E.Baxşıyev zatən imkansızı yaratmaq gücündə olduğunu sübut edən adamdı. Keçən ilki Premyer Liqada da olmazın pressinqlərə tab gətirdi. Gizli, aşkar müxtəlif intriqaların fövqündə dayandı. Naxçıvanda oynamağa imkan olmadığı üçün Bakıdakı bazaya və stadiona sığındı və pula pul deməyən bəzi klubların qarşısında şəstlə dayandı. Çox söz dedilər onun komandasına, hətta “avtobusu olmayan komanda” kimi lağlağı cümlələrdən tutmuş, transfer etməyə imkanı çatmayan kasıb klub, - deyə məsxərə cümlələrə qədər. 
Amma adam keçən mövsümdə komandasını turnir cədvəlinin 3-cü pilləsinə daşıdımı? Daşıdı. Mövsüm başlayanda 15 oyun onları heç kim məğlub edə bilmədi. Qış tətilindən sonra top buraxmağa başladılar ki, onda da Baxşıyev özünü itirməyərək komandasını çox tez toparladı.  
Tərkibində bir nəfər naxçıvanlı olmayan “Araz-Naxçıvan”nın UEFA Konfrans Liqasının III təsnifat mərhələsində gəlib çıxması təsadüfi deyil. Özünün məşq meydançası olmayan komanda gah Bakıda, gah da Sumqayıtda məşq edə-edə o qədər qınağa məruz qaldı ki, bu, onların Avrokubok oyunlarına mükəmməl şəkildə köklənməsinin motivasiyasına çevrildi məncə. 
Büdcəsi zəif, maaşları aşağı səviyyədə, heç avtobusu belə olmayan və Avrokubok oyunlarında ölkəni layiqli təmsil edən komanda bundan sonra uğurlarını davam etdirəcəksə, “Araz-Naxçıvan”nın rəhbərliyi Naxçıvanda klubun bazasının, stadionunun tikintisi məsələsinə nəhayət, baxacaqmı? Heç olmasa, qarşıdakı Avrokubok oyunlarından hər hansı birinin Naxçıvanda keçirilməsi necə, arzu olaraq qalacaq, yoxsa, klub rəhbərliyi uzun zamandan sonra “Araz-Naxçıvan”a “mövsümi klub” gözüylə baxmaqdan vaz keçəcək? 
Mia.az-ın əməkdaşı bununla bağlı baş məşqçinin fikrini soruşub. Əlbəttə, E.Baxşıyevdə konkret cavab ola bilməz. O, fikir söyləməkdə çətinlik çəkir. Klub rəhbərliyinin əvəzinə danışa bilməz ki. Amma ən azından, indiki mərhələdə klub sahiblərinin bu barədə düşünməsini gözləyir. 
Elmar Baxşıyev də gözləyir, biz də.

Zülfiyyə Mustafayeva
Mia.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:114
embedMənbə:https://mia.az
archiveBu xəbər 07 Avqust 2025 19:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see168

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see163

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see154

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see153

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see149

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see141

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see141

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see139

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see136

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see134

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see132

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see131

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see131

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see131

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see130

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see130

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see129

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see126

Zelenski bir neçə regional rəhbəri vəzifədən azad etdiZelenski bir neçə regional rəhbəri vəzifədən azad etdi

22 Dekabr 2025 06:18see125

SON DƏQİQƏ Siqaret satışı ilə bağlı QƏRAR VERİLDİ

22 Dekabr 2025 11:25see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri