Icma.az
close
up
RU
“Avrokuboklara gedə bilməsək, faciə olacağını düşünmürəm” Şəhriyar Əliyev

“Avrokuboklara gedə bilməsək, faciə olacağını düşünmürəm” Şəhriyar Əliyev

Idmanxeber.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Hələ hazır deyiləm. Ayağımda ağrılar davam edir. Ayın 7-dən Türkiyədəm və müalicəm gedir. Həkimlər deyir ki, hələ hazır deyilsən. Nə vaxt qayıdacağım barədə konkret vaxt demək olmur. Buradakı həkimlər 6-8 həftə oynaya bilməyəcəyimi deyirlər. Ola bilsin bu müddət daha qısa oldu”.

Bu sözləri İdmanxeber.az saytına “Turan Tovuz”un kapitanı Şəhriyar Əliyev zədəsi ilə bağlı danışarkən deyib. Təcrübəli futbolçu daha sonra komandanın son turlardakı çıxışı və avrokubok iddiası ilə bağlı açıqlama verib:

“Komandaya yeni oyunçuların gəlməyi və zədəli futbolçuların çoxluğu çıxışımıza təsir edir. Düzdür, yeni transferlər də komandaya faydalı olmağa çalışır. Amma bir qədər çətinlik çəkirik. İtirilən heç nə yoxdur. Çalışıb qarşıdakı oyunlarda qələbələr qazanmalıyıq. Son oyunlarda çox az xallar qazanırıq. Rəqiblərlə xal fərqinin artmasını istəmirik. Çünki hədəfimiz var. Qarşımıza avrokubok məqsədi qoymuşuq. Bunu bacara bilməsək, faciə olacağını düşünmürəm. Amma hədəfimizə çatmaq istəyirik. Bu, o qədər də asan deyil. Bizimlə bərabər bir neçə komanda da avrokuboklar üçün mübarizə aparır. Sona qədər mübarizə aparmalıyıq. Hələ 4-cü yeri tutanın avrokuboklara gedib-getməyəcəyi bəlli deyil. Buna görə də son oyuna kimi mübarizə aparmalıyıq”.

Tovuz klubunun kapitanı son oyunda komandanın üzvü Veysəl Rzayevlə azarkeşlər  arasında baş verən qalmaqal barədə də danışıb:

“Futbolçu özü bu barədə açıqlama verib. O, artıq azarkeşlərdən üzrxahlıq edib. Oyunda bəzən emosiyalara qapılırsan. Veysəl gənc futbolçudu. Həvəslidi, istəklidir. Komandanın qalib gəlməsini arzulayır.  “Səbail” oyunu da bizim üçün yaxşı olmadı. Qələbə qazanmaq istəyirdik. Veysəl də matçın aqressiyasına qapılıb və istədəmən azarkeşlərlə mübasihə edib. Məncə, fanatlar onu başa düşəcək. Onun gənc və həvəsli olduğunu nəzərə alacaqlar. Qarşıdakı oyunda qələbə qazanaraq onu azarkeşlərə həsr etməyə çalışacağıq ki, aramızdakı inciklik getsin”.

Həsən Quluzadə

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:226
embedMənbə:https://idmanxeber.az
archiveBu xəbər 09 Aprel 2025 14:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see373

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see274

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see260

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see249

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see246

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see242

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see236

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see235

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see230

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see221

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see211

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see200

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see197

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see196

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see195

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see195

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see194

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see186

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see183

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri