Messi möhtəşəm qolla komandasına qələbə qazandırdı
Icma.az xəbər verir, Redaktor.az saytına əsaslanaraq.
ABŞ-nin MLS çempionatında XXXIII turun oyununda "New England Revolution" və "İnter Mayami" komandaları üz-üzə gəlib.
Redaktor.az xəbər verir ki, "Gillette Stadium"da keçirilən qarşılaşma qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Görüşün ilk hissəsində komandalar bir neçə təhlükəli hücum təşkil etsələr də, hesab açılmayıb.
İkinci hissəyə daha fəal başlayan meydan sahibləri 53-cü dəqiqədə hesabı açıblar. Daniyel Qazdaq İlay Feyngoldun ötürməsindən sonra topu qapıdan keçirərək "New England Revolution"u önə keçirib – 1:0.
Buraxılan qoldan sonra təşəbbüsü ələ alan "İnter Mayami" hesabı bərabərləşdirməyə nail olub. 69-cu dəqiqədə Lionel Messinin başla verdiyi ötürmədən sonra German Berterame dəqiq zərbə ilə fərqlənib – 1:1.
Qarşılaşmanın 83-cü dəqiqəsində isə Lionel Messi matçın taleyini həll edən qola imza atıb. Luis Suaresin ötürməsindən sonra topu qəbul edən argentinalı ulduz rəqib müdafiəçilərin arasından keçərək Telasko Seqoviya ilə ötürmə mübadiləsi edib. Daha sonra cərimə meydançasına daxil olan Messi sol ayağı ilə dəqiq zərbə endirərək topu qapının aşağı sağ küncünə göndərib – 1:2.
Beləliklə, Messi həm məhsuldar ötürmə, həm də qolla komandasının qələbəsində əsas rol oynayıb.
Qeyd edək ki, bu, Messinin MLS-in cari mövsümündə 26-cı qolu olub. Argentinalı futbolçu bombardirlər yarışında liderliyini davam etdirir. O, eyni zamanda, çempionatda 16 məhsuldar ötürmə ilə yadda qalıb. Beləliklə, Messinin cari mövsümdə qol və məhsuldar ötürmələrinin ümumi sayı 42-yə çatıb.
Matçın 87-ci dəqiqəsində "New England Revolution" hesabı bərabərləşdirsə də, VAR yoxlamasından sonra qol ləğv edilib. Qərar ofsayd səbəbindən verilib.
Bu qələbədən sonra "İnter Mayami" 59 xalla Şərq Konfransında ikinci pilləyə yüksəlib. 58 xalı olan "New England Revolution" isə üçüncü sıraya geriləyib.
Onu da bildirək ki, qarşılaşmanı stadiondan 54 112 azarkeş izləyib. Bu, "New England Revolution" klubunun müntəzəm çempionat tarixində ikinci ən böyük azarkeş göstəricisidir.
Növbəti turda "İnter Mayami" öz meydanında "Şarlott"u, "New England Revolution" isə səfərdə "Orlando Siti"ni qəbul edəcək.
Turan ASLAN
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:105
Bu xəbər 02 Noyabr 2026 09:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















