Icma.az
close
up
RU
Avropa birinciliyində Azərbaycan boksçusuna qarşı haqsızlıq edən hakim ömürlük diskvalifikasiya edilib

Avropa birinciliyində Azərbaycan boksçusuna qarşı haqsızlıq edən hakim ömürlük diskvalifikasiya edilib

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 5 avqust, AZƏRTAC

Ötən ay Serbiyada məktəblilər arasında keçirilən boks üzrə Avropa çempionatında Azərbaycan boksçusuna qarşı qərəzli şəkildə haqsızlıq edən hakim cəzasız qalmayıb.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Boks Federasiyasının bununla bağlı Beynəlxalq Boks Assosiasiyasına (İBA) ünvanlandığı etiraz məktubu, o cümlədən idmançımızın hüquqlarının qorunması üçün gördüyü işlərə cavab olaraq hakim Stefan Subalevski ömürlük hakim titulundan məhrum ediləcək.

İBA prezidenti Umar Kremlyev bununla bağlı şəxsi sosial şəbəkə hesabında paylaşım edib.

O videomüraciətində bildirib ki, məktəbli boksçuların Avropa birinciliyində Azərbaycan millisinin üzvü Yusif Ağakişiyevin (75 kiloqram) döyüşündəki hakim özbaşınalığa yol verməməli idi: “Bu həm İBA-nın çağırışıdır, həm də boks ailəsinin təmiz boks uğrunda istəyidir. Kimlər idman dəyərlərini pozur, onlar olmamalıdır. Nə İBA-da, nə də idmanda. Beləliklə, bu cür halların qarşısını ciddi şəkildə alırıq”.

U.Kremlyev vurğulayıb ki, döyüşü idarə edən hakimi ömürlük boksdan kənarlaşdıracaqlar: “Boksçunun məşqçisini dəstəkləyirəm. Amma onun hərəkətləri də düz deyil, bu cür olmamalıdır. Bunun üçün qərar verən xüsusi orqanlar – intizam və etika komissiyaları var. Hakim isə ömürlük kənarlaşdırılmalıdır”.

Qeyd edək ki, Serbiyanın Zlatibor şəhərində məktəbli boksçular arasında Avropa birinciliyində 75 kiloqram çəki dərəcəsində mübarizə aparan Yusif Ağakişiyevlə yerli Viktor Maystroviçin final görüşündə idmançımızın çempionluğu əlindən alınıb. Görüşün Şimali Makedoniyadan olan baş hakimi Stefan Subalevski qərəzli şəkildə rəqibin xeyrinə qərarlar verib və yarımçıq dayandırılan görüşdə qələbə serbiyalı idmançıya verilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:99
embedMənbə:https://azertag.az
archiveBu xəbər 05 Avqust 2025 17:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see212

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see195

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see173

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see165

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see154

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see154

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see151

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see150

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see150

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see147

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see141

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see140

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see135

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see131

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see130

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see128

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see127

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri