Icma.az
close
up
RU
“Avropa bürokratiyası sovet yanaşmasından imtina etməli və bizimlə dialoqa girməlidir”

“Avropa bürokratiyası sovet yanaşmasından imtina etməli və bizimlə dialoqa girməlidir”

Missiya.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Biz bir daha Avropa strukturlarına və bürokratiyasına müraciət edirik ki, bizimlə danışsınlar".

Missiya.Az xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərə müsahibəsində deyib.

Siyasətçi bildirib ki, onlar sovet yanaşmasından əl çəkməli və avropasayağı yanaşma ilə danışmalı və hərəkət etməlidirlər.

"Viza liberallaşmasına gəldikdə isə: Biz bir daha Avropa strukturlarına və bürokratiyasına çağırış edirik ki, bizimlə danışsınlar. Teleqramlar göndərmək əvəzinə bizimlə ünsiyyət qursunlar. Biz bütün mövzular üzrə dialoqa hazırıq. Xatırlayırsınızsa, bir vaxtlar 'rus qanunu' adlandırılan, əslində isə inqilabların qarşısını almağa yönəlmiş qanunla bağlı da biz Avropa bürokratiyasına, o vaxtkı ABŞ bürokratiyasına açıq debat çağırışı etmişdik, cəmiyyətin gözü qarşısında, bütün mövzular üzrə. Əgər sübut etsəydilər ki, bu qanunda nəsə pis bir şey var, biz onu geri çəkəcəyimizi demişdik. Amma heç bir müzakirə aparılmadı, beləliklə sovet yanaşması sərgiləndi. İndi də eynidir, bizə sadəcə notlar göndərirlər. Gəlin, bu sovet yanaşmasından əl çəksinlər və bizimlə avropa üsulu ilə danışsınlar, hərəkət etsinlər. Bizim Avropa bürokratiyasına çağırışımız budur. Avropa bürokratiyası ilə heç bir ünsiyyət yoxdur, –yalnız göndərilən depeşlərdən ('Depeş' - Rəsmi ünsiyyətdə istifadə olunan rəsmi məlumat məktubu və ya teleqram - Red.) başqa. Bu, vaxtilə Sovet Moskvasından Gürcüstana göndərilən depeşələri xatırladır. Bundan başqa, Avropa bürokratiyası ilə heç bir kommunikasiya olmayıb – bu isə sovet yanaşmasıdır. Mən istərdim ki, Avropa bürokratiyası bu sovet yanaşmasını dəf edə bilsin. Biz dialoqa açığıq, çünki düşünürük ki, tam haqlıyıq. İstər açıq şəkildə, istərsə də qapalı şəraitdə, gəlsinlər və ünsiyyət qurmağa çalışsınlar", - deyə Kobaxidze vurğulayıb.

Onun sözlərinə görə, Avropa bürokratiyasının zorakılıq haqqında danışmağa heç bir haqqı yoxdur:

"İnsan hüquqlarının müdafiəsi adı ilə bizə deyirlər ki, cinsə dair qeydin dəyişdirilməsini qadağan edən qanunu ləğv etməliyik. Şəffaflıq qanununa isə 'rus qanunu' adını verdilər və min bir bədnamlıq dedilər, amma burada da sıfır arqument, sıfır sübut. İnsan hüquqları mövzusuna gəlincə, bir şeyi Avropa bürokratiyasına xatırlatmaq istəyirəm, onların səfiri o zorakılıqları təşviq edirdi, hansı ki, Tbilisinin küçələrində gördük. ABŞ-nin sabiq səfiri də o zorakılıqları təşviq edirdi, hansı ki, bir zamanlar Tbilisinin küçələrində baş vermişdi. Belə bir vəziyyətdə onların deməsi ki, polis mitinq iştirakçısına qarşı zorakılıq edib, tamamilə yerinə düşmür. Onların bunu deməyə mənəvi haqqı yoxdur. Bunu bizə bəlkə sadə vətəndaşlarımız deyə bilər, bizi tənqid edə bilər ki, istintaq sona çatmayıb, istər obyektiv, istərsə də subyektiv səbəblərlə. Amma Avropa bürokratiyasının, Gürcüstan vətəndaşından fərqli olaraq, buna heç bir mənəvi haqqı yoxdur", - deyə siyasətçi əlavə edib.

Vizaların ləğv olunacağı halda ilin sonunda kim məsuliyyət daşıyacaq sualına isə İrakli Kobaxidze belə cavab verib:

"Əgər Avropa bürokratiyası viza liberallaşmasını bizə bu səbəblərə görə ləğv edəcəksə, kobud desək, kişi kişidir, qadın qadındır, cins haqqında qeydlər dəyişdirilməməlidir. Əgər bütün bunlar faciədirsə, deməli, lap bədbəxt bir vəziyyətdir", - deyə siyasətçi qeyd edib.

Daşqın Həsənov
Missiya.Az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:91
embedMənbə:https://missiya.az
archiveBu xəbər 01 Avqust 2025 12:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see213

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see196

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see179

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see166

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see155

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see153

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see152

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see152

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see147

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see143

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see141

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see141

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see140

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see134

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see131

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see131

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see130

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see130

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see127

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri