Avropa Çempionlar Kubokunun ikiqat qalibi vəfat edib
Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.
Bakı, 14 avqust, AZƏRTAC
İngiltərənin “Mançester Yunayted” və “Aston Villa” klublarının sabiq qapıçısı Cimmi Rimmer vəfat edib.
AZƏRTAC xəbər verir ki, veteran futbolçu 78 yaşında dünyasını dəyişib.
“Mançester Yunayted”in akademiyasının yetirməsi olan Rimmer 1968-ci ildə Avropa Çempionlar Kubokunu qazanan komandanın heyətində yer alıb.
O, 1977-ci ildə “Aston Villa”ya keçib və burada altı mövsüm çıxış edib. Birmingem təmsilçisinin heyətində İngiltərə çempionatında 229 matç keçirən veteran qapıçı 1981/1982-ci illər mövsümündə 2-ci dəfə Avropa Çempionlar Kubokunun qalibi olub. Rimer həmin turnirdə öz komandasının iştirakı ilə keçirilmiş bütün matçlarda meydana çıxıb. “Bavariya”ya qarşı final görüşündə ilk dəqiqələrdə meydana çıxan Rimer oyunun əvvəlində zədə alaraq əvəzlənib. “Aston Villa” həmin qarşılaşmada Almaniya nəhənginə 1:0 hesabı ilə qalib gələrək titula yiyələnib.
Qeyd edək ki, Cimmi Rimmer, həmçinin “Arsenal” və “Suonsi”nin formasını geyinib, İngiltərə millisində isə bir oyun keçirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:151
Bu xəbər 14 Avqust 2026 14:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















