Icma.az
close
up
RU
Avropa dilemma qarşısında: reallıqlarla üz üzə, Ankarasız mümkün olmur

Avropa dilemma qarşısında: reallıqlarla üz üzə, Ankarasız mümkün olmur

Icma.az, Olke.az portalına istinadən məlumat yayır.

Rusiya–Ukrayna müharibəsi Avropa üçün “Rusiya təhdidi” anlayışını abstrakt siyasi diskursdan real və birbaşa təhlükə kateqoriyasına keçirdi. Bu müharibə yalnız Ukraynanın taleyi ilə bağlı deyil, bütövlükdə Avropanın gələcək müdafiə və təhlükəsizlik planlarının formalaşmasında əsas müəyyənedici amilə çevrilib. NATO-nun strateji konsepsiyası artıq ehtimal olunan risklərə deyil, real müharibə ssenarilərinə əsaslanır.

Bu kontekstdə Alyansa üzv ölkələr üçün təhlükəsizliyin təmin olunmasının əsas şərtlərindən biri müdafiə xərclərinin artırılmasıdır. NATO-nun müəyyən etdiyi çərçivəyə uyğun olaraq üzv dövlətlərin Ümumi Daxili Məhsulunun azı 2 faizini müdafiə sahəsinə yönəltməsi artıq tövsiyə deyil, faktiki zərurət kimi qəbul olunur. Avropa dövlətləri anlayır ki, kollektiv müdafiə mexanizmi yalnız siyasi bəyanatlarla deyil, real hərbi potensialla işlək ola bilər.

Avropanın strateji oyanışı: “Pax Americana”dan post-transatlantik reallığa doğru
Strasburqda Avropa İttifaqı Komissiyasının sədri Ursula fon der Leyenin çıxışı təkcə ritorik bəyanat deyil, Avropanın gələcək strateji kursunun açıq konturları idi. “Dünənki dünya artıq mövcud deyil”, “Avropa öz təhlükəsizliyini özü təmin etməlidir” və “başqalarının dünya görüşü bizim taleyimizi müəyyən etməməlidir” kimi ifadələr əslində post–“Pax Americana” dövrünə keçidin siyasi manifesti kimi səsləndi.

Bu çıxış bir reallığı etiraf edir: Avropa artıq ABŞ təhlükəsizlik çətiri altında rahatlıq dövrünün sona çatdığını anlayır. NATO-nun uzun illər təmin etdiyi “komfort zonası” dağılıb və transatlantik əməkdaşlıq əvvəlki avtomatik məna yükünü itirib. ABŞ-ın “America First” xətti, xüsusən Donald Tramp dövründən sonra daha açıq və sərt formada ortaya çıxıb. Fon der Leyenin “nostalgiyalara vaxtımız yoxdur” deməsi məhz bu reallığın qəbuludur.

Avropanın müstəqil hərbi aktora çevrilməsi cəhdi
“Avropa öz təhlükəsizliyini özü təmin etməlidir” tezisi Brüsselin müstəqil ordu və hərbi-sənaye kompleksinin formalaşdırılması istiqamətində atacağı addımların anonsudur. Bu, Avropanın yenidən qlobal geosiyasətdə müstəqil aktor kimi qayıtmaq niyyətindən xəbər verir. Lakin bu yol nə qısa, nə də problemsizdir.

Almaniya kansleri Fridrix Merzin “Pax Americana” dövrü bitdi” açıqlaması artıq Avropanın aparıcı güclərinin bu düşüncəni siyasi xəttə çevirdiyini göstərir. Merzin “Almaniya sıfırdan yenilənməlidir” ifadəsi isə təkcə Berlin üçün deyil, bütövlükdə Avropa modeli üçün dərin struktur böhranının etirafıdır.

Rusiya faktoru və müharibə qorxusu
NATO-nun baş katibi Mark Ruttenin açıqlamaları Avropanın təhlükəsizlik mühitinin nə qədər kəskinləşdiyini göstərir. “Rusiyanın növbəti hədəfi bizik” və “müharibə qapının ağzındadır” kimi ifadələr artıq ehtimal deyil, planlama səviyyəsində qəbul edilən ssenarilərin mövcudluğundan xəbər verir.

Ruttenin vurğuladığı kimi, Rusiya təkcə açıq cəbhədə deyil, hibrid müharibə formatında sabotajlar, kiberhücumlar, infrastruktur hədəfləri üzərindən Avropaya qarşı gizli kampaniya aparır. Ukrayna müharibəsi bu təhlükənin laboratoriyası rolunu oynayır.

Almaniyanın hərbi dönüşü: tarixi dönüş nöqtəsi
Berlinin son qərarları Avropanın militarizasiya prosesinin real mərhələyə keçdiyini göstərir. 50 milyard avroluq modernləşmə paketi, “Puma” zirehli texnikaları, “Arrow-3” raket müdafiə sistemi, “Spock” peyk layihəsi və Rheinmetall-a verilən milyardlıq sifarişlər Almaniyanın İkinci Dünya müharibəsindən sonra ən böyük hərbi transformasiyasının göstəricisidir.

Qərbin Almaniya dilemması: liderlik qorxusu və nəzarət instinkti
Avropada təhlükəsizlik arxitekturasının yenidən qurulduğu indiki mərhələdə Almaniyanın önə çıxması təsadüfi deyil. Lakin bu yüksəliş eyni zamanda ciddi narahatlıq doğurur. Nə Böyük Britaniya, nə ABŞ, nə anqlosakson siyasi dairələri, nə də Fransa Almaniyanın Avropada müstəqil və aparıcı hərbi-siyasi liderə çevrilməsini arzulayır. Bu mövqe tarixi təcrübə, strateji refleks və güc balansı qorxusundan qaynaqlanır.

Tarixi yaddaş faktoru
Qərb siyasi elitasının kollektiv yaddaşında Almaniyanın sürətli güclənməsi həmişə sistem böhranı ilə assosiasiya olunub. XIX əsrin sonu və XX əsrin iki dünya müharibəsi Avropada alman liderliyinin hansı nəticələr doğura biləcəyini göstərib. Məhz buna görə İkinci Dünya müharibəsindən sonra Almaniya məqsədli şəkildə hərbi və siyasi baxımdan məhdudlaşdırıldı, NATO çərçivəsində ABŞ nəzarətinə alındı və Avropa İttifaqı layihəsi faktiki olaraq Almaniyanı “institusional çərçivə”yə salmaq üçün yaradıldı.

ABŞ və anqlosakson yanaşması
ABŞ üçün güclü Almaniya Avropada alternativ güc mərkəzi deməkdir. Vaşinqton Avropanı təhlükəsizlik baxımından daim özünə bağlı saxlamaq istəyir. Almaniyanın müstəqil ordu, hərbi sənaye və strateji qərarvermə imkanlarının genişlənməsi NATO-nun içindən yeni bir “strateji suverenlik” xətti yarada bilər ki, bu da ABŞ-ın Avropadakı lider rolunu zəiflədir. Bu səbəbdən Vaşinqton Almaniyanın güclənməsini yalnız NATO çərçivəsində, ABŞ nəzarəti altında qəbul edir.

Britaniya isə Avropa qitəsində hər zaman “balanslaşdırıcı” rol oynayıb. London tarixən Almaniya ilə Fransa arasında güc balansının pozulmamasına çalışıb. Almaniyanın dominant mövqeyə çıxması Britaniyanın Avropaya təsir imkanlarını kəskin azaldır. Brexit-dən sonra isə London Almaniyanın liderliyini daha açıq təhlükə kimi görür.

Fransanın liderlik rəqabəti
Fransa Avropada siyasi liderliyi öz tarixi missiyası hesab edir. Paris üçün Almaniyanın önə çıxması strateji rəqabətdir. Emmanuel Makronun “Avropa ordusu” ideyasına baxmayaraq, Fransa bu ordunun Almaniya deyil, Fransa nüvəsi üzərində formalaşmasını istəyir. Almaniyanın iqtisadi gücünün hərbi gücə çevrilməsi Paris üçün qəbuledilməz balans pozuntusudur.

Almaniya idarə olunan güc kimi qəbul edilir
Bu səbəbdən Qərb Almaniyanı müstəqil lider kimi deyil, “idarə olunan güc” kimi görmək istəyir. Almaniya güclənə bilər, amma müstəqil geosiyasi xətt yürütməməlidir. Onun hərbi potensialı NATO-nun içində, ABŞ-ın strateji çətiri altında və Fransa ilə balanslı şəkildə inkişaf etməlidir.
Məhz buna görə də Almaniyanın son hərbi addımları dəstəklənsə də, onun Avropada təkbaşına liderliyə iddiası gizli müqavimətlə qarşılanır. Qərb Almaniyanın gücünü istəyir, amma onun liderliyindən ehtiyat edir.

Yeni dünya düzəni və Avropanın dilemması
Yeni dünya düzəni yeni təhlükəsizlik qaydaları diktə edir. Müasir hərbi güc artıq yalnız tank və artilleriya deyil, bu, həm də  insan resursu, yüksək texnologiya, süni intellekt, kosmik və kiber imkanlar əsas rol oynayır. Bu kontekstdə Avropanın siyasi-iqtisadi-hərbi vahid kimi formalaşması mümkün olsa da, ABŞ olmadan təkbaşına təhlükəsizliyini təmin etməsi hələ inandırıcı görünmür.

Məhz bu səbəbdən Avropanın təhlükəsizlik arxitekturası ABŞ və Türkiyə faktorunu istisna edə bilməz. Türkiyə NATO-nun ikinci ən böyük ordusuna, real döyüş təcrübəsinə və strateji coğrafiyaya malikdir. Ankarasız Avropanın etibarlı təhlükəsizlik sistemi mümkün deyil.

Ankarasız, Vaşinqtonsuz Avropanın etibarlı müdafiəsi mümkün deyil
Fon der Leyenin çıxışı bir başlanğıcdır. Avropa oyanır, lakin bu oyanış qorxular, ziddiyyətlər və risklərlə müşayiət olunur. ABŞ-dan strateji asılılığı azaltmaq cəhdi qaçılmazdır, lakin mövcud geosiyasi reallıqlar sübut edir ki, Avropanın təkbaşına, ABŞ-dan  və Türkiydən kənar müstəqil təhlükəsizlik sistemi qurması hələlik real deyil. Bu Avropa üçün təhlükəli illüziya ola bilər. Rusiya ilə yanaşı, Yaxın Şərq, Qara dəniz hövzəsi, Cənubi Qafqaz və Aralıq dənizi istiqamətlərindən qaynaqlanan risklər Avropanın təhlükəsizlik gündəliyini daha da mürəkkəbləşdirir. Bu səbəbdən Avropanın həm Rusiya, həm də digər potensial təhlükələrdən etibarlı şəkildə qorunması üçün hərbi sahədə ABŞ və Türkiyə ilə mütləq strateji müttəfiqlik zəruridir.
Xüsusilə Türkiyə faktoru Avropanın təhlükəsizlik arxitekturasında əvəzolunmazdır. NATO-nun ikinci ən böyük ordusuna malik olan, real döyüş təcrübəsi, güclü hərbi-sənaye kompleksi və strateji coğrafi mövqeyi ilə seçilən Türkiyəsiz Avropanın etibarlı təhlükəsizlik sistemi mümkün deyil. Ankara Balkanlardan, Aralıq dənizi, Qara dənizdən Yaxın Şərqə, Cənubi Qafqaza, Xəzər hövzəsinə, Mərkəzi Asiyayadə uzanan təhlükəsizlik xəttinin mərkəzində yerləşir və Avropanın cənub-şərq cinahının əsas dayağıdır.

Nəticə etibarilə, Rusiya–Ukrayna müharibəsi Avropanı strateji illüziyalardan ayıraraq sərt reallıqla üz-üzə qoyub. Yeni təhlükəsizlik mühiti Avropanı daha çox xərcləməyə, daha çox məsuliyyət götürməyə və ən əsası, ABŞ və Türkiyə ilə müttəfiqliyi strateji zərurət kimi qəbul etməyə məcbur edir. Ankarasız Avropanın təhlükəsizlik arxitekturası nə tam, nə də davamlı ola bilər.Yeni dünya düzənində qalib gələnlər ideoloji romantiklər deyil, sərt geosiyasi reallığı düzgün oxuyanlar olacaq.

Mürtəza Bünyadlı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:99
embedMənbə:https://olke.az
archiveBu xəbər 18 Dekabr 2025 13:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Başımızın üstündə təhlükə var“ Yasamalda çoxmərtəbəli binaların sakinlərindən ŞİKAYƏT

17 Dekabr 2025 08:41see275

Rusiya Milad bayramında da döyüşmək istəyir

16 Dekabr 2025 19:38see242

İranda yeni türk əyaləti yarana bilər Kampaniya başladı

16 Dekabr 2025 15:43see234

Lavrov: ABŞ ın Venesuelada əməliyyat planları razılaşma ümidlərini azaldır

18 Dekabr 2025 01:26see228

“Ramin Nur” şadlıq sarayında BİABIRÇILIQ: dana əti adı ilə camış əti verdilər

17 Dekabr 2025 17:39see220

AZƏRTAC ilə AMADA arasında Əməkdaşlıq Haqqında Memorandum imzalanıb

16 Dekabr 2025 18:14see198

Ordubadda avtomobil qaz xəttinə çırpılıb, 8 minə yaxın abonent qazsız qalıb

18 Dekabr 2025 08:44see189

Mançester Yunayted Mərakeşi FİFA ya şikayət etdi

17 Dekabr 2025 23:12see185

Bu gün axşamdan maqnit qasırğası başlayacaq

17 Dekabr 2025 15:26see168

Cəlilabad kəndlərində vəhşi təhdid: Uşaqlar və qoyunlar təhlükədə

16 Dekabr 2025 21:42see166

Neftçilər xəstəxanasında ÖLÜM Anası böyrəyini verdi, həkimlər isə öldürdü FOTO

17 Dekabr 2025 02:24see164

Eurovision İsrailə görə tarixinin ən böyük böhranlarından birini yaşayır

17 Dekabr 2025 13:40see160

“ABB Qarabağ” kobrend kartı buraxılır!

17 Dekabr 2025 00:07see155

Hər hansı bir məsələdə qadağa varsa, məsuliyyət də olmalıdır Deputat

17 Dekabr 2025 14:46see155

Gecə oyanmaların səbəbi açıqlandı Problem əlamətidir?

16 Dekabr 2025 21:01see155

BİZİM TƏQVİM:17 dekabrda baş vermiş tarixi hadisələr

17 Dekabr 2025 08:04see154

Milyonçu yarışmasına qatılmışdı, çəlləyin içində meyiti tapıldı FOTO

17 Dekabr 2025 14:50see151

Vuçiç: “Kuşnerin şirkətinin layihədə iştirakda” KONKRET

16 Dekabr 2025 18:09see144

Melaniya Tramp haqqında filmin treyleri yayıldı VİDEO

17 Dekabr 2025 23:11see136

PSJ tarix yazdı: Paris klubu Qitələrarası Kuboku qazandı

18 Dekabr 2025 01:08see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri