Avropa Gənclər Parlamenti Azərbaycan İctimai Birliyinin XI Milli Seçim Konfransına start verilib
525.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Avropa Gənclər Parlamenti (AGP) Azərbaycan İctimai Birliyinin XI Milli Seçim Konfransı rəsmi olaraq öz işinə başlayıb.
525.az xəbər verir ki, konfransın ilk günü ənənəvi olaraq Tanınma və Komanda Quruculuğu Günü ilə yadda qalıb.
Bildirilib ki, Azərbaycanın müxtəlif bölgələrindən və xarici ölkələrdən gələn 100-dən çox gənc ilk tanışlıqları qurmaq və əməkdaşlığa zəmin yaratmaq fürsəti əldə ediblər. Müxtəlif interaktiv oyunlar və fəaliyyətlər vasitəsilə iştirakçılar bir-birini daha yaxından tanımaq, qarşılıqlı inam və komanda ruhu formalaşdırmaq imkanı qazanıblar. Bu ilin XI Milli Seçim Konfransının mövzuları, kosmos, aviasiya, rəqəmsallaşma, süni intellekt, dayanıqlılıq, qadınların və uşaqların hüquqlarının gücləndirilməsi, mühəndislik və texnologiya olub.
Gənclər gün ərzində həm açıq havada, həm də qapalı məkanlarda təşkil olunmuş tanışlıq oyunlarına və bərabər fəaliyyətlərə böyük motivasiya ilə qoşulublar.
Günün sonunda isə əyləncəli oyunlar gənclərə maraqlı və yaddaqalan anlar yaşadıb.
Qeyd edək ki, AGP Azərbaycan İctimai Birliyinin XI Milli Seçim Konfransı avqustun 12-dək davam edəcək. Proqram çərçivəsində komitə işi, qətnamələrin hazırlanması, seminarlar, Baş Assambleya sessiyası, eləcə də Yuxarı Səviyyəli Bağlanış Mərasimi nəzərdə tutulur.
Baxış sayı:57
Bu xəbər 08 Avqust 2025 22:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















