Icma.az
close
up
RU
Avropa ilə strateji tərəfdaşlıq: Azərbaycan bərabərhüquqlu münasibətlərdə maraqlıdır

Avropa ilə strateji tərəfdaşlıq: Azərbaycan bərabərhüquqlu münasibətlərdə maraqlıdır

Cebheinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycan və Litvanın xarici işlər nazirləri Ceyhun Bayramovla Kestutis Budris iki ölkə arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzalayıblar.

Bu barədə Azərbaycan XİN-in “X” hesabında paylaşım edilib. Bunun Azərbaycan-Litva münasibətlərində mühüm mərhələ olduğu, ikitərəfli əməkdaşlığın gücləndirilməsi və siyasi, iqtisadi, ticarət, enerji, nəqliyyat, kommunikasiya və qarşılıqlı maraq doğuran digər sahələrdə əlaqələrin daha da inkişaf etdirilməsi üçün yeni zəmin yaratdığı bildirilib.

Litva ilə strateji tərəfdaşlıq Azərbaycanın Avropadakı siyasi və iqtisadi mövqelərinə necə təsir edəcək?

"Cebheinfo.az"-a açıqlamasında Azərbaycan Milli İstiqlal Partiyasının sədri, deputat Arzuxan Əlizadə bildirib ki, Azərbaycan və Litva arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamənin imzalanması iki ölkə arasındakı münasibətlərin inkişafında mühüm siyasi hadisədir:

“Bu sənəd Azərbaycan-Litva əlaqələrinin yeni mərhələyə qədəm qoyduğunu göstərməklə yanaşı, ölkələrimiz arasında əməkdaşlığın daha geniş və sistemli müstəvidə inkişafına imkan yaradacaq. Xüsusilə indiki geosiyasi şəraitdə Azərbaycanın Avropa dövlətləri ilə qarşılıqlı maraqlara əsaslanan tərəfdaşlıq münasibətlərini genişləndirməsi mühüm əhəmiyyət daşıyır.

Litvanın Avropa İttifaqının üzvü olması bu tərəfdaşlığın siyasi əhəmiyyətini daha da artırır. Bu münasibətlər Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinin genişləndirilməsi, ölkəmizin mövqeyinin Avropa siyasi dairələrində daha yaxından tanıdılması və qarşılıqlı maraq doğuran məsələlər üzrə dialoqun gücləndirilməsi baxımından əlavə imkanlar yaradır.

Xüsusilə Litvanın 2027-ci ilin birinci yarısında Avropa İttifaqı Şurasına sədrlik edəcəyini nəzərə alsaq, bu əməkdaşlığın əhəmiyyəti daha aydın görünür. Azərbaycanın Avropa ilə münasibətlərində enerji təhlükəsizliyi, nəqliyyat-logistika və regional bağlantılar əsas istiqamətlərdəndir. Bu baxımdan Litva ilə münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi Azərbaycanın Avropadakı siyasi və iqtisadi mövqelərinin möhkəmlənməsinə müsbət təsir göstərə bilər”.

Deputat əlavə edib ki, digər mühüm məqam iqtisadi əməkdaşlıq perspektivləridir:

“Azərbaycan Şərq-Qərb nəqliyyat dəhlizinin inkişafında mühüm rol oynayır və Orta Dəhlizin imkanlarının genişləndirilməsi ölkəmizin beynəlxalq tranzit əhəmiyyətini artırır. Litva isə Baltik regionunda mühüm nəqliyyat və logistika imkanlarına malikdir. Bu iki ölkənin potensialının uzlaşdırılması yükdaşımaların, ticarət dövriyyəsinin və qarşılıqlı investisiyaların artmasına şərait yarada bilər. Eyni zamanda, enerji təhlükəsizliyi, bərpaolunan enerji, informasiya texnologiyaları və digər sahələrdə əməkdaşlıq üçün də geniş imkanlar mövcuddur”.

Arzuxan Əlizadə vurğulayıb ki, imzalanmış Birgə Bəyannaməyə yalnız diplomatik sənəd kimi yanaşmaq düzgün olmazdı:

“Bu sənəd konkret iqtisadi layihələrin həyata keçirilməsi, siyasi dialoqun intensivləşdirilməsi və Azərbaycanla Avropa dövlətləri arasında əlaqələrin daha da dərinləşdirilməsi üçün yeni imkanlar açır. Əsas məsələ əldə olunmuş siyasi razılaşmaların real əməkdaşlıq mexanizmlərinə çevrilməsidir. Azərbaycan özünün müstəqil xarici siyasət kursuna uyğun olaraq Avropa dövlətləri ilə bərabərhüquqlu və qarşılıqlı faydalı münasibətləri inkişaf etdirməkdə maraqlıdır. Litva ilə strateji tərəfdaşlığın da bu istiqamətdə uğurlu nəticələr verəcəyinə inanıram”.

Əfsanə Rəcəb
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:53
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 25 Noyabr 2026 16:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see356

İnsandan kif qoxusu gəlirsə, hansı xəstəliyi var?

23 Noyabr 2026 16:43see314

Səhiyyə Menecmenti Forumu 2026 a son 3 gün qaldı

23 Noyabr 2026 17:48see310

Ev təsərrüfatlarının uçotunun arxasında nə dayanır? Yeni sistemin əsl məqsədi

23 Noyabr 2026 16:16see307

Marketlər istədikləri qiyməti müəyyən edə bilməyəcək?

23 Noyabr 2026 17:32see280

Düz bağırsaq xərçənginin aşkar simptomları

23 Noyabr 2026 17:12see276

Rusiyada meyiti taplan prodüser Elmir Məhərrəmovla bağlı yeni detallar məlum oldu

23 Noyabr 2026 23:56see271

Fürsətçi… Yunus Oğuz yazır

23 Noyabr 2026 17:46see267

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see257

Dünya məktəbinin şagirdləri orbitə peyk buraxacaqlar FOTOLAR

23 Noyabr 2026 16:43see254

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see248

Türkiyəli aktyor Şapkacı kadınlar a çəkilir

24 Noyabr 2026 03:23see246

Adanın qəzaya düşərək həlak olduğu avtomobilin son halı Video

23 Noyabr 2026 22:01see232

Qalmaqallı istefadan 11 gün sonra belə geri döndü Video

24 Noyabr 2026 02:56see231

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see227

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see226

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see220

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see215

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see213

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see211
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri