Avropa İttifaqı İsrailə dəstəyini təkrarlayıb
Icma.az, Aznews.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Avropa İttifaqının (Aİ) Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaja Kallas vəzifəyə gəldikdən sonra İsrailə ilk səfəri zamanı Brüsselin Təl-Əvivə dəstəyini bir daha təsdiqləyib.
"Qəzzada gərginliyin artmasının Fələstin xalqı üçün dəhşət və ölümlə nəticələndiyini" deyən Kallas, işğal altındakı Qüdsdə İsrailin xarici işlər naziri Gideon Saar ilə birgə görüşdə israillilərin öz evlərində özlərini təhlükəsiz hiss etmələri lazım olduğunu bildirib.
"Təəssüf ki, mənim səfərim çətin vaxta təsadüf edir. Bu səhər atəşkəsin pozulması dəhşətli insan tələfatına səbəb olub", - Kallas deyib.
“Qəzza zolağında atəşkəs bərpa edilməli, bütün məhbuslar azad edilməli, daimi atəşkəs əldə edilməli və Qəzzaya humanitar yardım axını bərpa edilməlidir”, - deyən Kallas Qəzzanın gələcək idarəçiliyi ilə bağlı müzakirələrin aparılmasının vacib olduğunu bildirib.
Aİ-nin bu müzakirələrdə məsuliyyəti öz üzərinə götürməyə hazır olduğunu ifadə edən Kallas, "Bu yolla gələcəkdə bu problemlərin yaranmasının qarşısını ala bilərik. Aydındır ki, Aİ terrorla mübarizəni dəstəkləyir. İsrailin təhlükəsizliyi Aİ üçün çox önəmlidir, lakin fələstinlilərin də hüquqlarına hörmət edilməlidir".
Kallas həmçinin bildirib ki, Aİ Saar ilə ikitərəfli görüşdə fələstinlilərə qarşı hücumların intensivləşdiyi işğal altındakı İordan çayının qərb sahilindəki vəziyyətlə bağlı narahatlığını ifadə edib.
Mövsüm
Aznews.az

