Icma.az
close
up
RU
“Avropa İttifaqı missiyasının təxribatlarına sonsuza qədər biganə qala bilmərik”

“Avropa İttifaqı missiyasının təxribatlarına sonsuza qədər biganə qala bilmərik”

Icma.az xəbər verir, Moderator.az saytına əsaslanaraq.

Azər Qasımov: “Missiya sərhəddən yığışdırılmasa, Azərbaycan buna ciddi reaksiya verməyə məcbur olacaq”

Ermənistanın Baş naziri Nikol Paşinyan Vaşinqtonda Atlantik Şurada müzakirələr zamanı Avropa İttifaqının missiyasını Azərbaycanla sərhədin delimitasiya olunmuş hissələrinə yerləşdirməməyə hazır olduqlarnı bidlirib.

Maraqlıdır, Paşinyanın belə bir addımı Azərbaycana qarşı müsbət bir jest kimi təqdim etməsi nə qədər məntiqlidir? Doğrudanmı bu, Ermənistanın Azərbaycana güzəşti hesab oluna bilər?

Moderator.az-a açıqlama verən siyasi şərhçi Azər Qasımov Paşinyanın məlum açıqlamasını növbəti riyakarlıq nümunəsi kimi xarakterizə edib:

“Ermənistan Aİ missiyasını Azərbaycan sərhəddinə gətirməklə özünü təhlükəsiz hesab etmək istəyir. Bu, özünü aldatmaqdan başqa bir şey deyildir. Əksinə, Azərbaycanı qıcıqlandırmaqla özünün təhlükəsizliyinə qarşı bir təhlükə də yaradır.

Məsələ ondadır ki, sərhəddəki Aİ missiyası Azərbaycana qarşı hörmətsizlik edir. Heç bir dövlət razı olmaz ki, kimlərsə onun sərhəddində onu izləsin. Bu, həmin ölkəyə qarşı təhdid mənasına gəlir. Kimlərsə Azərbaycanın sərhəddində onu izləyirsə, bunun bir məqsədi vardır. Kəşfiyyat məlumatları toplamaq. Kəşfiyyat məlumatlarını isə gələcək proseslər üçün hazırlıq məqsədi ilə toplayırlar. Bu da ancaq məqam düşəndə Azərbaycana qarşı hərbi əməliyyatlar etmək üçün ola bilər. Odur ki, Azərbaycan tərəfi bu fəaliyyətə biganə qala bilməz, xüsusən də, Ermənistanın müxtəlif dövlətlər tərəfindən silahlandırması, hərbi təlimlərə hazırlaşdırılması durumunda.

Paşinyanın sərhəddin delimitasiya olunmuş hissələrində Aİ-nın missiyasının yerləşdiriməməsinin mümkünlüyü barədə verdiyi bəyanat məsələnin mahiyyətini ört-bastır etməkdən başqa bir şey deyildir. Bu, əsas məqsədin gizlədilməsidir. Ermənistan Aİ missiyasının sərhəddə yerləşdirilməsinin məqsədini açıq şəkildə bəyan etməlidir ki, bu missiya sərhəddə nə edir. Azərbaycan Prezidentinin də razılığı ilə iki aylığa bu missiya sərhəddə gələndə məqsəd atəşkəsə nəzarət idi. Artıq belə bir problem yoxdur. Uzun müddətdir ki, sərhəddə atəşkəsdir və bu missiyaya ehtiyac yoxdur, xüsusilə bundan sonrakı iki ilə. Odur ki, Paşinyan bu missiyanı sərhəddən yığışdırmalıdır. Əks halda, Azərbaycan buna ciddi reaksiya verməyə məcbur olacaq. Cavabın xarakterini isə veriləndə görəcəklər”.

Seymur ƏLİYEV

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:66
embedMənbə:https://moderator.az
archiveBu xəbər 05 Fevral 2025 13:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see320

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see254

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see228

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see201

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see186

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see171

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see169

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see168

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see167

Göyçayda sahibkarın 5 milyonluq soyuducu anbarı 35 minə hərraca çıxarıldı VİDEO

23 Yanvar 2026 14:10see167

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see166

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see164

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see153

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see150

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see148

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see146

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see145

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see143

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see143

Rusiya: Ukrayna ordusu Donbas bölgəsini tərk etməlidir

23 Yanvar 2026 15:18see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri