Icma.az
close
up
RU
Avropa İttifaqı ölkələrində əhalinin azalacağı proqnozlaşdırılır

Avropa İttifaqı ölkələrində əhalinin azalacağı proqnozlaşdırılır

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Buxarest, 23 aprel, AZƏRTAC

Avropa İttifaqı (Aİ) ölkələrində demoqrafik dəyişikliklərin gələcək onilliklərdə ciddi nəticələrə gətirib çıxaracağı gözlənilir.

AZƏRTAC xəbər verir ki, Avrostat tərəfindən yayımlanan son proqnozlara görə, Aİ-nin ümumi əhalisi 2100-cü ilə qədər təxminən 53 milyon nəfər azalacaq.

Məlumata görə, Aİ-nin əhalisi hazırda 450 milyondan çox olduğu halda, əsrin sonuna doğru bu rəqəmin təxminən 400 milyona enəcəyi gözlənilir. Bu isə ümumilikdə əhəmiyyətli azalma deməkdir.

Proqnozlara əsasən, yaxın illərdə əhali artımı qısa müddət davam etsə də, təxminən 2029-cu ildən sonra azalma tendensiyası üstünlük təşkil edəcək və bu proses uzunmüddətli xarakter alacaq.

Əsas səbəblər arasında doğum səviyyəsinin aşağı düşməsi, əhalinin sürətlə qocalması və əmək qabiliyyətli insanların sayının azalması göstərilir. 2100-cü ilə qədər Avropada yaşlı əhalinin payının əhəmiyyətli dərəcədə artacağı, gənclərin və işlək yaş qrupunun isə azalacağı gözlənilir.

Rumıniya isə bu prosesdə ən çox azalma yaşayan ölkələr sırasında yer alır. Proqnozlara görə, ölkə əhalisi əhəmiyyətli dərəcədə azalacaq və bu, həm əmək bazarına, həm də iqtisadi inkişaf perspektivlərinə təsir göstərəcək.

Qeyd olunur ki, bu demoqrafik dəyişikliklər sosial təminat sisteminə də ciddi təsir edəcək. Əhalinin qocalması fonunda pensiya və səhiyyə xərclərinin artacağı, işçi qüvvəsinin isə azalacağı proqnozlaşdırılır.

Bu səbəbdən Avropa ölkələri qarşıdakı dövrdə demoqrafik siyasətlərin gücləndirilməsi, miqrasiya idarəçiliyinin təkmilləşdirilməsi və əmək bazarının yeni reallıqlara uyğunlaşdırılması istiqamətində tədbirləri genişləndirməli olacaq.

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri

Buxarest

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:127
embedMənbə:https://azertag.az
archiveBu xəbər 23 Aprel 2026 13:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see350

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see321

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see314

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see305

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see282

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see275

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see273

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see271

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see249

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see241

ChatGPT nin məsləhətinə qulaq asan epilepsiya xəstəsi öldü

29 Oktyabr 2026 18:54see236

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see230

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see224

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see218

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see217

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see212

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see209

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see207

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see203

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri