Icma.az
close
up
RU
Avropa İttifaqı Rusiyanın bank və enerji sektorunu hədəfə alır ABŞ dəstək versə, ölkə iflic ola bilər...

Avropa İttifaqı Rusiyanın bank və enerji sektorunu hədəfə alır ABŞ dəstək versə, ölkə iflic ola bilər...

Icma.az bildirir, Azpolitika.az portalına istinadən.

Avropa İttifaqı (Aİ) Rusiya hakimiyyətinə qarşı son tədbirlər çərçivəsində bir sıra rus bankları və enerji şirkətlərinə yeni sanksiyalar tətbiq etməyi nəzərdən keçirir.

“AzPolitika” xəbər verir ki, bu barədə sentyabrın 8-də “Bloomberg” agentliyi məlumatlı mənbələrə istinadən məlumat yayıb. Məqsəd Rusiyanı Ukraynaya qarşı müharibəsini dayandırmağa məcbur etməkdir.

Mənbələr bildiriblər ki, sanksiyalar paketi rus ödəniş sistemləri, kredit kartları, kriptovalyuta birjaları və neft ticarəti ilə bağlı əlavə məhdudiyyətləri əhatə edə bilər. Mənbələr əlavə edib ki, Aİ bəzi son tədbirləri ABŞ ilə koordinasiya etməyə ümid edir. Həftə ərzində Aİ rəsmilərindən ibarət nümayəndə heyəti Vaşinqtona səfər edəcək və amerikalı həmkarları ilə birgə mümkün birgə tədbirləri müzakirə edəcək.

Mənbələrin sözlərinə görə, sanksiyalar paketi “kölgə gəmiləri”, üçüncü ölkələrdəki neft treyderləri və sanksiya siyahısına daxil olan tankerlərin sığortasına qadağa tətbiqini də əhatə edə bilər. Aİ həmçinin böyük rus neft şirkətlərinə tətbiq olunan istisnaların ləğvini və bəzi şirkətlər, o cümlədən “Rosneft”ə əlavə məhdudiyyətlərin tətbiqini nəzərdən keçirir. Bundan əlavə, Rusiyanın hərbi sənayesində istifadə olunan məhsullar və kimyəvi maddələrin ixracına qadağalar, eləcə də bu məhsulları tədarük edən xarici, o cümlədən Çin şirkətlərinə məhdudiyyətlər tətbiq olunması müzakirə edilir.

Mənbələr bildirib ki, Aİ həmçinin “sanksiyalardan yayınma ilə mübarizə aləti”ni ilk dəfə Qazaxıstana qarşı tətbiq etməyi düşünür. Bu, Qazaxıstanın müəyyən avadanlıq idxalını qadağan etməsini nəzərdə tutur, çünki bu avadanlıq hələ də Rusiyaya yönəldilir və orada silah istehsalında istifadə olunur. Mənbələr xəbərdarlıq edib ki, bu alətin tətbiqi geniş sübutlar tələb edir və bütün sanksiyalar kimi üzv dövlətlərin dəstəyinə bağlıdır.

Digər tədbirlər arasında vizalara məhdudiyyətlər, sanksiyaya daxil olan “kölgə gəmilərini” qəbul edən limanlara məhdudiyyətlər və hərbi əhəmiyyətə malik süni intellekt xidmətlərinə sanksiyalar da nəzərdən keçirilir.

Mənbələr qeyd ediblər ki, təklif olunan sanksiyalar paketi Aİ paytaxtları ilə müzakirələr zamanı dəyişikliklərə məruz qala bilər.

Xatırladaq ki, Rusiya əleyhinə sanksiyalar ilk dəfə 2014-cü ildə Ukraynaya hücumundan sonra tətbiq olunub. 24 fevral 2022-ci ildə Rusiya ordusunun tammiqyaslı işğalından sonra məhdudiyyətlər əhəmiyyətli dərəcədə genişləndirilib. Aİ indiyədək 18 sanksiya paketi qəbul edib, sonuncusunu isə 18 iyul 2025-ci ildə Aİ Şurası təsdiqləyib.

Rasim Əliyev

“AzPolitika.info”

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:110
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 08 Sentyabr 2025 16:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see279

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see260

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see232

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see211

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see203

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see181

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see175

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see172

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see162

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see162

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see157

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see150

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see149

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see145

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see145

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see144

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see144

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see143

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see142

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri