Icma.az
close
up
RU
Menu

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

Əldə olan pulu artırmaq üçün bunu edin!

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

La Liqa: Valensiyada triller

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

Ərəb koalisiyası husilərin Səudiyyə Ərəbistanına atdığı ballistik raketləri ələ keçirib

Mask ABŞ də seçkilər ərəfəsində respublikaçıların ən böyük donoru olub

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

Səhiyyə Nazirliyində Vətəndaş qəbulu tam rəqəmsallaşdı

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

Avropa İttifaqı səlahiyyətini aşıb

Avropa İttifaqı səlahiyyətini aşıb

Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bu qurum regionda açıq təxribatla məşğuldur

Avropa İttifaqının (Aİ) Azərbaycanla sərhəddə yerləşdirilmiş müşahidəçiləri yenidən fəallaşıblar. Bu dəfə 2-si hərbçi, 4-ü mülki şəxs olmaqla, ümumilikdə, 6 nəfər Ermənistanın Keşişkənd rayonunun Arpa yaşayış məntəqəsi istiqamətində yerləşən erməni silahlı qüvvələrinin döyüş mövqeyinə gəlib. Azərbaycan sərhədində müşahidə apardıqdan sonra onlar digər döyüş mövqelərində də olublar. Bldirilir ki, Azərbaycan mövqeləri istiqamətində foto və video çəkilişlər aparılıb. Missiyanın təxribatçı fəaliyyəti Azərbaycan tərəfindən qeydə alınıb.

Onu da qeyd edək ki, missiyanın əməkdaşları ötən müddət ərzində də dəfələrlə Azərbaycan sərhədinə gələrək mövqelərimizin foto və video çəkilişlərini aparıblar. Guya, atəşkəsə nəzarət edir, münaqişədən təsirlənmiş ərazilərdə insanların təhlükəsizliyinə töhfə verir, Ermənistan və Azərbaycan arasında etimadın yaradılmasını dəstəkləyirlər. Əslində isə, onlar Azərbaycanın sərhəd təhlükəsizliyi və nəzarət sisteminin qurulması istiqamətində gördüyü işlər barədə məlumat toplamaqla pozuçuluq fəaliyyəti ilə məşğul olurlar. Bu məlumatın erməni hərbçilərinə ötürülməyəcəyinə zəmanət haradandır? Axı hələ sülh müqaviləsi imzalanmayıb. 

Sülh müqaviləsinin imzalanmasına isə Qərbin müxtəlif strukturları, o cümlədən Brüsseldə oturan siyasətçilər mane olurlar. Ermənistana müxtəlif vədlər verməklə, silahlandırmaqla ümidləndirirlər. Bu səbəbdən də hər vəchlə bölgədə təxribatçı, gərginliyə yönəlik addım və tədbirlərə əl atırlar. Guya ki, fəaliyyətləri Ermənistanın təhlükəsizliyinin möhkəmləndirilməsinə yönəlib. Bu ölkənin təhlükəsizliyini isə heç kim pozmaq niyyətində deyil. Görünən odur ki, bu addımın arxasında Aİ-nin məkrli planları gizlənir.

Ona görə də belə çıxır ki, bu missiya Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinin yerləşməsi və fəaliyyəti barədə səhra məlumatlarını toplamaqla ölkəmizin sərhəd təhlükəsizliyi sistemi üçün risklər yaradır. Bununla bağlı kifayət qədər məlumatlar da var. Məsələn, Aİ-nin kortejinin sərhədin Ermənistan silahlı qüvvələrinin mühəndis işləri apardığı Azərbaycanın Fərəhli kəndi yaxınlığında işlərini “müşahidə etməsi”nin özü açıq şəkildə göstərir ki, onlar öz mandatlarından kənara çıxıblar. Əslində, nəinki mühəndislik və möhkəmləndirmə işlərinə nəzarət edir, həm də necə və nə etməli olduqlarını başa salırlar. 

Ötən ilin payızında isə həmin missiyanın 8 nəfərdən ibarət heyəti erməni hərbçilərlə birlikdə Azərbaycanın şərti sərhədinə yaxınlaşaraq ərazilərimizin müşahidəsini aparıb və bundan bir neçə gün sonra, həmin istiqamətdə Ermənistan tərəfdən ora hərbçilərin toplanması, silah və texnika gətirilməsi müşahidə edilib. Yəni onlar prosesdə birbaşa iştirak edir, təlimatçı kimi haylara kömək göstərirlər. Həm vəziyyəti gərginləşdirir, həm də fəaliyyətləri ilə Azərbaycan əleyhinə təbliğat aparırlar.

Digər tərəfdən, Azərbaycanla Ermənistan arasında aparılan ikitərəfli danışıqlarda artıq razılaşdırılmış və demarkasiya olunmuş sərhədin həmin hissəsində avropalı müşahidəçilərin peyda olması haqlı suallar doğurur. Bu missiyaya nə ehtiyac vardı? 

Hayastan isə Aİ-nin Ermənistandakı missiyasının çətiri altında gizlənmək, məkrli siyasətini bundan sonra da davam etdirmək istəyir. Daha doğrusu, vaxt qazanmaqla yenidən silahlanaraq Azərbaycana qarşı müharibəyə hazırlaşır. Aİ-nin Ermənistandakı missiyasının mandatının daha iki il müddətinə uzadılması da bu məqsədə xidmət edir. Məlumata görə, İrəvan missiyanın uzadılmasında daha israrlı olub. 

Onu da qeyd edək ki, missiyanın fəaliyyətinin daha iki il uzadılması İrəvanda sevinclə qarşılanıb. Bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan  “X” sosial şəbəkəsində yazıb: “Missiya regionda sabitliyin dayaqlarından biri olduğunu sübut edib. Biz hər bir Aİ üzv dövlətinin dəstəyini və iştirakını yüksək qiymətləndiririk”.

Onu da qeyd edək ki, bu, Azərbaycan tərəfindən sərt qarşılanıb. Qərarla bağlı Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov bildirib ki, “bir şeydən (sülhdən) danışıb, başqa addım atan Ermənistan bizimlə eyni anda bir masanın arxasında oturmaq istəyir”.

Seyidov açıqlamasında haqlıdır. Ermənistan sülhdən danışır, amma bir tərəfdən Qərbin çətiri altında silahlanır. Hayastan 2021-ci ildə 600 milyon dollarlıq hərbi büdcəsini 2024-cü ildə 1 milyard 700 milyon dollardan yuxarı qaldırıb. Fransa, Hindistan və digər ölkələr tərəfindən sürətlə silahlandırılır. Bugünlərdə Ermənistanın müdafiə naziri Suren Papikyan Hindistanda keçirilən sərgidə iştirak edib. Onun  uzaqmənzilli hücum silahları almaqla bağlı imzaladığı müqavilələr də bundan xəbər verir. Məqsəd Azərbaycanın ərazilərinə uzaq məsafəli zərbələr endirə biləcək hücum silahları əldə etməkdir. Fransa da kənarda qalmır.  Verilən son məlumatlara görə, Fransa Ermənistana veriləcək 26 ədəd “Bastion” zirehli transportyorundan 10 ədədinin istehsalını başa çatdırıb. Onların yaxın günlərdə Ermənistana tədarükü gözlənilir. Həmçinin, Paris artıq İrəvana 12 ədəd “Sezar” artilleriya qurğusu ötürüb. İlin sonunadək isə daha 24 belə silahın Ermənistana verilməsi gözlənilir. Göründüyü kimi, Ermənistan təxribatlar üçün zəmin formalaşdırır. Bütün bunlar onu deməyə əsas verir ki, biz yaxın vaxtlarda Ermənistan tərəfindən növbəti təxribatların şahidi olacağıq. Bu təxribatların arxasında dayanan əsas ilhamverici güc də Avropa İttifaqının müşahidə missiyasıdır.

Politoloq Yeganə Hacıyeva ilə söhbətimiz də bu mövzu ilə bağlıdır.  Onun sözlərinə görə, Ermənistan rəsmiləri və şəxsən Nikol Paşınyanın sülh açıqlamalarına baxmayaraq, haylar “sülhpərvər patrullar”dan əl çəkmək niyyətində deyillər: “Son hadisələr Aİ-nin “sülhpərvər patrullar”nın Ermənistandakı missiyası Cənubi Qafqazda əbədi lövbər salmaq niyyətindən xəbər verir. 

Üstəlik, Aİ Şurası müşahidə missiyasına bu dövr üçün 44 milyon avrodan çox büdcə ayırdı. Bu, 44 milyonluq vəsait ­Aİ-nin daxili vergi ödəyicilərinin hesabına hayların müdafiə sənayesinə hədiyyə edilib. Onu bu ölkənin müdafiə sənayesinə sərmayə kimi dəyərləndirmək daha doğru olardı. Aİ regionda nüfuzunu genişləndirmək üçün hər fürsətdən istifadə edir. Ermənistan da bunu bildiyi üçün gərginliyi artırmaqda qərarlıdır. Bununla da bölgəni ciddi təhlükə qarşısında qoyur.

Xatırlatmaq yerinə düşər ki, Aİ-nin Ermənistana göndərdiyi müşahidəçi missiyasının “sülhpərvər patrulları” öz işinə başlayandan dərhal bir gün sonra – 2023 cü il fevralın 21-də Azərbaycan Ordusunun mövqeləri bir neçə istiqamətdən atəşə tutulub. Sonrakı dövrələrdə də eyni ssenari davam edib və Avropa İttifaqı Ermənistanda “Azərbaycanla bağlı vəziyyətin həllinə kömək etməli olan mülki missiyası”nın müddətinin yekunlaşmasına az qalmış sərhəddə gərginlik fonu yaradıb. Diqqəti çəkən əsas məqam Ermənistanda Aİ-nin “sülhpərvər patrullar”nın reydlərində intensivliyin artmasıdır. Bununla, İrəvan Ermənistan –Azərbaycan sərhədində hansısa bir prosesin getdiyi görüntüsü yaratmaqla missiyanın büdcəsini və mandatını genişləndirmək məqsədi güdür.

Ermənistanın silahlanmasına gəlincə, deyim ki, ona sərf olunan vəsait sosial məqsədlərə yönəldilsəydi daha effektli olardı. Çünki  haylar nə qədər silahlansalar da, Azərbaycan Ordusunun qarşısında acizdilər. Qısa müddətdə ağır məğlubiyyətdən qaça bilməyəcəklər”.

 Beləliklə, Ermənistan bir əlində iki qarpız tutmağa çalışır. Mümkün deyil.  Aİ-nin müşahidə missiyasının bu günəqədərki fəaliyyətinə gəlincə, deməliyik ki, ancaq təxribatlarla məşğul olurlar.

Pünhan ƏFƏNDİYEV
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:278
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 14 Fevral 2025 01:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see960

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see421

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see375

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see358

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see284

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see268

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see257

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

13 Oktyabr 2026 00:01see221

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see219

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

13 Oktyabr 2026 02:38see215

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see212

Ərəb koalisiyası husilərin Səudiyyə Ərəbistanına atdığı ballistik raketləri ələ keçirib

13 Oktyabr 2026 02:36see210

Mask ABŞ də seçkilər ərəfəsində respublikaçıların ən böyük donoru olub

13 Oktyabr 2026 02:58see208

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see204

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see191

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see186

Səhiyyə Nazirliyində Vətəndaş qəbulu tam rəqəmsallaşdı

13 Oktyabr 2026 10:58see186

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see181

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see173

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

14 Oktyabr 2026 00:39see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri