Icma.az
close
up
RU
Avropa İttifaqı Trampın “sülh planı”na qarşı çıxdı Kaya Kallasdan sərt bəyanat

Avropa İttifaqı Trampın “sülh planı”na qarşı çıxdı Kaya Kallasdan sərt bəyanat

Azpolitika.az saytına istinadən Icma.az xəbər verir.

“Ukrayna və Avropa dəstəkləməsə, heç bir “sülh planı” işləməyəcək”

Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas ABŞ-nin Ukrayna müharibəsi ilə bağlı açıqlanan “sülh planı”na münasibət bildirib.

“Newsweek” jurnalı yazır ki, Brüsseldə Aİ xarici işlər nazirlərinin görüşünü açan Kallas uzunmüddətli və ədalətli sülhün vacibliyini vurğulayıb və bu istiqamətdə atılan addımları alqışlayıb.

Kallasın sözlərinə görə, hər hansı razılaşmanın uğurlu olması üçün həm ukraynalıların, həm də avropalıların dəstəyi vacibdir: “Aydındır ki, istənilən planın işləməsi üçün ukraynalılar və avropalılar onun arxasında dayanmalıdır”.

Aİ rəsmisi bir daha xatırladıb ki, münaqişədə “bir aqressor və bir qurban var” və Rusiyanın geri çəkilməyə hazır olduğuna dair heç bir əlamət yoxdur: “Əgər Rusiya həqiqətən sülh istəyirdisə, şərtsiz atəşkəsə çoxdan razılıq verə bilərdi. Amma bu gecə də mülki əhali bombalanır”.

Kallasın sözlərinə görə, Aİ ABŞ-nin hazırladığı plana cəlb edilməyib: “Bildiyimə görə, yox.”

Plan gün ərzində Aİ ölkələrinin xarici işlər nazirləri tərəfindən müzakirə olunacaq.

Mediaya sızan məlumatlara əsasən, plan bir sıra mühüm şərtləri əhatə edir: Ukrayna ordusunun bütün Donbasdan çıxarılması, Ukrayna Silahlı Qüvvələrinin sayının və döyüş qabiliyyətinin azaldılması, Rusiya qoşunlarının Zaporojye və Xerson vilayətlərində işğal etdiyi ərazilərin bir hissəsini geri qaytarması, Ukraynanın NATO-ya üzvlük tələbindən və sülhməramlı qüvvələrin yerləşdirilməsi ideyasından imtina etməsi, bunun müqabilində Rusiyanın Ukraynaya və digər Avropa ölkələrinə hücum etməyəcəyinə dair qanunvericiliklə təsbit edilmiş öhdəlik götürməsi.

Aİ rəsmilərinin fikrincə, plan Ukraynanın təhlükəsizlik maraqlarına uyğun gəlmədiyi üçün ciddi etiraz doğurub və Avropa paytaxtlarında gərgin müzakirələrə səbəb olub.

Rasim

“AzPolitika.info”

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:54
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 20 Noyabr 2025 13:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Gələn ilin büdcəsi ölkəmizin inkişaf prioritetlərini tam şəkildə əks etdirir”

19 Noyabr 2025 15:50see444

Pensiyalar yanvarda bu qədər artacaq

19 Noyabr 2025 18:19see295

Araz Paşayev Mərkəzi Aran bölgəsində həmkarlar ittifaqı ilk təşkilat sədrləri ilə görüş keçirib FOTOLAR

19 Noyabr 2025 18:29see275

Barlaslı Tarağayın oğlu Əmir Teymurun son sözləri...

19 Noyabr 2025 07:01see187

YAP 33 il dövlətçilik və gələcəyə inam yolu MƏQALƏ

18 Noyabr 2025 19:43see157

15 yaşlı yeniyetmənin qətlinin təfərrüatı VİDEO

18 Noyabr 2025 20:09see156

Dollarlaşma tarixi minimuma düşdü AMB sədri

19 Noyabr 2025 12:49see153

Qazaxıstan və Özbəkistan sərhəddə gözləyən 8 min vaqonun boşaldılması üçün tədbirlər barədə razılığa gəlib

19 Noyabr 2025 06:44see145

3 milyard ildən qədim qayalarda həyat izləri tapıldı

18 Noyabr 2025 21:37see143

Sosial şəbəkələrdə paylaşılan bu videolar insanda “indi bunu mən yeməliyəm” hissi yaradır XƏBƏRDARLIQ

19 Noyabr 2025 13:24see142

Avtomobil nömrələrində dəyişiklik: Bu işarə ləğv edildi

20 Noyabr 2025 11:46see135

Tramp: Səudiyyə Ərəbistanı ilə müdafiə paktı barədə razılığa gəldik

18 Noyabr 2025 22:48see134

5 ilə nələr dəyişdi? Fotolar

18 Noyabr 2025 21:22see134

Sabalenka “Vogue Arabia” üçün fotosessiyada çəkilib FOTO

19 Noyabr 2025 04:16see133

“Beşiktaş”dan Barselona nın futbolçusuna 8 milyon avroluq təklif

19 Noyabr 2025 22:19see132

İspaniya Ukraynaya 615 milyon avro dəyərində yeni hərbi yardım paketini elan edib

18 Noyabr 2025 22:44see132

Mərhum Xalq artistinin yaxın qohumu imiş

19 Noyabr 2025 11:22see126

Kiloqramı 25 manatdır: Xərçəng yaradırmış 33 illik araşdırma

19 Noyabr 2025 16:03see126

KİV: ABŞ ın sülh planı Ukraynada rus dilinin dövlət dili kimi tanınmasını, Kiyevə yardımın azaldılmasını ehtiva edir

19 Noyabr 2025 22:26see126

Nicat Kazımov oğluna toy etdi Video

19 Noyabr 2025 22:37see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri