Avropa İttifaqı Ukraynaya 3 milyard avroluq növbəti kredit tranşı köçürüb AZƏRTAC
Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bakı, 10 yanvar, AZƏRTAC
Avropa İttifaqı Ukraynaya Yeddilik Qrupunun (G7) 3 milyard avro həcmində növbəti kredit tranşını köçürüb.
AZƏRTAC xəbər verir ki, Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen bu barədə “X” sosial şəbəkəsində yazıb.
Avropa diplomatiyasının rəhbəri Kaya Kallas isə kreditin Rusiyanın müsadirə olunan aktivlərindən əldə edilən gəlir hesabına ödəniləcəyini açıqlayıb. Onun sözlərinə görə, Brüssel bu yolla Kiyevin hərbi ehtiyaclarını ödəmək və Ukrayna iqtisadiyyatını dəstəkləmək niyyətindədir.
G7-nin Rusiyanın dondurulmuş aktivlərinin yenidən investisiyası nəticəsində əldə edilən gəlirlər hesabına Ukraynaya 40 il müddətinə təqdim olunacaq kredit proqramı 45-50 milyard dollar həcmində nəzərdə tutulur. Bu, o deməkdir ki, Brüssel Böyük Yeddilikdəki tərəfdaşlarına - ABŞ, Böyük Britaniya, Kanada və Yaponiyaya Rusiyanın Avropada dondurulan 200 milyard avrodan çox aktivinin azı 40 il ərzində blokdan çıxarılmayacağına dair vəd verib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:92
Bu xəbər 10 Yanvar 2025 15:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















