Avropa İttifaqı Ukraynaya raket və dronların alınması üçün əlavə vəsait ayıracaq
Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bakı, 11 oktyabr, AZƏRTAC
Avropa İttifaqı (Aİ) gələn həftə Ukraynanın müdafiə qabiliyyətini gücləndirmək məqsədilə raket və pilotsuz uçuş aparatlarının (PUA) alınmasına əlavə vəsait ayıracaq.
AZƏRTAC xəbər verir ki, Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen oktyabrın 11-də Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefon danışığı apardığını bildirib. O, “X” sosial şəbəkəsindəki paylaşımında Ukrayna xalqı ilə həmrəyliyini və Zelenskiyə tam dəstəyini ifadə edib.
“Ukrayna bu həftə Avropa Şurasının gündəliyində əsas məsələlərdən biri olacaq. Biz gələn il üçün maliyyə ehtiyaclarını və Kiyevə beynəlxalq dəstəyin artırılması yollarını müzakirə edəcəyik. Həmçinin bu həftə Aİ Ukraynanın müdafiəsini gücləndirmək və hava məkanını qorumaq üçün dron və raketlərin alınmasına əlavə maliyyə vəsaiti ayıracaq”, - deyə Avropa Komissiyasının Prezidenti qeyd edib.
O əlavə edib ki, Aİ tezliklə Ukraynanın Avropaya inteqrasiyası ilə bağlı danışıqların iki yeni istiqaməti üzrə məsləhətləşmələrə başlayacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:123
Bu xəbər 11 Oktyabr 2026 21:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















