Icma.az
close
up
RU
Menu

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

A Seriyası: 19 illik rekord təkrarlandı

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

Uşaqda insultu necə tanımalı?

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

Səhiyyə Nazirliyində yeni təyinat

5 dövlət şirkəti ləğv olundu QƏRAR

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Tramp bu ittifaqı dağıda biləcəkmi? ŞƏRH

Tramp bu ittifaqı dağıda biləcəkmi? ŞƏRH

Cebheinfo saytına istinadən Icma.az xəbər verir.

“ABŞ və Rusiya prezidentlərinin Alyaskadakı görüşünü diqqətlə izləyən ölkələr arasında Çin də vardı. Çinin “Sinhua” agentliyi liderlərin sammitini bu başlıqla yayımlayıb: “Ukrayna ilə bağlı razılaşma əldə olunmadı””.

“Cebheinfo.az” xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu bildirib.

O qeyd edib ki, Rusiya Ukraynaya qarşı işğalçı müharibəyə başladıqdan bu yana Qərbin Pekinə qarşı siyasəti sərtləşib:

“Vaşinqton və Brüssel Pekini Rusiyaya hərbi dəstəkdə ittiham edirlər. Pekin bu iddiaları rədd etsə də, Qərb ölkələrinin kəşfiyyat strukturları Çinin Rusiyaya hərbi texnika istehsalı üçün lazım texnoloji avadanlıqlar ötürdüyü qənaətindədir. 

Rusiya-Ukrayna müharibəsinin davam etdirilməsi bir tərəfdən Çinə iqtisadi problemlər yaradarkən, digər tərəfdən bu ölkənin rəsmiləri müharibənin davamında maraqlı olduqlarını gizlətmirlər.

Çinin xarici işlər naziri Van Yi Brüsseldəki görüşlərin birində açıq etiraf etmişdi ki, Rusiya müharibədə məğlub olarsa, ABŞ bütün diqqətini Çinə yönəldəcək. Başqa sözlə bu o deməkdir ki, ABŞ-ın başı nə qədər Rusiya-Ukrayna müharibəsinə qarışsa, bu bir o qədər Çinin maraqlarına cavab verir”. 

Çinin “China Daily” nəşrində yayımlanan son məqalədə Rusiya-Ukrayna müharibəsinin günahkarı kimi NATO-nun şərqə doğru genişləndirilməsi siyasəti göstərilib”.

Onun sözlərinə görə, nəşrin iddiasına görə, Rusiya-Ukrayna müharibəsinin başlamasının səbəbi məhz budur:

“Alyaska görüşünü şərh edən qəzet ABŞ və Rusiya prezidentlərinin görüşünün nəticə verməməsinin dərin səbəbləri olduğunu vurğulayıb. Çin nəşri müharibənin dayandırılması üçün Qərbin ciddi addımlar atması zərurətini yazıb.

Nəşr həmin addımların nədən ibarət olduğunu yazmasa da, söhbətin Rusiyanın təhlükəsizlik maraqlarının nəzərə alınmasından getdiyi aydındır.  
Bu arada, ABŞ Prezidenti Donald Tramp Çinlə ticarət müqaviləsinin imzalanmasına çalışır. Trampın mövqeyi belədir ki, Rusiya-Çin ittifaqı ABŞ üçün təhlükəlidir, Vaşinqton bu dövlətlərdən birini öz tərəfinə çəkməlidir. Tramp Rusiya-Çin ittifaqının formalaşmasına görə özündən əvvəlki demokrat prezidentləri - Barak Obamanı və Co Baydeni günahlandırıb.

Məlumdur ki, ABŞ-la keçmiş SSRİ arasında “soyuq müharibə” illərində Vaşinqton kommunist Pekini öz tərəfinə çəkməyə nail olmuşdu. Ancaq SSRİ dağıldıqdan sonra Vaşinqtonun bu siyasəti zəiflədi və Rusiya Çinlə müxtəlif sahələrdə tərəfdaşlıq əlaqələri qurdu. 

Buna baxmayaraq, Tramp hesab edir ki, Rusiya və Çin strateji tərəfdaş ola bilməzlər. Onun fikrincə, əhalisi artan Çinin Rusiyanın ərazilərinə və resurslarına ehtiyacı var. İndi əsas sual budur: Tramp Rusiya-Çin ittifaqını zəiflətmək üçün hansı ölkəni özünə yaxınlaşdırmaq istəyəcək?

Həm Moskva, həm də Pekin ABŞ-la siyasi və iqtisadi əlaqələri inkişaf etdirmək istəyirlər. Moskvaya mane olan Ukraynaya qarşı işğalçı müharibəni davam etdirməsidir.

ABŞ-la Çin öz aralarında ixdal və ixracatda razılaşmalar əldə edə bilsələr, Vaşinqton yenə tərəfdaş olaraq Pekini seçə bilər. Ancaq bunun üçün Çin Tayvanı ələ keçirmək planından imtina etməlidir. Pekinin isə bu planından imtina edəcəyinə dair işarə yoxdur. Odur ki, Trampın söylədiklərinə baxmayaraq, Vaşinqton hələ bir müddət də Moskva-Pekin ittifaqı ilə üz-üzə qalacaq”.

"Cebheinfo.az"

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:127
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 16 Avqust 2025 13:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see501

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see474

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see283

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see264

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see257

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see256

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see246

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see243

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see243

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see237

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see233

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see224

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see221

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see221

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

29 Oktyabr 2026 15:28see212

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see209

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see200

Səhiyyə Nazirliyində yeni təyinat

29 Oktyabr 2026 12:25see197

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see194

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri