Icma.az
close
up
RU
Menu

ADNSU da dəyişiklik: fakültə və kafedralar azaldı, yeni təyinatlar oldu

Azərbaycan alimindən dünya elmi üçün yeni konsepsiya: metaverse və folklor turizminə həsr olunmuş monoqrafiya nəşr olunub

Amerikalılar İran müharibəsindən üz döndərir Ağ Ev geri çəkiləcək?

“İran yenə Azərbaycan və türk düşmənçiliyi siyasətini davam etdirir”

Azərbaycanlılar ən çox bunları axtarır “Google” statistikası təəccübləndirir

Qarpız zəhərlənməsi: “Bu il...”

ABŞ ordusu Hörmüzdə daha 17 ticarət gəmisinin marşrutunu dəyişib

28 yaşlı azərbaycanlı alim “Tekstil sənayesinin Nobeli”ni qazandı Fotolar

“İranın AZTV ni hədəf alması rejimin mahiyyətini göstərir”

Heyvan sizi dişlədisə, dərhal nə etməlisiniz? Nazirliyin mütəxəssisi izah edir

ATB rəhbərliyi Visa nümayəndə heyəti ilə görüş keçirdi FOTOLAR

Oliqarx Deripaska, Rusiyanı çöküşlə bağlı xəbərdar etdi...

​“Wildberries” Rusiyadan bu ölkəyə qaçır Şirkətə heç kim icarəyə anbar vermək istəmir

Qarpızı hansı aylara qədər yemək məsləhətdir?

Dayılarına ev almaq üçün BOT yaratdı, MİDA nın sisteminə müdaxilə etdi

MEDİA nın qərarı söz azadlığına qarşı deyil, milli qanunvericiliyin tətbiqinin nümunəsidir

Rubrika: Tibbdə yenilik

Ronaldo kino dünyasında: Qeyri adi təklifi qəbul etdi...

Beşiktaş serbiyalı ulduzu hədəf aldı Vinçentso İtalyano amili işə yarayacaq?

Avropa federasiyaları FIFA nı və dünya çempionatını boykot edə bilər

Avropa İttifaqında mövqe mübarizəsi

Avropa İttifaqında mövqe mübarizəsi

Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.

Ukrayna məsələsi niyə mübahisəyə çevrilib?

Avropa son aylarda Ukraynanın sürətləndirilmiş üzvlüyü ətrafında gedən müzakirələrə daha dərindən baxdıqda aydın olur ki, Avropa siyasi elitası Avropa İttifaqının (Aİ) gələcək mahiyyəti üzərində mübahisə aparır.

Maraqlıdır ki, Brüssel Ukraynanın Avropa ailəsinə daha sürətli inteqrasiyasını strateji zərurət kimi təqdim etdiyi halda, Berlin, Paris və Haaqa kimi əsas paytaxtlar prosesə daha ehtiyatlı yanaşırlar. Bunlar isə Aİ-nin daxilində yeni geosiyasi xəttin formalaşdığını göstərir. Soyuq müharibənin başa çatmasından sonra qurumun genişlənmə siyasəti, ilk növbədə, geosiyasi deyil, normativ transformasiya layihəsi kimi təqdim olunurdu. Brüsselin əsas məntiqi belə idi: Aİ-yə üzv olmaq istəyən dövlətlər əvvəlcə öz siyasi, hüquqi və iqtisadi sistemlərini Avropa standartlarına uyğunlaşdırmalı, yalnız bundan sonra üzvlük əldə etməlidirlər.

Bu yanaşmanın hüquqi əsası 1993-cü ildə Danimarkanın paytaxtı Kopenhagendə keçirilən Avropa Şurasının sammitində qəbul edilən və sonradan “Kopenhagen meyarları” adlandırılan prinsiplər oldu. Həmin meyarlara görə, namizəd ölkə sabit demokratik institutlara malik olmalı, insan hüquqlarını və azlıqların hüquqlarını qorumalı, işlək bazar iqtisadiyyatı qurmalı və Aİ-nin qanunvericiliyini tətbiq etməyi bacarmalı idi. Məsələn, Polşa, Macarıstan, Çexiya, Slovakiya və Baltik ölkələri 1990-cı illərdə üzvlük perspektivi əldə etsələr də, onların Aİ-yə qəbulu dərhal baş vermədi. Bu ölkələr, təxminən, on il ərzində minlərlə qanun və normativ akt qəbul etdilər, məhkəmə sistemlərini yenidən formalaşdırdılar, iqtisadiyyatlarını liberallaşdırdılar və dövlət idarəçiliyini Avropa standartlarına uyğunlaşdırdılar. Nəticədə onlar yalnız 2004-cü ildə Aİ-yə qəbul olundular.

Eyni yanaşma Rumıniya və Bolqarıstana da tətbiq edildi. Onlar Şərqi Avropanın digər dövlətləri ilə birlikdə danışıqlara başlasalar da, korrupsiya və məhkəmə sistemindəki problemlər səbəbindən onların üzvlüyü 2007-ci ilə qədər təxirə salındı. Hətta üzv olduqdan sonra belə Brüssel həmin ölkələr üzərində xüsusi monitorinq mexanizmləri saxladı. 2013-cü ildə Xorvatiyanın üzvlüyü də eyni məntiq üzrə həyata keçirildi. Məhz buna görə uzun illər Aİ beynəlxalq münasibətlər nəzəriyyəsində "normativ güc" kimi xarakterizə edilirdi. Avropa dövlətləri qaydalar, standartlar və institusional transformasiya yolu ilə təsir göstərirdilər. Üzvlük perspektivi isə bu transformasiyanın əsas aləti hesab olunurdu.

Lakin Ukrayna məsələsi bu ənənəvi yanaşmaya ciddi düzəlişlər gətirib. Əgər əvvəllər əsas sual "ölkə üzvlüyə hazırdırmı?" idisə, indi Brüsseldə getdikcə daha çox "Avropa həmin ölkəni öz təhlükəsizlik sisteminə inteqrasiya etməyə nə qədər ehtiyac duyur?" sualı müzakirə olunur. Başqa sözlə, genişlənmə ilk dəfə normativ layihədən geosiyasi strategiyaya çevrilmək üzrədir. Brüssel hesab edir ki, Ukraynanın Avropa strukturlarına bağlanması Rusiyanın təsir imkanlarını məhdudlaşdırmaq və qitənin təhlükəsizlik arxitekturasını yenidən qurmaq üçün vacibdir. Aİ-də belə bir yanaşma formalaşıb ki, əgər Ukrayna uzunmüddətli perspektivdə siyasi, iqtisadi və institusional baxımdan Avropa məkanına inteqrasiya olunarsa, Moskvanın bu ölkə üzərində təsir imkanları əhəmiyyətli dərəcədə azalacaq. Məhz burada fikir ayrılığı yaranır.

Almaniya və Fransa niyə ehtiyat edir?

Bir çox müşahidəçilər Almaniya və Fransanın Ukraynanın üzvlüyünə qarşı çıxdığını düşünür. Əslində isə vəziyyət daha mürəkkəbdir. Berlin və Paris Ukraynanın Avropa perspektivini dəstəkləyirlər. Ancaq onlar İttifaqın gələcəkdə necə işləyəcəyindən narahatdırlar. Bu gün Aİ 27 üzv dövlətdən ibarət mürəkkəb siyasi mexanizmdir. Yeni üzvlərin, xüsusilə də böyük əhali və geniş kənd təsərrüfatı sektoruna malik Ukraynanın qoşulması büdcə bölgüsü, kənd təsərrüfatı subsidiyaları, qərar qəbuletmə mexanizmləri və institusional balans üzərində ciddi təsirlər yarada bilər. Çünki Ukrayna nə Monteneqrodur, nə də Xorvatiya. Söhbət Avropada ən böyük əraziyə malik dövlətdən, təxminən, 40 milyonluq əhaliyə sahib və müharibə şəraitində olan bir dövlətdən gedir. Bu isə Aİ-nin mövcud institutları, büdcə mexanizmləri və qərar qəbuletmə sistemi üçün ciddi sınaq yarada bilər.

Digər tərəfdən, Ukraynanın üzvlüyü Aİ-nin büdcə balansını da dəyişdirə bilər. Hazırda Aİ daxilində Almaniya, Fransa və Niderland əsas donor dövlətlərdir. Ukraynanın üzvlüyündən sonra Aİ-nin ən böyük maliyyə dəstəyi alan ölkələrindən birinə çevrilməsi ehtimalı yüksəkdir. Berlin və Parisi düşündürən digər vacib məqam isə qərar qəbuletmə mexanizmidir. Hazırda Aİ-də xarici siyasət, təhlükəsizlik və bir sıra strateji məsələlər üzrə konsensus əldə etmək çətinləşir. Yeni üzvlərin əlavə olunması bu prosesi daha mürəkkəb edə bilər. Buna görə Fransa uzun müddətdir genişlənmə ilə paralel olaraq Aİ-də institusional islahatların aparılmasını, xüsusilə bəzi sahələrdə yekdillik prinsipinin məhdudlaşdırılmasını müdafiə edir.

Burada daha bir siyasi məqam var. Almaniya və Fransa yaxşı anlayırlar ki, Ukraynanın üzvlüyü təkcə bir dövlətin Aİ-yə qoşulması demək deyil. Həmin addım, eyni zamanda, ittifaqın geosiyasi ağırlıq mərkəzini şərqə doğru dəyişə bilər. Polşa, Baltik ölkələri və gələcəkdə Ukraynanın daxil olduğu yeni siyasi blok təhlükəsizlik məsələlərində daha sərt və Rusiya əleyhinə mövqe formalaşdıra bilər.

Son illər Avrokomissiya özünü daha çox geosiyasi aktor kimi təqdim etməyə çalışır. Ursula fon der Lyayen dövründə Brüssel enerji, müdafiə, sanksiyalar və xarici siyasət sahələrində daha fəal rol almağa başlayıb. Lakin Aİ-də legitim siyasi gücün əsas mənbəyi hələ də üzv dövlətlərdir. Bu səbəbdən Ukrayna müzakirələri Brüssellə milli paytaxtlar arasında səlahiyyət bölgüsünün yeni mərhələsini nümayiş etdirir.

Qərbi Balkanlar yenidən gündəmdə

Bu prosesin ən maraqlı nəticələrindən biri uzun illər gözləmə otağında saxlanılan Qərbi Balkan ölkələrinin yenidən diqqət mərkəzinə çıxmasıdır. Xüsusilə Monteneqro və Albaniya Qərbi Balkanlarda ən irəlidə olan namizəd ölkələr hesab edilirlər. Monteneqro hələ 2012-ci ildə üzvlük danışıqlarına başlayıb və hazırda danışıq fəsillərinin böyük hissəsini açıb, onların əhəmiyyətli qismini isə artıq bağlamağa nail olub. Bu ölkə uzun müddətdir ki, "ən hazır namizəd" kimi qiymətləndirilir. Albaniya da son illər məhkəmə sistemində aparılan islahatlar, korrupsiyaya qarşı mübarizə tədbirləri və dövlət idarəçiliyinin modernləşdirilməsi sahəsində mühüm addımlar ataraq üzvlük prosesində ciddi irəliləyiş əldə edib.

Bu ölkələrdə haqlı olaraq belə bir sual yaranır: Əgər geosiyasi səbəblər üzvlük meyarlarını dəyişirsə, onda uzun illər aparılan islahatların mənası nə olub? Məhz buna görə Almaniya və bəzi dövlətlər Monteneqronun növbəti genişlənmə dalğasının simvoluna çevrilməsini istəyirlər.

Müzakirələrin mərkəzində Ukrayna dayansa da, əslində, Avropa liderlərini düşündürən başqa məsələdir. Bir tərəfdə təhlükəsizlik təhdidlərinə sürətli cavab verən, daha çevik və geosiyasi Avropa modeli, digər tərəfdə isə hüquqi prosedurlara, institusional sabitliyə və mərhələli inteqrasiyaya üstünlük verən klassik Avropa modeli mövcuddur. Bu iki yanaşma arasında tarazlığın necə qurulacağı yaxın illərdə Avropa siyasətinin əsas mövzularından birinə çevriləcək.

Sonda qeyd edək ki, bu gün Brüsseldə veriləcək qərarlar yalnız Ukraynanın deyil, həm də uzun illərdir Avropa qapısında gözləyən Balkan ölkələrinin gələcəyini müəyyənləşdirəcək. Əslində Avropa İttifaqı qarşısında duran əsas məsələ geosiyasi zərurət ilə institusional ədalət arasında balansı necə qorumaqdır.

Şəbnəm ZEYNALOVA,
XQ-nin siyasi analitiki,
siyasi elmlər üzrə fəlsəfə doktoru

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:102
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 13 İyun 2026 16:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADNSU da dəyişiklik: fakültə və kafedralar azaldı, yeni təyinatlar oldu

28 İyul 2026 07:01see314

Azərbaycan alimindən dünya elmi üçün yeni konsepsiya: metaverse və folklor turizminə həsr olunmuş monoqrafiya nəşr olunub

29 İyul 2026 10:23see296

Amerikalılar İran müharibəsindən üz döndərir Ağ Ev geri çəkiləcək?

28 İyul 2026 15:12see268

“İran yenə Azərbaycan və türk düşmənçiliyi siyasətini davam etdirir”

28 İyul 2026 06:57see260

Azərbaycanlılar ən çox bunları axtarır “Google” statistikası təəccübləndirir

28 İyul 2026 02:05see251

Qarpız zəhərlənməsi: “Bu il...”

29 İyul 2026 13:10see237

ABŞ ordusu Hörmüzdə daha 17 ticarət gəmisinin marşrutunu dəyişib

28 İyul 2026 04:32see215

28 yaşlı azərbaycanlı alim “Tekstil sənayesinin Nobeli”ni qazandı Fotolar

28 İyul 2026 09:05see208

“İranın AZTV ni hədəf alması rejimin mahiyyətini göstərir”

28 İyul 2026 06:38see206

Heyvan sizi dişlədisə, dərhal nə etməlisiniz? Nazirliyin mütəxəssisi izah edir

29 İyul 2026 15:55see197

ATB rəhbərliyi Visa nümayəndə heyəti ilə görüş keçirdi FOTOLAR

28 İyul 2026 15:58see197

Oliqarx Deripaska, Rusiyanı çöküşlə bağlı xəbərdar etdi...

28 İyul 2026 20:09see174

​“Wildberries” Rusiyadan bu ölkəyə qaçır Şirkətə heç kim icarəyə anbar vermək istəmir

29 İyul 2026 10:57see171

Qarpızı hansı aylara qədər yemək məsləhətdir?

28 İyul 2026 02:02see167

Dayılarına ev almaq üçün BOT yaratdı, MİDA nın sisteminə müdaxilə etdi

29 İyul 2026 14:21see161

MEDİA nın qərarı söz azadlığına qarşı deyil, milli qanunvericiliyin tətbiqinin nümunəsidir

28 İyul 2026 12:23see160

Rubrika: Tibbdə yenilik

28 İyul 2026 12:10see159

Ronaldo kino dünyasında: Qeyri adi təklifi qəbul etdi...

28 İyul 2026 01:38see157

Beşiktaş serbiyalı ulduzu hədəf aldı Vinçentso İtalyano amili işə yarayacaq?

29 İyul 2026 13:16see152

Avropa federasiyaları FIFA nı və dünya çempionatını boykot edə bilər

29 İyul 2026 05:59see151
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri