Icma.az
close
up
RU
Avropa İttifaqının Aviasiya Təhlükəsizliyi Agentliyi Pakistan Beynəlxalq Hava Yollarının uçuşlarına qoyulan qadağanı ləğv edib AZƏRTAC

Avropa İttifaqının Aviasiya Təhlükəsizliyi Agentliyi Pakistan Beynəlxalq Hava Yollarının uçuşlarına qoyulan qadağanı ləğv edib AZƏRTAC

Azertag-dan verilən məlumata görə, Icma.az xəbər verir Avropa İttifaqının Aviasiya Təhlükəsizliyi Agentliyi Pakistan Beynəlxalq Hava Yollarının uçuşlarına qoyulan qadağanı ləğv edib AZƏRTAC.

İslamabad, Hilal Əhməd, 29 noyabr, AZƏRTAC

Avropa İttifaqının Aviasiya Təhlükəsizliyi Agentliyi Pakistan Beynəlxalq Hava Yollarının uçuşlarına qoyulan qadağanı ləğv edib.

AZƏRTAC xəbər verir ki, bu barədə Pakistanın Müdafiə və Aviasiya naziri Xavaca Asif sosial media hesabında bildirib. O qeyd edib ki, bu, Aviasiya Nazirliyinin Pakistan Mülki Aviasiya Təşkilatının gücləndirilməsinə və Beynəlxalq Mülki Aviasiya Təşkilatının standartlarına uyğun olaraq təhlükəsizliyə nəzarətin təmin edilməsinə tam diqqət yetirməsi nəticəsində mümkün olub.

Nazir bildirib ki, qadağanın aradan qaldırılması Pakistanın milli aviadaşıyıcısının özəlləşdirilməsinə kömək edəcək.

Xatırladaq ki, Avropa İttifaqının Aviasiya Təhlükəsizliyi Agentliyi 2020-ci ildə Pakistan Beynəlxalq Hava Yollarının Avropada fəaliyyətini qadağan etmişdi.

Hadisənin gedişatını izləmək üçün Icma.az-da ən son yeniliklərə baxın.
seeBaxış sayı:52
embedMənbə:https://azertag.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri