Icma.az
close
up
RU
Pakistan Beynəlxalq Hava Yollarının uçuşlarına qoyulan qadağa ləğv edilib

Pakistan Beynəlxalq Hava Yollarının uçuşlarına qoyulan qadağa ləğv edilib

Icma.az bildirir, Avtosfer -ə istinadən Pakistan Beynəlxalq Hava Yollarının uçuşlarına qoyulan qadağa ləğv edilib.

Avropa İttifaqının Aviasiya Təhlükəsizliyi Agentliyi Pakistan Beynəlxalq Hava Yollarının uçuşlarına qoyulan qadağanı ləğv edib.

Avtosfer.az “Azərtac”a istinadən xəbər verir ki, bu barədə Pakistanın Müdafiə və Aviasiya naziri Xavaca Asif sosial media hesabında bildirib. O qeyd edib ki, bu, Aviasiya Nazirliyinin Pakistan Mülki Aviasiya Təşkilatının gücləndirilməsinə və Beynəlxalq Mülki Aviasiya Təşkilatının standartlarına uyğun olaraq təhlükəsizliyə nəzarətin təmin edilməsinə tam diqqət yetirməsi nəticəsində mümkün olub.

Nazir bildirib ki, qadağanın aradan qaldırılması Pakistanın milli aviadaşıyıcısının özəlləşdirilməsinə kömək edəcək.

Xatırladaq ki, Avropa İttifaqının Aviasiya Təhlükəsizliyi Agentliyi 2020-ci ildə Pakistan Beynəlxalq Hava Yollarının Avropada fəaliyyətini qadağan etmişdi.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az-ı izləyin.
seeBaxış sayı:26
embedMənbə:https://avtosfer.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri