Icma.az
close
up
RU
Avropa İttifaqının nümayəndələri Ağdamda minatəmizləmə fəaliyyəti ilə tanış olublar

Avropa İttifaqının nümayəndələri Ağdamda minatəmizləmə fəaliyyəti ilə tanış olublar

Icma.az bildirir, Xalq qazeti portalına istinadən.

Avropa Xarici Fəaliyyət Xidmətinin iqtisadi və qlobal məsələlər üzrə Baş Katibinin müavini Saymon Mordu, Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Maqdalena Qrono, bölmə rəhbəri Dorota Dlouchy, Avropa İttifaqının (Aİ) Azərbaycandakı səfiri Peter Mixalko və digər qonaqlar Ağdamda işğaldan azad edilmiş ərazilərində aparılan minatəmizləmə fəaliyyəti ilə tanış olublar.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) mobil sahə düşərgəsinə gələn qonaqlara Ermənistan tərəfindən ərazilərin minalarla çirkləndirilməsi, bu istiqamətdə aparılan təmizləmə işləri barədə məlumat verilib.

ANAMA İdarə Heyətinin sədri Vüqar Süleymanov bildirib ki, 2020-ci ilin noyabr ayından 2025-ci il aprelin 2-dək humanitar minatəmizləmə fəaliyyətinə cəlb edilmiş qurumlar tərəfindən Qarabağda və Şərqi Zəngəzurda aparılan minatəmizləmə əməliyyatları nəticəsində ümumilikdə 190 min 194,9 hektar ərazi minalardan və müharibənin partlayıcı qalıqlarından təmizlənib. 36 min 479 ədəd piyada əleyhinə mina, 21 min 607 ədəd tank əleyhinə mina və 133 min 514 ədəd partlamamış hərbi sursat (PHS) olmaqla, ümumilikdə 191 min 600 ədəd mina və müharibənin digər partlayıcı qalıqları aşkar edilərək zərərsizləşdirilib.

Ağdam rayonunda aparılan minatəmizləmə əməliyyatları nəticəsində ümumilikdə 35 min 909,5 min hektar ərazi təmizlənib, 31 min 114 ədəd mina və PHS aşkar edilərək zərərsizləşdirilib. Ağdam rayonunda Bərdə-Ağdam dəmiryolu, Bərdə-Ağdam avtomobil yolu, Füzuli-Ağdam avtomobil yolu, Ağdam-Hindarx-Ağcabədi avtomobil yolu, Ağdam sənaye parkı ərazisi, əkin sahələri, meyvə bağları, qeyri-filiz mineral-xammal yatağı əraziləri, su kanalları, qaz kəməri xətləri və digər infrastruktur layihələrinin mina və müharibənin digər partlayıcı qalıqlarından təmizlənməsi fəaliyyəti icra edilib.

Statistikaya əsasən 30 ildə Azərbaycanda mina qurbanlarının sayı 3 min 400 nəfərdən artıqdır. Onların 359 nəfəri uşaq, 38 nəfəri qadınlardır. 10 noyabr 2020-ci ildən 2025-ci il aprelin 2-dək 384 nəfər mina partlayışının qurbanı olub. Onlardan 70 nəfəri həlak olub, 314 nəfəri xəsarət alıb.

Nümayəndə heyəti sonra Sarıcalı kəndi ərazisində minatəmizləmə fəaliyyəti ilə əyani tanış olublar. Bildirilib ki, Beynəlxalq Minatəmizləmə Standartlarına (IMAS) uyğun olaraq ANAMA tərəfindən genişmiqyaslı minatəmizləmə fəaliyyəti həyata keçirilir. Təmizləmə əməliyyatları əllə minaaxtarma, xüsusi təyinatlı mexaniki maşınların, minaaxtaran itlərin dəstəyi ilə icra edilir.

Qonaqlar ərazidən tapılan minaların partlayış yolu ilə zərərsizləşdirilməsini izləyiblər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:83
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 02 Aprel 2025 18:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see199

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see191

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see185

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see167

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see166

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see161

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see158

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see148

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see143

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see143

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see141

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see140

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see138

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see136

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see135

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see129

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see129

Bundesliqa: “Dortmund” “Ayntraxt” səfərindən bir xalla qayıdır

10 Yanvar 2026 01:27see126

“42 nömrə etibarlı əllərdədir” Ture Semenyonun Mançester Siti yə keçidini dəstəkləyib

10 Yanvar 2026 05:08see125

Xamenei: Etirazlar Trampın maraqlarına xidmət edir

09 Yanvar 2026 21:12see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri