Icma.az
close
up
RU
Avropa İttifaqının ölkəmizə marağı strateji yön alır

Avropa İttifaqının ölkəmizə marağı strateji yön alır

Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Kallasın nikbinliyi növbəti hədəflərdən xəbər verir

Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlər yeni mərhələyə qədəm qoyur. Bu proses həm də iqtisadi əməkdaşlığın dərinləşdirilməsi ilə müşayiət olunur. Lüksemburqda keçirilən müzakirələr göstərir ki, Brüssel regiona artıq epizodik maraq çərçivəsində yox, strateji aspektdə yanaşır.

Avropa diplomatiyasının rəhbəri Kaya Kallas Lüksemburqda Aİ ölkələrinin xarici işlər nazirlərinin görüşünün yekunlarına dair mətbuat konfransında bildirdi ki, Azərbaycanın enerji sahəsində etibarlı tərəfdaş kimi qiymətləndirilməsi təsadüfi deyil. Avropanın enerji təhlükəsizliyi məsələsinin kəskinləşdiyi bir dövrdə Bakı ilə əməkdaşlıq zəruri seçim kimi qəbul edilir. Bu reallıq iqtisadi münasibətlərin əsas sütununu təşkil edir və gələcəkdə ticarət dövriyyəsinin genişlənməsi üçün əlavə imkanlar yaradır.

Bununla yanaşı, tərəflər arasında münasibətlər yalnız enerji resurslarının ixracı ilə məhdudlaşmır. Logistika, nəqliyyat dəhlizləri və regional inteqrasiya layihələri də gündəmdədir. Azərbaycanın geoiqtisadi mövqeyi – Şərqlə Qərbi birləşdirən əsas qovşaq funksiyası Aİ üçün xüsusi əhəmiyyət daşıyır. Bu isə Bakı-Brüssel xəttində əməkdaşlığı daha çoxşaxəli və dayanıqlı edir.

Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələrin hüquqi əsasını 1999-cu ildə qüvvəyə minmiş Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi formalaşdırır. Sonrakı mərhələdə tərəflər daha geniş çərçivəli yeni saziş üzərində danışıqlar apararaq əməkdaşlıq istiqamətlərini əhəmiyyətli şəkildə genişləndiriblər. 2018-ci ildə paraflanmış “Tərəfdaşlıq prioritetləri” sənədi isə münasibətlərin konkret sektorlar üzrə inkişaf xəritəsini müəyyənləşdirən, suverenlik və ərazi bütövlüyü də daxil olmaqla beynəlxalq hüququn əsas prinsiplərinə söykənən ortaq yanaşmanı əks etdirir.

Enerji sektoru bu əməkdaşlığın aparıcı istiqamətlərindən biri kimi seçilir. Aİ üçün Azərbaycan uzunmüddətli və etibarlı enerji tərəfdaşı statusunu qoruyur. 2022-ci ildə imzalanmış strateji memorandum qaz tədarükünün Avropa istiqamətində artırılmasını nəzərdə tutur. Bu baxımdan Cənub Qaz Dəhlizi layihəsi xüsusi çəkisi ilə fərqlənir və Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır. Statistik göstəricilər də bu dinamikanı təsdiqləyir. Belə ki, 2025-ci ildə Azərbaycanın ixrac etdiyi 25 milyard kubmetr qazın 13 milyard kubmetri Aİ ölkələrinə yönəlib. Bu da 2021-ci illə müqayisədə təxminən 60 faizlik artım deməkdir.

Bununla yanaşı, əməkdaşlıq yalnız enerji ilə məhdudlaşmır. Nəqliyyat, rəqəmsallaşma, ticarət və institusional islahatlar sahələri də tərəflərin diqqət mərkəzindədir. Xüsusilə Orta Dəhliz – Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu Azərbaycanın Aİ üçün logistik əhəmiyyətini daha da artırır. Ümumilikdə, Aİ Azərbaycanın əsas ticarət tərəfdaşı olaraq qalır və ölkənin xarici ticarət dövriyyəsinin təxminən yarısı məhz bu ittifaqın payına düşür.

Son illərdə qlobal siyasi proseslər bu tərəfdaşlığın strateji dəyərini daha da yüksəldib. Rusiya-Ukrayna müharibəsi nəticəsində Avropada enerji təhlükəsizliyi prioritet məsələyə çevrilib və bu şəraitdə Azərbaycan alternativ mənbə kimi ön plana çıxıb. Eyni zamanda, Yaxın Şərqdə davam edən gərginliklər beynəlxalq ticarət marşrutlarına təsir göstərərək Azərbaycanın tranzit imkanlarını genişləndirib. Avropa ilə Asiyanın kəsişməsində yerləşən ölkənin geostrateji mövqeyi və sabit siyasi kursu onu Aİ üçün mühüm tərəfdaş səviyyəsinə yüksəldir.

Gələcəyə baxdıqda isə tərəflər arasında əməkdaşlığın daha da dərinləşdirilməsi üçün geniş potensial mövcuddur. Bu çərçivədə bir sıra prioritet istiqamətlər ön plana çıxır. Enerji və yaşıl keçid sahəsində Azərbaycanın, xüsusilə Xəzər akvatoriyasında külək enerjisi potensialı Aİ-nin ekoloji strategiyaları ilə uyğunlaşır. Nəqliyyat və logistika istiqamətində Orta Dəhliz Avropa ilə Asiya arasında alternativ və təhlükəsiz marşrut kimi strateji əhəmiyyət daşıyır. Rəqəmsal iqtisadiyyat və innovasiya sahəsində əməkdaşlıq texnologiya transferi və startap mühitinin inkişafına təkan verə bilər. Təhsil və humanitar sahədə akademik mübadilələrin genişlənməsi münasibətlərin sosial bazasını möhkəmləndirir. Regionda sabitliyin təmin olunması isə əməkdaşlığın davamlılığı üçün əsas şərtlərdən biri kimi qalır.

Ötən ay Aİ Şurasının prezidenti Antonio Kostanın Azərbaycana səfəri də münasibətlərin inkişafında diqqətəlayiq mərhələ kimi qiymətləndirilir. Səfər zamanı Prezident İlham Əliyev ilə keçirilən görüşlərdə enerji tərəfdaşlığı, regional təhlükəsizlik və iqtisadi əlaqələrin genişləndirilməsi məsələləri ətraflı müzakirə olunub. Birgə bəyanatlar tərəflərin gələcəkdə iqtisadi, nəqliyyat, enerji və təhlükəsizlik sahələrində əməkdaşlığı daha da gücləndirmək niyyətini açıq şəkildə nümayiş etdirir.

Eyni zamanda, Aİ-nin “Global Gateway” təşəbbüsü çərçivəsində həyata keçirilən layihələr Azərbaycanın iqtisadi inkişafına əlavə investisiya axını üçün mühüm imkanlar yaradır. Xüsusilə nəqliyyat və logistika infrastrukturunun modernləşdirilməsi baxımından bu təşəbbüslər regional əlaqələndirmənin yeni mərhələyə yüksəlməsinə xidmət edir.

Digər tərəfdən, İtaliyanın Baş naziri Corciya Meloninin yaxın həftələrdə Azərbaycana səfəri gözlənilir. May-iyun aylarında baş tutması gözlənilən səfər davam edən siyasi və iqtisadi əməkdaşlığın bir hissəsidir.

Məlumdur ki, enerji sahəsi Roma ilə Bakı arasında münasibətlərin mərkəzi sütunu kimi geniş şəkildə qəbul edilir, çünki Azərbaycan Xəzər regionunu Avropa ilə birləşdirən daha geniş Cənub Qaz Dəhlizinin bir hissəsi olan Trans-Adriatik Boru Kəməri (TAP) vasitəsilə İtaliyaya təbii qaz tədarük edir.

Əlqərəz, Aİ ilə münasibətlərin iqtisadi aspektini dəyişən dünya nizamında daha çox əhəmiyyət qazanan nəqliyyat dəhlizləri, energetika sahəsi və investisiyalar formalaşdırır. Nəzərə alsaq ki, regionda artıq ABŞ-ın da TRIPP kimi maraqları mövcuddur, ölkəmizin əldə edəcəyi iqtisadi dividendlərin sayı bu çərçivədə daha çox arta bilər.

Asif İBRAHİMOV,
iqtisadçı-ekspert

Bəli, Azərbaycan ilə Avropa İttifaqı arasında strateji əməkdaşlıq mövcuddur. Bu münasibətlər son illərdə, xüsusilə 2014-cü ildən sonra daha intensiv xarakter alıb. Məlum olduğu kimi, həmin dövrdən etibarən regionda baş verən geosiyasi proseslər Avropa üçün alternativ və etibarlı tərəfdaşlara olan ehtiyacı artırdı. Bu kontekstdə Azərbaycan öhdəliklərinə sadiq qalan əsas tərəfdaşlardan biri kimi ön plana çıxıb.

Avropa İttifaqının rəhbərliyi də müxtəlif çıxışlarında Azərbaycanın etibarlı tərəfdaş olduğunu dəfələrlə vurğulayıb. Bu gün Azərbaycanın Avropa bazarına ixrac imkanları genişlənir və xüsusilə enerji sahəsində əməkdaşlıq dinamik şəkildə inkişaf edir. Hazırda Avropanın enerji təchizatında Azərbaycanın payının yaxın illərdə daha da artacağı gözlənilir.

Əvvəllər əsasən neft ixracı həyata keçirilirdisə, indi qaz nəqli də mühüm yer tutur. Xüsusilə Cənub Qaz Dəhlizi vasitəsilə Azərbaycan qazı bir sıra Avropa ölkələrinə çatdırılır. Bu isə ölkəmizin üzərinə götürdüyü öhdəlikləri vaxtında və keyfiyyətlə yerinə yetirdiyini bir daha təsdiqləyir.

Bununla yanaşı, Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlıq yalnız enerji sahəsi ilə məhdudlaşmır. Enerji təhlükəsizliyi bu münasibətlərin əsas sütunlarından biri sayılsa da, digər strateji istiqamətlər də diqqət mərkəzindədir. Bu baxımdan Azərbaycanın geostrateji mövqeyi xüsusi əhəmiyyət daşıyır.

Azərbaycanın yerləşdiyi coğrafi mövqe onu regionda açar ölkəyə çevirir. Xüsusilə Çin ilə Avropa arasında nəqliyyat və logistika marşrutlarının formalaşmasında Azərbaycanın rolu getdikcə artır. Hazırda Çinlə Avropa arasında yükdaşımalar müxtəlif marşrutlarla həyata keçirilir və çatdırılma müddəti təxminən 15–20 gün təşkil edir.

Orta Dəhlizin və gələcəkdə Zəngəzur dəhlizinin tam şəkildə fəaliyyətə başlaması bu marşrutu daha da səmərəli edə bilər. Bu halda Çin, Qazaxıstan, Azərbaycan, Türkiyə və Şərqi Avropa xətti üzrə yeni və daha sürətli logistik zəncir formalaşacaq. Belə bir şəraitdə Azərbaycan regionun strateji nəqliyyat qovşaqlarından biri kimi öz mövqeyini daha da möhkəmləndirəcək.

Nurlan ABDALOV
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:170
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 23 Aprel 2026 00:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diabet riski yüksək olan QAN QRUPU açıqlandı

27 İyun 2026 04:52see226

“Optimal Electronika”nın böyük məbləğdə vergi borcu yığılıb

26 İyun 2026 22:42see225

Kadir İnanır vəfat etdi

26 İyun 2026 19:30see209

“Qarabağ” “Tirol” oyunu hansı kanalda nümayiş olunacaq?

27 İyun 2026 16:03see204

"Özəl klinikaları zəiflətmək Azərbaycan səhiyyəsinə zərbədir" Tanınmış cərrah VİDEO

26 İyun 2026 15:13see200

Leysan olacaq, dolu düşəcək XƏBƏRDARLIQ

27 İyun 2026 09:42see193

Mbappe DÇ 2022 nın yarımfinalından bəri ilk dəfə mundial matçında qol vurmayıb

27 İyun 2026 07:15see191

İspaniya Uruqvaya qarşı Yenilənir

27 İyun 2026 02:43see190

DÇ 2026: İspaniya və Kabo Verde yığmaları pley offda

27 İyun 2026 08:04see188

Rusiyanın “yuxusunu ərşə çəkən” adam milyonçu “Madyar“ kimdir...

27 İyun 2026 16:17see182

Bu yayın ən şanslıları onlardır

28 İyun 2026 01:46see180

Araz dəhlizi nə vaxt açılacaq? “2 il yarım qalıb”

26 İyun 2026 16:03see177

Sosial mediada yayılan maqnezium spreyi trendi Ekspert xəbərdarlığı

26 İyun 2026 23:05see174

Müharibədə təşəbbüsün Rusiyaya məxsus olduğu mərhələ başa çatdı Polşa

27 İyun 2026 14:24see171

Özbəkistanda keçirilən Muğam Sənəti Festivalında Azərbaycandan gələn hər iki qrup ayrılıqda birinci mükafata layiq görülüblər

27 İyun 2026 00:20see166

DÇ 2026: Messi ehtiyatda: İordaniya Argentina Heyətlər

28 İyun 2026 05:07see165

Yarımçıq qalan böyük sevgi: Türkan Şorayla Kadir İnanır niyə evlənmədi?

27 İyun 2026 00:48see165

Azərbaycan: Xalq ordu dövlət birliyinin ən yaxşı nümunəsi

26 İyun 2026 11:42see162

NIPT testi: Körpənin genetik sağlamlığını qiymətləndirən müasir analiz

26 İyun 2026 22:43see159

Almaniya məcburi hərbi xidməti nəzərdən keçirir

28 İyun 2026 01:40see150
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri