Avropa Kino Akademiyası mükafatlarının qaliblərini açıqlayıb
Apa.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Avropa Kino Akademiyasının ən yaxşı film mükafatı norveçli rejissor Yoakim Trierin “Sentimental dəyər” adlı dram filminə verilib.
APA-nın xəbərinə görə, mərasimi Berlində Dünya Mədəniyyət Evində keçirilib.
Bundan əvvəl “Sentimental dəyər” 2025-ci il Kann Kino Festivalının mükafatına layiq görülüb.
Baş rolları canlandıran Renate Reinsve və Stellan Skarsqard bir-biri ilə ortaq dil tapa bilməyən qız və ata obrazlarını oynayıblar. Tanınmış teatr aktrisası olan qız gözlənilmədən rejissor olan atasından yeni filmində çəkilmək təklifi alır. Lakin kişi illər əvvəl ailəni tərk etdiyinə görə qohumlar arasındakı münasibətlər son dərəcə gərgindir.
Digər triumfator – ispan filmi “Sirat”Texniki nominasiyalar - operator işi, səs, montaj, dekorasiya və kastinq üzrə mükafatlar ispan rejissor Oliver Laşenin “Sirat” adlı filminə verilib.
“Sirat” filmində ata yeniyetmə oğlu ilə birlikdə bir neçə ay əvvəl itkin düşmüş, əyləncə düşkünü olan qızını axtarır. Onlar Mərakeşdə köçəri bir qrupla tanış olur və birlikdə səhrada ölümcül təhlükələrlə dolu səyahətə çıxırlar.
Ən yaxşı kostyum dizaynı mükafatı alman rejissoru Maşa Şilinskinin “Düşmənin səsi” filminə təqdim olunub. Filmin premyerası ötən il Kann Kino Festivalında baş tutub və həmin vaxt “Sirat”la birlikdə münsiflər heyətinin mükafatını bölüşüb.
Şilinski ssenari müəllifi Luize Peterlə birlikdə oxşar travmatik vəziyyətlərlə üzləşən dörd yeniyetmə qız haqqında hekayədən bəhs edir.
Fəxri mükafatlar norveçli aktrisa Liv Ullmana (ömürboyu nailiyyətlərinə görə) və italyan rejissoru Aliçe Rorvaxerə (dünya kinosuna verdiyi töhfəyə görə) təqdim olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:70
Bu xəbər 18 Yanvar 2026 13:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















