Avropa klublarının skautları bu futbolçuya görə Azərbaycana səfər ediblər
Icma.az, Qol.az portalına istinadən məlumat yayır.
Ötən həftə Danimarkanın "Kopenhagen" və Belçikanın "Gent" klubunun skautları Azərbaycanda səfərdə olublar.
QOL.az Rusiyanın legalbet saytına istinadən xəbər ki, səfər zamanı onlar Sumqayıtdakı Mehdi Hüseynzadə adına stadionda noyabrın 28-də keçirilmiş Konfrans Liqasının "Dinamo" (Minsk, Belarus) - "Kopenhagen" matçını canlı izləyiblər.
Bunda məqsəd "Dinamo"nun qapıçısı Fyodor Lapouxovun oyunu ilə yaxından tanışlıq olub. Adları çəkilən klublar 21 yaşlı qapıçıya maraq göstərir və onu heyətinə cəlb etmək istəyirlər. Onun "Dinamo" ilə müqaviləsi bu ayın sonu başa çatır. Lapuxov 2024 mövsümündə 27 oyunda meydana çıxıb, 10 qol buraxıb, 19 matçda isə qapısını toxunulmaz saxlayıb.
Xatırladaq ki, Rusiyanın Ukraynaya hərbi müdaxiləsi səbəbindən Belarus klubları avrokuboklarda ev oyunları neytral meydanlarda keçirir. "Dinamo" Minsk bu mövsüm rəqiblərini Sumqayıtda qəbul edir. "Kopengahen"ə qarşı matçda belaruslular 1:2 hesabı ilə uduzublar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:78
Bu xəbər 04 Dekabr 2024 12:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















