Icma.az
close
up
RU
GlobE Şəbəkəsinin nümayəndələri Azərbaycana səfər ediblər

GlobE Şəbəkəsinin nümayəndələri Azərbaycana səfər ediblər

525.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Birləşmiş Millətlər Təşkilatının Korrupsiyaya qarşı Mübarizə üzrə Hüquq Mühafizə Orqanlarının Qlobal Əməliyyat Şəbəkəsinin (GlobE Şəbəkəsi) nümayəndələri təşkilatın cari ilin 19-23 may tarixlərində Azərbaycanda keçiriləcək Altıncı Plenar Görüşünə və İdarəetmə Komitəsinin Onuncu İclasına hazırlıq çərçivəsində Azərbaycana səfər ediblər.

Bu barədə 525.az-a Baş Prokurorluqdan məlumat verilib. 

Bildirilib ki, səfər çərçivəsində GlobE Şəbəkəsinin Koordinatoru Rozitsa Zahariyevanın rəhbərlik etdiyi nümayəndə heyəti Baş prokurorun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Nazim Rəcəbov tərəfindən qəbul edilib.

Keçirilən görüşdə Nazim Rəcəbov tərəfindən Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində aparılan hüquqi və institusional islahatlar barədə geniş məlumat verilib, Plenar Görüşə hazırlıq çərçivəsində ev sahibliyi edən ölkə kimi tərəfimizdən görülmüş işlər xarici nümayəndələrin diqqətinə çatdırılıb.

GlobE Şəbəkəsinin Koordinatoru Rozitsa Zahariyeva ölkəmizə səfərlə bağlı yüksək təəssüratlarını bölüşərək qarşıdan gələn tədbirlə bağlı Azərbaycan Prokurorluğu tərəfindən bu vaxtadək görülmüş təşkilati və hazırlıq işlərinə görə minnətdarlığını ifadə edib.

Daha sonra xarici nümayəndələrlə Yerli Təşkilat Komitəsinin üzvləri arasında tədbirə hazırlıq prosesinin ayrı-ayrı detallarının müzakirəsinə həsr olunmuş işçi görüş keçirilib. Səfər zamanı qonaqlar həmçinin, beynəlxalq tədbirin keçiriləcəyi məkanlarla, habelə digər resurslarla yerində tanış olublar.

Qeyd edək ki, ötən ilin sentyabr ayında BMT-nin GlobE Şəbəkəsinin Çin Xalq Respublikasının paytaxtı Pekin şəhərində keçirilmiş Beşinci Plenar Görüşündə növbəti analoji tədbirin 2025-ci ildə Bakıda keçirilməsi barədə Azərbaycanın Baş prokuroru Kamran Əliyevin təşəbbüsü yekdilliklə dəstəklənərək qəbul edilib, habelə Azərbaycan 3 il müddətinə İdarəetmə Komitəsində təmsil olunacaq 15 ölkədən biri olaraq seçilib. 

Ümumilikdə 126 ölkədən 232 hüquq mühafizə orqanın təşkilati üzvü, habelə 16 beynəlxalq təşkilatın müşahidəçi statusunda olduğu Şəbəkə korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış qurumların bu sahədə birgə fəaliyyətinin təşkilinə, effektiv məlumat və təcrübə mübadiləsinə xidmət edən qlobal platformadır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:157
embedMənbə:https://525.az
archiveBu xəbər 10 Aprel 2025 17:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see427

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see334

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see328

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see286

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see244

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see238

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see232

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see213

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see211

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see203

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see199

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see198

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see197

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see196

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see191

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see188

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see188

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see181

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see180

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri