Avropa Komissiyası “enerji ittifaqı”nın yaradılması ilə bağlı yeni siyasət təklif edəcək
Icma.az, Teleqraf.com portalına istinadən məlumat yayır.
Avropa Komissiyası tezliklə üç əsas sahədə yeni siyasətlər təklif edəcək.
Teleqraf.com xəbər verir ki, bu barədə Komissiyanın Prezidenti Ursula von der Leyen Davosda keçirilən Dünya İqtisadi Forumunda qeyd edib.
Bunlar kapital bazarlarının inteqrasiyasının dərinləşdirilməsi, böyük şirkətlərin Aİ daxilində vahid qaydalar əsasında fəaliyyət göstərməsinə imkan yaradılması, və “enerji ittifaqı”nın yaradılmasından ibarətdir.
Von der Leyen Davosda çıxışı zamanı qlobal iqtisadiyyatın parçalanması fonunda Aİ ölkələrini daha sıx əməkdaşlığa çağırıb:
“25 il əvvəl təsəvvür etdiyimiz əməkdaşlığa əsaslanan dünya nizamı reallığa çevrilmədi. Bunun əvəzinə, yeni, sərt geostrateji rəqabət dövrünə daxil olduq. Qlobal səviyyədə ən aşağı səviyyəyə doğru bir yarışın qarşısını almaq üçün birlikdə çalışmalıyıq.”
Von der Leyen həmçinin Aİ ilə ABŞ arasında sıx ticarət və iqtisadi əlaqələri vurğulayıb və Aİ-nin yeni administrasiya ilə erkən dialoqa başlayacağını qeyd edib.
“Biz praqmatik olacağıq, lakin həmişə prinsiplərimizə sadiq qalacağıq. Maraqlarımızı qoruyacaq və dəyərlərimizi müdafiə edəcəyik, çünki bu, Avropa yoludur," - o bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:81
Bu xəbər 21 Yanvar 2025 15:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















