Icma.az
close
up
RU
Avropa Komissiyasının Prezidentinin COP29da iştirak etməməsi Azərbaycana qarşı soyuq münasibətin nəticəsidir DEPUTAT

Avropa Komissiyasının Prezidentinin COP29da iştirak etməməsi Azərbaycana qarşı soyuq münasibətin nəticəsidir DEPUTAT

Sonxeber.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Avropa Komissiyasının Prezidentinin COP29-da iştirak etməməsi Azərbaycana qarşı soyuq münasibətin nəticəsidir" - DEPUTAT

Xəbər verdiyimiz kimi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallara müsahibə verib. Müsahibə zamanı Prezident İlham Əliyev bir çox mühüm məsələlərə toxunub. Dövlət başçısı müsahibəsində Avropa Komissiyasının Prezidentinin COP29-da iştirak etməməsi ilə bağlı məsələyə də toxunub. "Bildiyimə görə, bu (COP29), Avropa Komissiyasının Prezidentinin iştirak etmədiyi ilk COP oldu. Halbuki onun iştirakı bir neçə ay əvvəl artıq təsdiq edilmişdi".

COP29-un təşkilat komitəsinin Avropa Komissiyası ilə təmas qurduğunu və qarşı tərəfə Bakıya səfər etmək üçün kifayət qədər vaxtın olduğunu bildirdiyini söyləyən Prezident İlham Əliyev diqqətə çatdırıb: "Ancaq yenə də bu mesaja Avropa Komissiyası tərəfindən əhəmiyyət verilmədi. Əlbəttə bu, COP29-un keçirilməsinə xələl gətirmədi, ancaq COP-a üzv olan tərəf kimi Avropa Komissiyasının iştirak etməməsi çoxsaylı suallar doğurur".

Bununla bağlı Sonxeber.az-a danışan deputat Pərvanə Vəliyeva bildirib ki, Avropa Komissiyasının rəhbəri Von Der Leyen COP29-da iştirakdan son anda imtina etdi:

"Lakin Aİ Komissiyası bundan öncəki COP-larda hər zaman iştirak edib və vacib rol oynayıb. Çünki Aİ iqlim maliyyələşməsində ən böyük donordur. Hətta ABŞ-dan və digər Qərb ölkələrindən belə daha çox maliyyə dəstəyi Aİ-dəndir. Həmçinin "Yaşıl Enerji"yə keçid istiqamətində Aİ aparıcı rola malikdir".

Deputat vurğulayıb ki, Avropa İttifaqında ən vacib struktur Avropa Komissiyasıdır. Bütün ciddi qərarlar Komissiya tərəfindən verilir. Avropa Komissiyası bundan öncəki COP-larda konfransa hər cürə dəstək verirdi. Amma Azərbaycana gələndə Von Der Leyen gəlməkdən imtina etdi. Bu, əlbəttə ki, siyasi səbəblərlə əlaqəlidir. Von Der Leyen qeyri-rəsmi baykot siyasətinin qurbanı oldu. O, hətta, çıxış da edəcəkdi, müvafiq panel sessiyası da olacaqdı. Düzdür, Şarl Mişel gəldi, iştirak etdi. Ancaq Şarl Mişel bu təşkilatda bir nömrəli adam deyil və nəzərə almaq lazımdır ki, o, artıq postundan getmişdi.

Bu məsələyə Avropa İttifaqı ilə münasibətlər kontekstindən baxmaq lazımdı. Bu addım onların Azərbaycana qarşı soyuq münasibətinin nəticəsidir ki, son anda xanım Leyenin COP29-da iştirakı təxirə salındı. Bununla da, Aİ məsələni siyasiləşdirdi. Eyni zamanda, Aİ öz öhdəliklərini də bu mənada yerinə yetirməmiş oldu".


Sonxeber.az
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:127
embedMənbə:https://sonxeber.az
archiveBu xəbər 08 Yanvar 2025 11:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see258

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see253

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see199

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see161

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see148

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see144

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see138

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see138

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see135

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see135

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see134

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see134

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see132

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see131

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see128

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri