Avropa Komissiyasının rəhbəri Ursula von der Lyayen məhkəməyə verildi
Oxu.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Daha əvvəl Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Lyayenə qarşı etimadsızlıq səsverməsi təşəbbüsü ilə çıxış edən rumıniyalı deputat Georq Piperey Lyayeni ona böhtan atdığı iddiası ilə məhkəməyə verib. Buna səbəb AK rəhbərinin onun Rusiyanın əmrlərinə əməl etdiyinə eyham vurması olub.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "Politico" nəşri məlumat verib.
Nəşr bildirib ki, Lyayeni məhkəməyə verən sağçı "Avropa mühafizəkarları və islahatçıları" qrupunun nümayəndəsinə görə, Avropa Komissiyasının sədri COVID-19 peyvəndlərinin satın alınmasında korrupsiya ittihamları ilə bağlı etimadsızlıq səsverməsinə dair müzakirələr zamanı ona "şəxsən hücum etmək" qərarına gəlib.
Rumıniyalı deputat fon der Lyayenin açıqlamalarına görə şəxsən özündən üzr istəməsini tələb edir. Məhkəmə instansiyası hələ ki iddianın məqbul olub-olmaması ilə bağlı qərar verməyib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:104
Bu xəbər 17 Sentyabr 2025 14:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















