Icma.az
close
up
RU
Menu

ABB də pulu qalan müştərinin üsyanı

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

70 yaşlı qadın infarktın ilkin əlamətlərini AÇIQLADI

Azərbaycanda taunla bağlı məhdudlaşdırıcı tədbirlər olacaq?

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

3 aylıq olanda nə baş veribsə xatırlayır

Ceyranbatanda toyda dava Biri komadadır

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

PULU YĞIB YIĞIŞDIRMAQ OLMUR, AMMA... İqtisadçı yaranmış riskləri açıqladı düz baçlıqdır?

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

Ceyhun Bayramov və Marko Rubio Azərbaycan ABŞ strateji tərəfdaşlığını müzakirə ediblər

Antonio Konte Mançester Yunayted və Yuventus un maraq dairəsindədir

Ölüm ölənlərə bir sakit ada...

Ölüm ölənlərə bir sakit ada...

Xalqcebhesi portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Dərdlərin də gözəli, eybəcəri olur. Dərdin gözəli insanı şükr etməyə, onunla barışmağa çağırır. Çətinliklərə sinə gərməyi öyrədir, onu paklaşdırır. Dərd də var ki, eybəcərdir, insanın rahatlığını əlindən alır, qəlbini göynədir, həyat nizamını pozur, onu sarsıdır. Və bütün dərdlərin də, bir təsəllisi var- Şükür Yaradnın məsləhətinə!..
Bu qəddar, amansız, fani dünyadan,
Köçənlər qovuşur Haqqa, nə dərdi?
Ölüm- ölənlərə bir sakit ada,
Ölüm- qalanlara ən ağır dərddir...
Bəli, bu dəfə sizə bir vaxtlar AMEA Əlyazmalar İnstitutunda təsəvvüf ədəbiyyatını araşdıran, bir ilə yaxındır ki, haqqa qovuşan Nəzakət Məmmədlidən danışmaq istəyirəm. Axı, yaşasaydı dekabrın 25-də 54 yaşını qeyd edəcəkdi...
Rəfiqəsi, filologiya üzrə fəlsəfə doktoru, Səadət Şıxıyeva onun haqqında yazır: “Təsəvvüf ədəbiyyatının, orta çağ bəlağət elminin tədqiqatçısı və təbliğatçısı Nəzakət xanımın qəfil vəfatı nəinki onu yaxından, hətta uzaqdan tanıyan hər kəsin qəlbini göynətdi, içdən sızlatdı. Kim idi Nəzakət Məmmədli? Bu suala dolğun cavab vermək üçün gərək məqalələr toplusu, xatirələr kitabı yazıla. Yoxsa ki, kiçik bir yazıda bir elm fədaisinin, bir bədii söz sərrafının gerçək portretini yaratmaq olduqca çətindir. Rəsmi təqdimatlara baxılarsa, Nəzakət Məmmədli AMEA-nın M.Füzuli adına Əlyazmalar İnstitutunda baş elmi işçisi, filologiya elmləri doktoru, dosent, Xəzər Universitetinin Mövlana Ədəbi-Fəlsəfi Araşdırmalar İnstitutunun direktoru idi. İlk baxışda o, həmin vəzifələrdə işləyən onlarla elmi əməkdaşdan biri kimi görünəcək. Amma Nəzakət xanımı bu rəsmi adları daşıyan digərlərindən - onlarla baş elmi işçi, filologiya elmləri doktoru, dosent, direktor və s.-dən fərqləndirən bir özəlliyi vardı ki, bu da onun elmi fəaliyyətinə təkcə əqli-məntiqi imkanları ilə deyil, ruhi-hissi varlığı ilə də bir rəng qata bilməsi idi. O, tədqiq etdiyi mətni öncə ruh gözüylə görüb daha sonra məntiqi ilə dəyərləndirərək təqdim etməyi bacardığından özünün fərdi və fərqli üslubunu formalaşdıra bilmişdi...”
Güclü xarakteri vardı. Milli dəyərlərə, adət-ənənələrimizə bağlı xanım idi. Mehriban rəftarı, mədəni davranışı ilə seçilirdi. Əliaçıq və səxavətliydi. Öz işini çox sevirdi. Çalışmaqdan zövq alırdı...
Deyirdi ki:- “Nizamini təsəvvüf baxımından təhlil etmək üçün ilk növbədə onun əsərlərini orijinaldan oxumaq, təsəvvüfi terminologiyaya, simvol və məcazlara bələd olmaq, digər sufi şairlərin əsərləri ilə tanış olmaq lazımdır. Nizaminin "Xosrov və Şirin" əsəri ilə ən çox üstə-üstə düşən məqamların müşahidə edildiyi əsər Əttarın "Xosrovnamə" məsnəvisidir. Əttar bu əsərin əvvəlində bir dostunun xahişi ilə özünə xas olan tərzdə, yəni aşiqanə dastan, mənzum roman şəklində əsər yazdığını qeyd edir. Əttarın "Xosrovnamə"sini bəzən, onun təsəvvüfi olmayan yeganə əsəri kimi qiymətləndirsələr də, əslində bu əsər də təsəvvüfi məzmundadır. Lakin bu mənzum eşq dastanında təsəvvüf, Əttarın digər əsərlərində olduğu kimi qabarıq şəkildə görünmür, Nizaminin əsərlərindəki kimi, daha dərin qatlarda, daha gizli və simvolik şəkildə ifadə edilir. Nizami, Makedoniyalı İskəndəri "Allah və peyğəmbər" dinini yayan, təbliğ edən bir şəxs kimi verməklə, eləcə də Xosrovun yuxuda Həzrət Məhəmmədi görərək islamı qəbul etməsini təsvir etməklə dövrünün təsəvvüfi görüşlərinə uyğun olaraq Nuri-Məhəmmədiyyə və Həqiqəti-Məhəmmədiyyə ideyalarını təsdiqləmiş olur...”
Səadət Şıxıyeva daha sonra yazır: “Nəzakət Məmmədli Azərbaycandan başqa bir çox ölkələrdə- Türkiyə, İran, Yaponiya, Hindistan, Kıbrıs, Rusiya, Özbəkistan, Qazaxıstan və s. təşkil olunan konfranslarda erudisiyası, elmi hazırlığı, gözəl nitqi, fitrətində olan yapışıq və nəzakəti ilə Azərbaycanı ləyaqətlə təmsil edirdi, həm özünə, həm də ölkəmizə çox sayda dostlar qazandırmışdı. Olduğu ölkələrdə türk, fars. ingilis və rus dillərində təqdim etdiyi çıxışlarının mətnini hər zəhmətə qatlaşaraq özü hazırlayar, gözəl qiraətlə oxuduğu şeir haşiyələri ilə elmi çıxışlarına canlılıq qatmağı və cazibə verməyi bacarırdı. Nəzakət xanım illərdən bəri üzərində işlədiyi, vaxtsız yetişən əcəlin natamam qoyduğu əsərləri də var: Mir Həmzə Seyid Nigarinin farsca divanı və "Həştbehiştnamə"sinın tərcüməsi, Mövlananın "Məsnəvi"sinin farscadan tərcüməsi,Fəridəddin Əttarın farsca "Pəndnamə"sini eyniadlı əsərlərlə müqayisə etdiyi monoqrafiya və s..”
Nəzakət xanım 1971-ci ildə Sabirabad rayonunda anadan olmuşdu. 1989-cu ildə orta məktəbi medalla, 1994-cü ildə isə Bakı Dövlət Universitetinin filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirmişdi. Elə həmin il də AMEA Nizami adına Ədəbiyyat İnstitutunun aspiranturasına daxil olmuşdu. 2002-ci ildə AMEA-nın Əlyazmalar İnstitutunun Türkdilli əlyazmaların tədqiqi şöbəsində elmi işçi kimi işə başlamışdı. 2010-cu ildən böyük elmi işçi, 2012-ci ildən isə aparıcı elmi işçi vəzifəsində çalışırdı. 2000-ci ildə "Füzulinin "Leyli və Məcnun" əsərində təsəvvüf və onun bədii ifadə sistemi" mövzusunda namizədlik, 2023-cü ildə "Fəridəddin Əttar və Azərbaycan ədəbiyyatı" mövzusunda doktorluq dissertasiyalarını müdafiə etmişdi...
"Sufilərə görə, Əqli-Küll bir nurdur ki, buna "Nuri-Məhəmmədiyyə" deyirlər. "Həqiqəti-Məhəmmədiyyə" bütün kamal sifətlərinin cəmidir. Məşhur bir hədisə görə, Allah-Taala ilk olaraq Məhəmməd Peyğəmbərin nurunu yaradıb, ondan sonra mərhələ-mərhələ peyğəmbərlərin, övliyaların və digər məxluqatın ruhunu xəlq edib. Həzrət Məhəmmədin peyğəmbərliyi Həzrət Adəmin peyğəmbərliyindən daha öncə mövcud olub."- söyləyirdi.
Bəli, haqqında söhbət açdığım filologiya elmləri doktoru, dosent Nəzakət Məmmədli 2025-ci ilin fevral ayında qəfil ürəktutmadan vəfat edib. Onun ölümü nəinki doğmaları, əzizləri üçün dərd, Azərbaycan elminə ağır bir itgi oldu...
Ruhu şad olsun!
Dərin hüznlə, Elman Eldaroğlu

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:124
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 25 Dekabr 2025 21:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see1045

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see582

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see336

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see310

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see308

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see307

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see301

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see260

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see234

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see210

70 yaşlı qadın infarktın ilkin əlamətlərini AÇIQLADI

05 Oktyabr 2026 16:52see195

Azərbaycanda taunla bağlı məhdudlaşdırıcı tədbirlər olacaq?

05 Oktyabr 2026 15:58see194

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see192

3 aylıq olanda nə baş veribsə xatırlayır

05 Oktyabr 2026 18:11see192

Ceyranbatanda toyda dava Biri komadadır

05 Oktyabr 2026 15:49see187

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see186

PULU YĞIB YIĞIŞDIRMAQ OLMUR, AMMA... İqtisadçı yaranmış riskləri açıqladı düz baçlıqdır?

05 Oktyabr 2026 10:56see184

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see176

Ceyhun Bayramov və Marko Rubio Azərbaycan ABŞ strateji tərəfdaşlığını müzakirə ediblər

05 Oktyabr 2026 20:39see173

Antonio Konte Mançester Yunayted və Yuventus un maraq dairəsindədir

06 Oktyabr 2026 00:59see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri