Avropa Kubokunun qalibi güllələnərək öldürüldü
Qafqazinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Rusiya Sambo Çempionatının medalçısı Vatsilov Davudov Dağıstanda baş verən atışmada qətlə yetirilib.
“Qafqazinfo” Rusiya mətbuatına istinadən xəbər verir ki, hadisə “Mərakeş” ziyafət zalının qarşısında qeydə alınıb.
Bildirilir ki, 31 yaşlı idmançı zalda keçirilən tədbirdə iştirak edib. O, binadan çölə çıxarkən naməlum şəxslər qara rəngli “Toyota Camry” markalı avtomobildən ona atəş açıblar. Güllələrdən biri Davudovun başına dəyib.
Ağır yaralanan idmançı xəstəxanaya aparılarkən yolda həyatını itirib. Hücumu törədən şəxslər hadisə yerindən uzaqlaşıblar, avtomobil isə axtarışa verilib.
Qeyd edək ki, Davudov Rusiyanın idman ustası, 2016-cı il Avropa Cüdo Kubokunun qalibi və 2023-cü il Rusiya Sambo Çempionatının bürünc medalçısı olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:104
Bu xəbər 14 Noyabr 2026 20:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















