Icma.az
close
up
RU
Konkurçuların Azərbaycan çempionatı keçirilib

Konkurçuların Azərbaycan çempionatı keçirilib

Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.

Atçılığın konkur növü üzrə Azərbaycan çempionatı keçirilib.

Azərbaycan Respublikası Atçılıq Federasiyasının məlumatına görə 3 kateqoriya üzrə təşkil olunmuş budəfəki yarışlarda qələbə uğrunda 7 klub və cəmiyyətin 70-ə qətər konkurçusu yarışıb. Hündürlüyü 70-80 santimetr olan maneələrin dəf olunmasında ən yaxşı nəticəni Respublika Atçılıq və Beşnövçülük üzrə İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər İdman Məktəbinin yetirməsi, “Barat” ləqəbli atla yarışan Viktoriya Nduka göstərib. Onun komanda yoldaşı, “Burla” atının konkurçusu Cavid Qurbanəliyev 2-ci, “Nabat” atı ilə starta çıxan “Sərhədçi” Əhəd Məmmədov 3-cü olub. Bu kateqoriyada ilk 5-liyi “Elite” klubunun üzvləri, “Ayla” atı ilə yarışan Mədinə Məmmədova və “Məğrur” atı ilə  mübarizə aparan Anar Hümbətov qapayıb.

Əvəzində Anar Hümbətov “Zirvə” atı ilə hündürlüyü 100-115 santimetr olan maneələrin dəf olunmasında fəxri kürsünün zirvəsini fəth edib. “Elite” klubundan Seyid Musayev “Parlaq” və “Uca” ləqəbli atlarla ona çatmayaraq müvafiq olaraq 2 və 3-cü yerlərlə razılaşıb. “Kartanio” atı ilə yarışan “Gilan” idmançısı Rahib İsmayılovun 4-cü olduğu bu kateqoriyada “Sərhədçi” Azad Şükürovun “Nabat”ı 5-ciliklə kifayətlənib.

Hündürlüyü 125-130 santimetr olan maneələrin dəf olunmasında marşrutu cərimə balı olmadan yalnız bir iştirakçı keçib. Bu da “Omar” Atçılıq Klubundan Kənan Novruzovun “Tutu MNM” ləqəbli atını kateqoriyanın qalibi edib. Seyid Musayev “Zidan” atı ilə 2-ci olduğu yarışda 3-cü nəticəni digər “Sərhədçi” Ramil İbrahimovun “Şirin”i göstərib.

Qaliblər və fərqlənmiş idmançılar Azərbaycan Respublikası Atçılıq Federasiyasının və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin diplomları, medalları ilə, çempionlar isə kubokla təltif olunublar. Mükafatları qaliblərə Azərbaycan Respublikası Atçılıq Federasiyasının prezidenti Elçin Quliyev təqdim edib. 

Qabil YUSİFOĞLU
 XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:59
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 14 Noyabr 2026 20:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see333

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see316

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see275

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see271

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see259

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see254

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see251

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see251

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see241

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see240

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see235

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see218

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see217

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see215

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see208

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see203

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see200

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see199

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see190

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri