“Mançester Siti“ üçün çətin günlər başladı: Banklar klubdan üz döndərirlər
Icma.az xəbər verir, Moderator.az saytına əsaslanaraq.
"Mançester Siti" futbol klubu maliyyə qaydalarının pozulması ilə bağlı ittihamlar fonunda artıq müəyyən çətinliklərlə üzləşməyə başlayıb.
Banklar "Mançester Siti" ilə əlaqəli transfer əməliyyatlarını maliyyələşdirməkdən imtina etməyə başlayıblar.
Mənbənin məlumatına görə, kredit təşkilatları klubun İngiltərə Premyer Liqasının maliyyə qaydalarını pozması ilə bağlı ittihamlar üzrə müstəqil komissiyanın qərarını gözləməyə üstünlük verirlər.
Qeyd olunur ki, bank maliyyələşdirməsi "şəhərlilər"ə futbolçu satan klublara transfer məbləğinin əhəmiyyətli hissəsini əvvəlcədən əldə etməyə imkan yaradır. Bu cür maliyyələşdirmə mexanizmləri sayəsində banklar özəl kreditləşdirmə bazarında iri müştəriləri cəlb edirlər.
Agentliyin məlumatına görə, Almaniyanın "Oldenburgische Landesbank" bankı Alan Andradenin 2026-cı ilin yayında "Palmeyras"dan 34 milyon funt-sterlinq qarşılığında "Mançester Siti"yə transferi ilə bağlı maliyyələşdirmə əməliyyatından imtina edib.
(oxu.az)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:170
Bu xəbər 14 Noyabr 2026 20:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















