Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

Qazancımızın neçə faizi ərzağa gedir?

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

2025 ci il kifayət qədər uğurlu oldu

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

ChatGPT də problem yarandı

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

Avropa liderlərinin emosional , hərbi, siyasi dəstəyi Ukraynanın yarasını sağaltmır, sülhə yaramır

Avropa liderlərinin emosional , hərbi, siyasi dəstəyi Ukraynanın yarasını sağaltmır, sülhə yaramır

Bizimyol saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Ötən gün Rusiyanın Sumı şəhərinə endirdiyi ballistik raket zərbəsi nəticəsində 32 nəfər həlak olub, 99 nəfər yaralanıb. Həlak olanlar arasında iki uşaq da var". Bu barədə Ukrayna mediası məlumat yayıb. Bu hücum, xristianlar üçün müqəddəs sayılan Palm bazar günü baş verib. Avropa liderləri bu hücumu sərt şəkildə pisləyib və Rusiyanı mülki əhaliyə qarşı terror aktı törətməkdə ittiham ediblər.Emosional reaksiyalar Rusiya-Ukrayna müharibəsinin dayanması üçün nə dərəcədə effektivdir? Buça qətliamı da unudulubmu? Müharibə başlayan gündən bu günə Avropa liderlərinin çıxışları sülhə aparmadısa, indiki reaksiya nəyəsə yarayarmı?

Bu barədə Bizimyol.info xəbər portalına danışan Sosial Tədqiqatlar Mərkəzinin (STM) baş məsləhətçisi Şəhla Cəlilzadə bildirib ki, 2022-ci ildən bəri yüz minlərlə insanın həlak olduğu Rusiya-Ukrayna müharibəsində Rusiya öz məqsədləri naminə mülki əhalini və mülki obyektləri hədəf almaqdan çəkinmir: “Düzdür, Qəzzadakı mənzərələrin fonunda bu cinayətlər o qədər də böyük görünməyə bilər. Lakin faciənin böyüklüyü hədəfin ölçüsü ilə deyil, hətta bircə körpə uşağın barmağının qanamasına səbəb olan insanlığın məhv olunma dərəcəsiylə ölçülür. Bir gün öncə Sumıda onlarla mülki şəxs həlak olub, 2022-nin aprelində Buçada 400 sivil qətliama məruz qalmışdı, 2022-nin martında Mariupolda xəstəxanaya və teatra hücumlar zamanı uşaqların içəridə olduğunu bilə-bilə hücum həyata keçirilmişdi. İrpin və Hostomeldən (Kiyev Oblastından) sivillər evakuasiya zamanı atəşə tutulmuşdular, Vinnitsa,Kramatorsk və sair və ilaxır. Siyahı o qədər uzundur ki, faciə o qədər böyükdür ki... Qəribədir ki, Rusiya indi bunların bəzilərini danır. Məsələn, Buça hadisəsini də, hətta 2023-cü ilin iyununda Kaxovka su anbarına hücumu da guya Ukraynanın özünün təşkil etdiyini iddia edir. Təxminən ermənilərin Azərbaycanlıları Xocalını özümüzün təşkil etməsində ittiham etməsi kimi. Təbii ki, bu da ikrah doğurur. Lakin emosional reaksiyaların heç nəyə faydası yoxdur. Elə Qərbin Ukraynanı emosional dəstəkləməsi, Rusiyanı tənqid etməsi kimi. Çünki, Rusiya bu tənqidlərə məhəl qoymur. Heç Qərb özü də “günahsız” deyil axı. Qərb də zamanında müharibəni öz xeyrinə sonlandırmaq üçün sivillərə qarşı ən ağır cinayətlər törədib. Məsələn, II Dünya Müharibəsi dövründə yaponlar amerikanlara məğlub olduqlarını hiss etdikləri üçün onların hərbi gəmilərini batırmaq üçün 3 mindən çox kamikadze təyyarəçi hazırlamışdılar və 21 oktyabr 1944-cü ildə ilk kamikadze təyyarə hücumu baş tutmuşdu. Kamikadze təyyarələr amerikan kreyserlərinə dəyib məhv edir və özləri də məhv olurdu. Lakin bu, tamamilə könüllü şəkildə baş verirdi. Nəticədə 81 amerikan hərbi gəmisi batırılmış, 195-i zərər görmüşdü. Amerikanlar yaponların milli iradəsini, Vətəni qorumaq üçün həlak olmaqdan qorxmayan kamikadze ruhunu sındırmaq üçün 1945-ci ildə Xirosima və Naqasaki şəhərlərinə, yəni sivillərin üzərinə atom bombası atdılar və müharibə bitdi. İndi Rusiya müharibə cinayətləri törədir və bu, insanlığa qarşı cinayətlərdir. Lakin bir fakt aydınır - dünya müharibələrində “qazan-qazan” (win-win) durumu olmur və savaş iki tərəfdən birinin total məğlub olduğu halda bitəcəkdir”.

Şəhla Cəlilzadə

“Avropa Komissiyasının Prezidenti Sumı hadisəsi fonunda bəyan edib ki, Ukraynada ədalətli və davamlı sülh əldə olunana və qan tökülməsinə son verilənə qədər Rusiyaya təzyiq göstərməyə davam edəcəklər. Lakin indiyədək göstərdikləri “təzyiq” Rusiyaya qarşı sanksiya paketləri olub ki, bu da müharibəni dayandırmağa yetərli olmayıb”-deyən politoloqun fikrincə, Ukrayna Avropadan hərbi dəstək gözləyir, lakin nə ABŞ, nə də Avropa Ukraynaya hərbi dəstək vəd etmirlər.

“Avropanın Ukraynaya verdikləri vəd sadəcə müharibəni hazırki, yəni Rusiyanın üstünlüyünə əsaslanan şərtlər altında sonlandırdıqdan sonra təhlükəsizlik təminatıdır. Bu da Ukrayna üçün ərazilərinin itirilməsinin və ölkənin parçalanmasının rəsmiləşdirilməsi deməkdir. Trampın ümumiyyətlə maliyyə dəstəyini də sonlandırmaqla bağlı istəyi fonunda Avropa Ukraynaya növbəti hərbi dəstəyi 40 milyard avro həcminə çatdırmaq istəyir. Lakin Avropanın özündə də bu barədə həmrəylik yoxdur. Nəzərə alsaq ki, Sumı hadisəsindən sonra Avropa Ittifaqının təcili qərarı ilə razılaşdırılan 21 milyard hərbi yardımın 11-i Almaniyadan, təxminən 5-i Britaniyadan gəlib, beləcə ümumAvropa rəyinin heç də Ukraynaya hərbi dəstəyin davam etdirilməsi istiqamətində olmadığı qənaətinə gələ bilərik. Çünki Avropalılar öz pullarını nə ilə sonlanacağı bəlli olmayan müharibəyə xərcləmək istəmirlər. ABŞ isə “təbii minerallar” sazişi ilə Ukraynada xərclədiklərinin geri qaytarılacağını qarantiləmək üzrədir”-deyə Şəhla Cəlilzadə qeyd edib.

İradə Cəlil, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:114
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 14 Aprel 2025 13:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see204

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

01 Dekabr 2025 14:03see182

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

01 Dekabr 2025 09:31see177

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

01 Dekabr 2025 21:20see169

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see163

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see162

Qazancımızın neçə faizi ərzağa gedir?

01 Dekabr 2025 08:31see161

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see159

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

01 Dekabr 2025 09:59see147

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

01 Dekabr 2025 09:49see143

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

01 Dekabr 2025 09:54see140

2025 ci il kifayət qədər uğurlu oldu

01 Dekabr 2025 08:36see139

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

01 Dekabr 2025 09:09see134

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see133

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see132

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see131

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see128

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see128

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

01 Dekabr 2025 09:52see128

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri