Icma.az
close
up
RU
Ukraynanın Rusiya ilə kimə görə vuruşduğunu, Avropa İttifaqı liderlərinin çıxışlarında görmək mümkündür

Ukraynanın Rusiya ilə kimə görə vuruşduğunu, Avropa İttifaqı liderlərinin çıxışlarında görmək mümkündür

Bizimyol saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Zelenski hökuməti 2022-ci ilin yazında İstanbul razılaşmalarında öz imzasını atmalı idi. Bəli, orada Ukraynanın itkiləri var idi. Moskvanın tələbləri sərt idi. Amma bu gün ortaya qoyulan sülh planı Ukraynaya böyük yardımlar edən ABŞ tərəfindən ortaya qoyulub. Baxın, 2022-ci ildə olan itkilərlə bu günki itkilər müqayisə olunandırmı? Bu gün atəşkəs məsələsi gündəmə gəlir. O dövrdəki Krımın beş ildən sonra statusu ilə bağlı referendum keçirilməsi şərti var. İndi heç ümumiyyətlə Krım yada düşmür. İndi nəinki Rusiyanın işğal etdiyi ərazilər, hətta işğal edə bilmədiyi 20 faizdən artıq ərazilərdən də Ukraynanın çıxarılması tələbi ortaya qoyulur”.

Bu barədə Bizimyol.info xəbər portalına politoloq Sahil İskəndərov danışıb. Politoloq qeyd edib ki, Ukrayna hökümətinin mövqeyi bu gün olduğu qədər zəif olmamışdı. Politoloqun fikrincə, bu vəziyyət bir daha onu göstərir ki, belə məsələlərdə heç kimə güvənmək olmaz: “Belə məsələlərdə istənilən bir dövlət, istənilən bir xalq ilk növbədə ancaq özünə güvənməlidir. Azərbaycanın əraziləri 30 ildən artıq bir müddətdə işğal altında qaldı. Azərbaycan tarixi torpaqlarını işğaldan öz hesabına azad etdi. Öz iqtisadi, hərbi, siyasi gücü hesabına etdi. Burada bizə qardaş Türkiyənin və Pakistanın mənəvi və siyasi müstəvidə, yəni beynəlxalq qurumlarda, təşkilatlarda Azərbaycanın haqlı mövqeyini dəstəkləyən gedişləri oldu”.

Sahil İskəndərov bildirib ki, Ukraynaya illərdir silah və pul yardımı edənlər Ukrayna xalqının təhlükəsizliyi, suverenliyi və ərazi bütövlüyünə görə etmirlər: “Ukraynanı dəstəkləyənlər Ukraynadan istifadə etməklə Rusiyanı zəiflətməyə çalışırlar. 2008-ci ilin avqust ayında Gürcüstan hakimiyyətini kim bu avantüraya çəkdi? Əlbəttə ki, ABŞ etdi. Təxminən 5-6 il bundan qabaq Saakaşvili açıq şəkildə bunu etiraf etdi. 2008-ci ilin avqustunda demişdim ki, bütün bu avantüranın arxasında Qərb, ABŞ administrasiyası dayanır.

Azərbaycan savaş dönəmlərində Ukraynadan daha çətin vəziyyətdə idi. Bu gün Ukraynaya hamı kömək edir. Qərbdən nə qədər dəstək var. Azərbaycana kim kömək edirdi? Heç kim! Əksinə işğalçı Ermənistana kömək edirdilər. Bu gün Azərbaycana yarınmağa çalışan Avropanın bir sıra ölkələri Ermənistanın təcavüzünə həm siyasi, həm hərbi, həm mənəvi, həm də maddi dəstək verirdilər. Azərbaycanın imkanları olmadığı üçün 1994-cü ildə Bişkek razılaşması ilə atəşkəsə getdi. O dövrlərdə Azərbaycan müstəqilliyini yeni bərpa etmiş, müharibə ilə üzləşmişdi. Həmin müharibədə İran və Rusiya ilə yanaşı, maraqlısı budur ki, bu siyasi "cütük"lə geosiyasi rəqabət aparan Qərb də Ermənistana kömək edirdi”.

1994-cü il Bişkek razılaşmasından Azərbaycan nə qazandı?

Politoloq qeyd edib ki, Azərbaycan ortamüddətli perspektivdə öz iqtisadiyyatını və hərbi qüdrətini artırdı, eyni zamanda Azərbaycan ərazilərinin işğaldan təmizlənməsi müstəvisində regional və beynəlxalq miqyasda geosiyasi konyukturanı formalaşdırdı: “Bu gün müharibələr döyüş meydanlarından öncə geosiyasi və diplomatik müstəvidə qazanılmalıdır. Azərbaycan konyukturanı formalaşdırdı və bundan sonra konkret olaraq ərazilərini işğaldan azad etmək üçün Vətən müharibəsinə başladı. Azərbaycanın hərbi gücü hətta 2020-ci ildən əvvəl də bu müharibəyə başlamağa imkan verirdi. 2016-cı ilin aprel hadisələri zamanı Rusiya vasitəçilik etdi. Azərbaycan buna da getməyə bilərdi. Azərbaycan 2020-ci ildə geosiyasi konfiqurasiyanı, konyukturanı formalaşdırandan sonra Ermənistanın növbəti silahlı təxribatına cavab olaraq, İkinci Qarabağ - Vətən müharibəsinə başladı, torpaqlarımız işğaldan azad edildi. 2023 sentyabrında lokal antiterror əməliyyatı ilə işğalçı siyasətə son qoyuldu. Əgər Azərbaycan zəruri regional və beynəlxalq siyasi konyukturanı formalaşdırılmasaydı, yəni Ermənistana kömək edə biləcək bütün qüvvələri neytrallaşdırmasaydı, müharibəyə başlayanda biz nə ilə üzləşəcəkdik? Həm Rusiya tərəfdən, həm Qərb tərəfindən bizə qarşı açıq-aşkar hərbi müdaxilə olacaqdı. Azərbaycan atəşkəs müddətindən bunun üçün istifadə etdi”.

Sahil İskəndərov vurğulayıb ki, 2022-ci ilin yazında Ukraynanın bundan qat-qat az itkilərlə atəşkəsə getməsinə imkan var idi, amma həmin dövrdə Böyük Britaniyanın böyük baş naziri, Kollektiv Qərb buna imkan vermədi, nəticə göz önündədir.

“Bu gün bu haqlı mübarizədə Ukrayna xalqının yanındayıq. Hətta humanitar baxımdan da çoxunun etmədiyini etmişik. Amma bu da o demək deyil ki, Ukrayna bu gün Azərbaycana görə Rusiya ilə vuruşur. Xeyr! Ukrayna ilk növbədə özü üçün, öz suverenliyi və öz azadlığı uğrunda öz seçimi uğrunda müharibə aparır”-deyə politoloq bildirib.

“Azərbaycan erməni təcavüzünə qarşı mübarizə aparanda sırf Azərbaycana qarşı erməni təcavüzünə qarşı müharibə aparmırdı. Həm Türkiyə, həm İran, həm Gürcüstan, həm də elə Rusiyanın özünə qarşı "Böyük Ermənistan" xülyaları ilə yaşayan erməniçilik ideologiyasının və erməni kilsəsinin təcavüzkar siyasətinə qarşı müharibə aparıb. Amma bu məsələdə Azərbaycana heç kim kömək etmədi. Bu gün Ukraynanı hər cür silahla təmin edən, maliyyə verən, amma orada öz bir nəfər belə vətəndaşının burnunun qanamasını istəməyən Qərb, Azərbaycanın haqlı mübarizəsinə qarşı çıxırdılar və Azərbaycana təzyiq göstərirdilər.

İkinci Qarabağ savaşında Azərbaycana qarşı təzyiqləri yadınıza salın. Azərbaycan Prezidentinin Qərbin qərəzli media nümayəndələrinə necə dərs keçməsini yadınıza salın. Onların təxribatçı suallarına Azərbaycan prezidenti çox gözəl cavab verirdi. Bunları biz yaşamışıq. Biz bu məsələdə sırf Ukrayna xalqının beynəlxalq hüquqa söykənən mövqeyini dəstəkləyirik. Amma mən o fikirlə razı deyiləm ki, "Ukrayna həm də bizə görə Rusiya ilə vuruşur". Xeyr!  Ukraynanın kimə görə Rusiya ilə vuruşduğunu, Avropa İttifaqı liderlərinin çıxışlarında görmək mümkündür”-deyə Sahil İskəndərov qeyd edib.

İradə Cəlil, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:92
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 28 Noyabr 2025 20:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see193

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see191

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see174

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see165

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see162

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see159

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see158

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see155

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see153

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see146

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see145

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see141

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see141

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see136

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see136

İranda etiraz aksiyaları ilə bağlı yeni videolar yayılıb, nümayişçilər bəzi küçələrə nəzarəti ələ keçirib VİDEO

11 Yanvar 2026 11:46see135

İran çıxılmaz vəziyyətə düşüb? KONKRET

11 Yanvar 2026 20:10see134

Dünyada ən çox televizor satan şirkətlər

11 Yanvar 2026 03:04see132

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see128

ABŞ lı analitikdən diqqətçəkən paylaşım FOTO

11 Yanvar 2026 22:26see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri