Avropa Məhkəməsi qərar qəbul etdikdən sonra həmin qərara yenidən baxa bilərmi? VƏKİL YAZIR
Gununsesi saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Avropa İnsan Hüquqları Məhkəməsi qəbul etdiyi qərara yenidən baxa bilərmi?
Gununsesi.info bildirir ki, vəkil Fariz Namazlı bu məsələyə dair şərh yazıb.
Məhkəmə Qaydalarının 80-ci bəndinə görə, tərəf qərar çıxarıldığı vaxt Məhkəməyə məlum olmayan fakt barədə məlumat əldə etdiyi tarixdən etibarən altı ay ərzində Məhkəmədən həmin qərarın yenidən baxılmasını xahiş edə bilər. Bu gün Avropa Məhkəməsi Slovakiyaya qarşı 2024-cü ildə çıxardığı qərara yenidən baxıb.
Həmin zaman Məhkəmə Konvensiyanın 6-cı (ədalətli məhkəmə araşdırılması hüququ) maddəsinin pozuntusuna, eyni zamanda kompensasiyanın ödənilməsinə dair qərar qəbul edib. Qərarın qəbulundan sonra müxtəlif vaxtlarda 2 nəfər Məhkəməyə müraciət edərək ərizəçinin öldüyünü və onun varisi olduğunu bildirib. Onlardan biri vərəsəlik şəhadətnaməsi təqdim etməyib, digəri isə Məhkəmənin müəyyən etdiyi vaxtdan sonra ərizəçiyə təyin edilmiş ədalətli kompensasiyanı miras aldığına dair məlumatları əhatə edən vərəsəlik şəhadətnaməsini təqdim edib. Məhkəmə qeyd edib ki, ərizə təqdim edildikdən sonra ərizəçi vəfat etdikdə, yaxın qohumun və ya varisin işdə kifayət qədər marağı olduğu təqdirdə icraatı davam etdirməsinə icazə verilir, həmçinin icraatı davam etdirmək istəyən varis bu statusunu əsaslandırmalıdır.
İndiki halda həmin şəxslər işə baxıldığı müddət ərzində ərizəçinin ölümündən və öz potensial varis statuslarından xəbərdar olmalı idilər. Bununla belə, nə Hökuməti, nə də Məhkəməni bu hadisə barədə məlumatlandırmayıblar və işə Məhkəmədə baxılan zaman icraatı davam etdirmək istəklərini ifadə etməyiblər. Məhkəmə onların Məhkəmə qarşısında icraatda iştirak etmək hüquqlarını kifayət qədər əsaslandıra bilmədikləri qənaətinə gəlib.
Beləcə Məhkəmə mərhum ərizəçi tərəfindən təqdim edilmiş ərizənin araşdırılmasını davam etdirməyin artıq əsaslı olmadığını hesab edirək Konvensiyanın 37-ci maddəsinə istinadən işi siyahıdan çıxarıb.
Fariz Namazlı
Vəkil
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:56
Bu xəbər 09 Yanvar 2026 10:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















