Icma.az
close
up
RU
AVROPA ÖLKƏLƏRİ TRAMPI TƏKLƏDİ, ZELENSKİNİN MÜDAFİƏSİNƏ QALXDI: Ona deyəcəm ki, sən düz yolda deyilsən

AVROPA ÖLKƏLƏRİ TRAMPI TƏKLƏDİ, ZELENSKİNİN MÜDAFİƏSİNƏ QALXDI: Ona deyəcəm ki, sən düz yolda deyilsən

Mia.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

ABŞ prezidenti Donald Tramp Ukrayna prezidenti Vladimir Zelenskini “seçkilər keçirməyən diktator” adlandırması Avropa ölkələrindən əks reaksiyaya səbəb olub.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Avropa ölkələrinin liderləri, hətta Brazilya və Acstraliyaya qədər Trampın fevralın 19-da Ukrayna liderinə  ünvanlı “Seçki keçirməyən diktator Zelenski, o, tez hərəkət etməlidir, yoxsa ölkəsini də itirəcək”, - hədəsini qəbuledilməz saymağa başlayıblar.

Məlumata görə, Avropa İttifaqı (Aİ) Komissiyasının sözçüsü Stefan de Keersmaecker Zelenskinin demokratik yollarla seçildiyini deyib: "Rusiya prezidenti Vladimir Putinin hakimiyyəti altında olan Rusiya demokratik ölkə deyil. Zelenski ilə bağlı irad haqlı deyil. O, demokratik qaydada seçilib".

Fransa prezidenti Emmanuel Makron: “İndiki vəziyyətdə heç kim deyə bilməz ki, Ukraynanın Aİ və ya NATO-ya daxil olmaq hüququ yoxdur. Bunu kimsə deyə bilməz. Mən bunu Trampa da deyəəcəm. Ona deyəcəm ki, sən düz yolda deyilsən, sən Putinə qarşı belə boşluq buraxa bilməzsən. Bu, ABŞ-ın da xeyrinə deyil".

Braziliya prezidenti Luiz İnasio Lula da Silva da Trampın hədəsinə səssiz qalmayıb: "Ukraynada sülh prosesi təkcə ABŞ prezidenti ilə Rusiya prezidenti arasında aparılmamalı, Ukrayna da prosesə daxil edilməlidir. Xatırladım ki, Almaniya kansleri, dostum Olaf Şoltsun 2023-cü ildə Braziliyaya səfərində ona dedim ki, nə bir rusu, nə də bir başqasını öldürmək üçün silah satmayacağam. Satmadım da"

Finlandiya prezidenti Alexander Stubb da Trampın sözlərini qəbulolunmaz sayıb: "Ukrayna demokratik dövlət olaraq qanuni haqları uğrunda savaşır. Rusiya Ukrayna ərazisinə soxulub. Zelenski demokratik yolla seçilmiş prezidentdir".

İsveçin baş naziri Ulf Kristersson da ABŞ prezidentinin sözlərini doğru saymayıb: "O, çox səhv bir tərif edib. Müharibəyə Rusiya başladı. Zelenski demokratik yolla seçilmiş liderdir. Ukraynada seçkilərin keçirilməsini istəyən başqa bir ölkə yoxdur".

Almaniya kansleri Şolts ABŞ prezidentinin sözlərini yanlış və təhlükəli adlandırıb.

Almaniyanın xarici işlər naziri Annalena Baerbok da Trampın açıqlamalarını absurd sayıb: "Bu, təkcə Ukraynanın milli suverenliyi uğrunda mübarizə deyil, bu, beynəlxalq hüququn və onun aliliyini qorumaq üçün mübarizədir"

Avstraliyanın baş naziri Entoni Albanese də Trampın hədəsini yolveirlməz hesab edib: "Ölkəmiz Ukraynaya dəstəyini davam etdirəcək. Ta o vaxat qədər ki, müharibə Ukraynanın şərtləri ilə başa çatacaq"

İspaniyanın baş naziri Pedro Sançez isə Zelenskiyə dəstək məqsədiylə Kiyevə gedəcəyini açıqlayıb: “Mən İspaniyanın Ukrayna demokratiyasına və onun prezidentinə dəstəyini bir daha təsdiqləmək üçün bazar ertəsi Kiyevdə olacağam”.

İtaliyanın baş nazirinin müavini və xarici işlər naziri Antonio Tajani Trampın Zelenskini tənqid etməsini doğru saymayıb: "Təəssüf ki, Tramp və Zelenski arasında münasibətlərdə çatlar var, lakin vəziyyətin sakitləşməsi və sülhün əldə olunması üçün sükunət lazımdır. Bu, bizim xeyrimizədir”.

Böyük Britaniyanın baş naziri Keir Starmer isə Zelenskiyə zəng ediib: “Ukraynanın demokratik yolla seçilmiş prezidenti kimi Sizə dəsətyimiz tamdır"

Çexiya prezidenti Petr Pavel isə Trampın hədəsinə belə reaksiya verib: "Qonşu nüvə dövlətinin hücumuna üç il müqavimət göstərən bir ölkədə seçkinin nə dəyəri ola bilər? Ərazisinin beşdə biri işğalçı tərəfindən işğal olunduğu halda, bütün ölkə gündəlik bombardmana məruz qaldığı halda, seçkilər necə təşkil edilə bilər? Belə bir ölkəni prezidentini diktator adlandırmaq, sadəcə, istehza yaradır"

Zülfiyyə MUSTAFAYEVA

MİAA.Z

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:111
embedMənbə:https://mia.az
archiveBu xəbər 21 Fevral 2025 13:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see249

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see189

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see175

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see173

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see173

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see166

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see160

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see159

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see151

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see150

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see142

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see142

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see140

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see139

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see137

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see135

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see134

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri