Icma.az
close
up
RU
Avropa ölkələrindən tarixi qərar Müharibə tezliklə bitəcək?

Avropa ölkələrindən tarixi qərar Müharibə tezliklə bitəcək?

GlobalInfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Böyük Britaniya, Kanada və Avstraliya 21 sentyabr 2025-ci ildə Fələstin Dövlətini tanıdı. Bir qədər sonra Portuqaliya da bu siyahıya qoşuldu. Proseslər göstərir ki, son baș verənlər artıq bir çox ölkələrin böhrana yanaşmasını dəyişib”.

Bu sözləri Globalinfo.az-a Yaxın Şərq üzrə ekspert Vüqar Zifəroğlu deyib.

Onun sözlərinə görə, tanıma qərarlarının arxasında ciddi motivlər dayanır:

“Bu, ilk növbədə, hazırda Qəzzada yașanan ciddi humanitar böhran və insan hüquqları ilə bağlı yaranmıș vəziyyətlə əlaqədardır. Qəzzadakı müharibə, çox sayda mülki itkilər, məcburi köçkünlük, infrastruktura ziyan kimi faktlar beynəlxalq mühitdə ciddi narazılıq doğurur. Nəticədə insan hüquqları və beynəlxalq humanitar hüququn qorunması çağırışları güclənir. Bu proseslərə paralel olaraq sülhə ümid də getdikcə itməkdədir.

İsrailin Qərbi Șeriada Şərqida məskunlaşmanı genişləndirməsi, münaqişənin siyasi həll şanslarının azalması beynəlxalq ictimaiyyətdə “iki dövlət” (two-state) həllinin hələ mümkün olub-olmadığına dair şübhə yaradıb. Tanımalar bu istiqamətdə sülh prosesini dirçəltmək cəhdi kimi görülür.

Tanıma qərarları eyni zamanda qlobal siyasətdə yeni istiqamətlər göstərir. Avropa və digər Qərb ölkələrində vətəndaşların, siyasi partiyaların, medianın təzyiqi artır, “rəqabətli diplomatiya” təzahür edir.

Diqqərçəkən məqamdır ki, bu ölkələr tanıma qərarlarını sülh prosesi, BMT-nin Baş Assambleyası və beynəlxalq görüşlərlə əlaqələndirərək zamanlamanı seçdilər. Ehtimal ki, daha çox ölkə bu tanıma qərarına qoşula bilər. Məsələn, Fransa, Belçika, Lüksemburq və digər Avropa ölkələri tanıma hazırlığı içindədirlər.

Buna paralel olaraq BMT və digər beynəlxalq təşkilatlarda Fələstinlə bağlı yeni qətnamə, təşəbbüs və ya tanınmamış hüquqların təmin edilməsi ilə bağlı çağırışlar artacaq. Diplomatik əlaqələrin genişlənməsi — dövlət səviyyəsində qarşılıqlı təmsilçilik, səfirliklər, beynəlxalq müqavilələrdə Fələstin Dövlətinin adı ilə iştirakın təmin edilməsi kimi addımlar da ola bilər”.

Vüqar Zifəroğlu

Ekspert deyib ki, İsrailin diplomatik və beynəlxalq səviyyədə təzyiqlə üzləşməsi mümkündür, iqtisadi, siyasi sanksiyalar, beynəlxalq hüquqda məsuliyyət məsələləri daha çox gündəmə gələ bilər:

“Tanıma bütün problemləri həll etmir, amma bir sıra aspektdən əhəmiyyətli təsirləri ola bilər. Bu ilk növbədə Fələstin hakimiyyəti üçün beynəlxalq arenada daha güclü diplomatik status yaradacaq, “dövlət” kimi hüquqi və siyasi məna daşıyacaq. Fələstin tərəfi beynəlxalq hüquqda daha güclü mövqe əldə edəcək, danışıqlarda daha çox tələb qoymaq imkanı yaranacaq. Tanıma qərarları İsraili və onun tərəfdarlarını sülh prosesində daha məsuliyyətli olmağa təşviq edə bilər.

Vurğulamaq lazımdır ki, tanıma qərarları münaqişənin silahlı tərəfləri – məsələn, HƏMAS – ilə bağlı problemləri həll etmir. Əgər HƏMAS və İsrail arasında atəşkəs, əsirlərin buraxılması kimi danışıqlar olmasa, müharibə davam edə bilər.

Eyni zamanda ABŞ kimi əsas güclərin mövqeyi əhəmiyyətlidir. Əgər onlar tanımanı dəstəkləməzsə, İsrail üçün diplomatik və siyasi dəstək saxlanarsa, tanıma prosesinin konkret təsirləri məhdud qala bilər. Tanıma prosesinin təsiri ilə İsrailin ișğalı dayandırması dərhal olmayacaq. Unutmaq olmaz ki, tanıma qərarı yalnız bir diplomatik addımdır, müharibə silahlı qüvvələrin meydanında gedir, idarə olunan əməliyyatlar və təhlükəsizlik məsələləri var. Lakin tanıma işğalın dayandırılması üçün xüsusilə beynəlxalq təzyiq vasitəsi ola bilər.

Gələcəkdə bu tip diplomatik addımların davam etməsi, daha çox dövlətin tanıması və beynəlxalq hüquq və təşkilatlarda Fələstinin statusunun gücləndirilməsi işğalın sona çatmasına yol açan şərtlərdən biri ola bilər, amma bu proses zaman alacaq və qarşı tərəfin reaksiyası da vacib olacaq”.

Turan Rzayev
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:180
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 22 Sentyabr 2025 18:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see364

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see344

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see344

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see340

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see296

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see275

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see273

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see267

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see266

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see246

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see228

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see225

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see219

Baş ağrılarına fərqli müalicə: “Homeosiniatriya” üsulu nədir?

30 Oktyabr 2026 18:58see218

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see208

Başı ağrıyan kişinin gözündən bitki toxumu çıxarıldı

30 Oktyabr 2026 21:37see205

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see205

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see204

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see192

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri