Belçikada siyasi gərginlik: Kral baş nazirin istefasını qəbul etmədi
Baku.ws saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Belçika kralı Filip ölkənin Baş naziri Bart De Veverin istefa müraciətini hələlik qəbul etməyib. Monarx hökumət başçısına 2027-ci ilin dövlət büdcəsi ilə bağlı danışıqları davam etdirməyi tapşırıb.
BAKU.WS xəbər verir ki, bu barədə Belçika Kral Sarayının "X" sosial şəbəkəsində yaydığı məlumatda bildirilib.
Açıqlamada qeyd olunub ki, kral istefa müraciəti ilə bağlı qərarı təxirə salıb. Noyabrın 3-dən etibarən isə hakim koalisiyaya daxil olan partiyaların rəhbərləri ilə məsləhətləşmələr aparacaq.
Noyabrın 2-də "De Standaard" nəşri mənbəyə istinadən Bart De Veverin istefa verdiyini yazıb. Məlumata görə, buna səbəb hakim koalisiya daxilində 2027-ci ilin dövlət büdcəsi ilə bağlı danışıqların nəticəsiz qalmasıdır.
Qeyd edək ki, De Vever Avropa İttifaqında dondurulmuş Rusiya aktivlərinin müsadirə olunması təşəbbüsünü tənqid edən mövqeyi ilə də diqqət çəkib.
Belçikada hökumətin büdcə planlarında təxminən 10 milyard avroluq maliyyə çatışmazlığı olduğu bildirilir. Bu məbləğin təmin edilməsi üçün ya sosial xərclərin azaldılması, ya da vergi və digər ödənişlərin artırılması variantları nəzərdən keçirilir.
Adətən Belçika monarxı baş nazirin ilk istefa müraciətini dərhal qəbul etmir və siyasi qüvvələrə razılığa gəlmək üçün əlavə imkan yaradır. Bu dəfə də kralın qərarı təxirə salması hakim koalisiyaya büdcə məsələsində ortaq mövqe tapmaq üçün vaxt qazandıra bilər.
Açıq mənbələrin məlumatına əsasən, 2025-ci ildə Belçikanın dövlət borcu 735 milyard avroya çatıb. Bu, ölkənin ümumi daxili məhsulunun təxminən 110 faizinə bərabərdir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:92
Bu xəbər 02 Noyabr 2026 16:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















