“Avropa ölkələrinin yanacaq sazişinə mane olacaqları şübhəsizdir” Peskov
Icma.az, 525.az portalına istinadən məlumatı açıqlayır.
“Avropa ölkələri Rusiya ilə ABŞ arasında yanacaq sazişinə mane olmağa cəhd göstərə bilərlər”.
525.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
“Avropanın riyakarlığı mövzusu ABŞ-nin maliyyə naziri Skott Bessentin də qeyd etdiyi kimi, dünya mediasında geniş müzakirə olunur. Onların yanacaq sazişinə mane olmaq cəhdləri şübhəsiz ki, mümkündür”, - Peskov vurğulayıb.
Xatırladaq ki, bundan əvvəl ABŞ-nin maliyyə naziri Skott Bessent Avropa ölkələrinin Vaşinqtonla Moskva arasında dizel yanacağının tədarükü ilə bağlı razılaşmaları tənqid edən bəyanatlarını son dərəcə riyakar adlandırıb.
Onun sözlərinə görə, Ukrayna münaqişəsi başlayandan bəri avropalılar Rusiyaya Kiyev hakimiyyətinə verdiklərindən daha çox vəsait ödəyiblər. Bessent bunu Avropa ölkələrinin Rusiya enerji resurslarından imtina edə bilməməsi və uğursuz enerji siyasəti ilə izah edib.
Pərvanə Sultanova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:60
Bu xəbər 13 Oktyabr 2026 17:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















