Icma.az
close
up
RU
Avropa Parlamenti deputatı toxunulmazlıqdan məhrum etdi

Avropa Parlamenti deputatı toxunulmazlıqdan məhrum etdi

Icma.az, Azpost portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Avropa Parlamenti Polşadan olan ultrasağçı siyasətçi Qjeqoş Braunla bağlı mühüm qərar qəbul edib. AzPost xəbər verir ki, deputat ginekoloqa hücum etdiyi üçün toxunulmazlıq hüququndan məhrum edilib.

Avropa Parlamentinin məlumatına əsasən, Brauna qarşı Polşada “vətəndaş həbsi cəhdi” adı altında hücum hadisəsinə görə cinayət araşdırması aparılır. O, Olşnitsa şəhərində abort əməliyyatlarını qanuni şəkildə həyata keçirən bir ginekoloqu “cinayət törətdiyi” iddiası ilə zorla saxlamağa cəhd edib.

Siyasətçi öz müdafiəsində bu hərəkətini “qanunsuz aborta qarşı vətəndaş müdaxiləsi” kimi izah etsə də, hüquq-mühafizə orqanları bunu hücum və səlahiyyətdən sui-istifadə kimi qiymətləndirib.

Avropa Parlamenti qeyd edib ki, deputat toxunulmazlığının ləğvi qərarı konkret məhkəmə istintaqları çərçivəsində verilir və bu, siyasi fəaliyyətlə əlaqəli deyil. Qjeqoş Braun daha əvvəl də oxşar davranışına görə toxunulmazlıqdan məhrum edilmişdi.

Məlumata görə, Polşa prokurorluğu hadisə ilə bağlı materialları toplayaraq məhkəməyə təqdim edib. Hadisə ictimaiyyətdə, xüsusilə qadın hüquqları təşkilatları arasında geniş rezonans doğurub.

Avropa Parlamenti bu qərarla qanun qarşısında bərabərlik prinsipinə sadiqliyini nümayiş etdirdiyini vurğulayıb. Parlamentin bəyanatında qeyd olunur ki, “heç bir deputat qanunlardan üstün deyil və hər bir şəxs öz əməlinə görə cavab verməlidir.”

AzPost.az

Paylaş

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:207
embedMənbə:https://azpost.info
archiveBu xəbər 13 Noyabr 2025 17:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see373

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see335

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see293

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see269

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see266

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see257

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see246

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see239

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see238

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see225

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see219

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see217

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see214

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see211

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see210

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see206

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see206

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see200

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see199

“PAŞA Sığorta”nın yeni mobil tətbiqi istifadəyə verilib

18 Noyabr 2026 12:12see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri